Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ŞOK!Ehtiyatlı olun, Bakıda cavan, gözəl və SPİD-li bir qadın var...

Paytaxtımızda sözün əsl mənasında, şok sayıla biləcək olay baş verir.

Publika.Az-a adının çəkilməsini istəməyən bir gəncin verdiyi məlumata görə, Bakıda zahiri görkəmi ilə diqqətçəkən, yaraşıqlı, cavan bir qadın peyda olub. Cavan kişilərlə asanlıqla tanış olur, isti münasibətlər qurur, hətta bu münasibətləri onların yataq otaqlarınadək davam etdirir və...

Adının çəkilməsini istəməyən həmsöhbətimizin dediyinə görə, bu yaxınlarda məşhur restoranlardan birində həmin xanımla tanış olub: “Bir neçə gün davamlı olaraq telefonla danışdıq. İki dəfə onu yeməyə dəvət etdim. İkinci yeməyə “hazırlıqlı” getmişdim, subay dostlarımdan birinin evinin açarlarını da özümlə götürmüşdüm. Gecə ona mənimlə gəlməsini təklif etdim. Asanlıqla razılaşdı. Dostumun evinə yollandıq. Səhər oyananda o, artıq getmişdi. Qonaq otağına keçəndə gözlərimə inanmadım. Divara iri hərflərlə “SPİD-ə XOŞ GƏLDİN” yazılmışdı. Dəhşət və qorxudan dizlərim əsdi. Tez qızın telefonuna zəng etdim. Məlum oldu ki, belə bir nömrə artıq mövcud deyil...”

Gənc deyir ki, bir müddət başına gələnləri heç kəslə bölüşə bilməyib. Həkimə müraciət etməyə də cəsarət etmir. Sonra isə təsadüfən bir məclisə düşüb. Orada 28-30 yaşlı bir kişinin söhbətinin şahidi olub. Həmin kişi də tamamilə onun yaşadıqlarını yaşayıbmış: “Mənə aydın oldu ki, o da mənim kimi, həmin qadınla intim münasibətlərdə olub. Səhərisi gün evinin divarında eyni yazıyla üzləşib”.

Gənc oğlan hazırda 4 nəfərin eyni aqibəti yaşadığını iddia edir: “Amma bizim dördümüz də adımızın hallanmasını istəmədiyimizə görə bu məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edə bilmirik. Qızı axtarsam da, hələ ki, tapa bilməmişəm. Düşünürəm ki, o, bilərəkdən kişiləri bu dəhşətli xəstəliyə yoluxdurur. Bunun qarşısını almaq lazımdır”.

O, cavanlara təsadüfi tanışlıqlara ehtiyatla yanaşmağı da məsləhət görüb: “Qarşınıza çıxan, yaxşı tanımadığınız gözəl qadınlardan uzaq durun. Çünki mənim günümə düşə bilərsiz”.


Tarix: 16.05.2013 / 19:56 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 128 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...