Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bürclərə görə qadınların kişilərdən gözlədikləri

QOÇ BÜRCÜ QADINI
Qoç qadını, bir kişidən qorunmağı, güdülməyi gözləməz. O, həyatında öz yolunda gedən güclü bir qadındır. Bu yolda ona yoldaşlıq edəcək, özü kimi güclü bir yoldaş istər. ONA təqdim edəcəyiniz romantik bir axşam yeməyi, təbii gözəlliklər içində istirahət etmə təsisində tətil təkliflərinə isti baxmaz. Birlikdə izləyəcəyiniz bir basketbol oyunu və ya Bungy-jumping göstərisinə qaçaraq gəlir. Şəfqət və sevgi yerinə ehtiras seçər. Özü kimi aktiv, güclü və azad kişiləri sevər.
Qarşı qoya bilməyəcəyi təklif: "Paraşütlə atlama kurslarına gedirəm, sən də gəlirsənmi?" )))

------------------------------------------------------------------------------------------------------------------------------------------------------
BUĞA BÜRCÜ QADINI
Buğa bürcünün qadını, əvvəl eşq və sevgi istər. Sonra isə "pul" deyəcək. O, həyatın gözəlliklərindən ola bildiyincə faydalanmaq istəyən həyat dolu bir qadındır. Bunun üçün də gec və ya tez pulun lazımlı olacağını bilər. Çalışqandır, birlikdə olduğu kişinin də çalışqan olmasını istər. ONun üçün birlikdə qazanılan sərvət, birlikdə dadılacaq gözəlliklərdir. Təbiəti, heyvanları, uşaqları və bu zövqləri də onunla paylaşacaq kişiləri çox sevər.
Qarşı qoya bilməyəcəyi təklif: "Axşamkı dəvətdən əvvəl bir zərgərə uğramağa nə deyərsən?" ))))

------------------------------------------------------------------------------------------------------------------------------------------------------

ƏKİZLƏR BÜRCÜ QADINI
Bu hava qadını davamlı eyni adamla eyni dam altında yaşayarkən görmək çətindir. Buna görə qısqanc bir kişiylə əsla birlikdə ola bilməz. Onun kiçik də olsa eşqbazlıqlarına göz yumacaq biriylə rahatlayar. Bu, onun üçün bir oyundur. Bu oyunu onunla paylaşacaq kişilərə dərhal maraq duyar. Bunun yanında, özüylə uzun uzun danışıb mübahisə edəcək ağıllı və mədəni kişilərə də xeyr deməz. Çünki bu ağıllı qadının davamlı beyin gimnastikası etməsi lazımdır. Ruhu hər yaşda gənc qaldığı üçün, orta yaşlarında gənc kişilərlə birlikdə olmağı sevər. Ömür boyu səyahət və eşqbazlıq edə biləcək bir kişiyə xeyr deməz.
Qarşı qoya bilməyəcəyi təklif: "Bu həftə sonu mənsiz bir tətilə nə deyərsən?" ))))

------------------------------------------------------------------------------------------------------------------------------------------------------

XƏRÇƏNG BÜRCÜ QADINI
Xərçəng qadını, bir kişidən; əvvəl özünə, sonra da uşaqlarına ata olmasını gözləyər. Ailəsinə və evinə düşkündür. Bu mövzularda hörmət və anlayış gözləyər. Sevdiyi kişiyə qulluq etməyi xoşlayır. Yaxşı bir aşbazdır. Problemlərini öz başına həll edə biləcək qədər güclü olmasına qarşı ona yol göstərmənizdən xoşlanar. Laqeydlik edilməyə dözümü yoxdur. Əks halda başqa limanlara sığına bilər. Xırda kaprizlərinə göz yumsanız sizi daha çox sevər.
Qarşı qoya bilməyəcəyi təklif: "Bu axşam evdə qalıb gözəl şam edəkmi?" )))

------------------------------------------------------------------------------------------------------------------------------------------------------

ŞİR BÜRCÜ QADINI
Şir bürcünün qadını, bir kişidən əvvəl hörmət gözləyər. O, bir kraliçadır. Tənqid olunmaqdan nifrət edər. Xoş sözlərə isə huşunu itirər, xüsusilə başqalarının yanında olsa! O, hər şeyin möhtəşəm olmasını istər. Müvəffəqiyyəti sevər, müvəffəqiyyətli kişiləri də... Utancaq və romantik kişilərdən xoşlanmaz. ONun sevgisindən əvvəl hörmətini qazansanız, sizə aşiq olması uzun sürməz.
Qarşı qoya bilməyəcəyi təklif: "Şəhərin ən hörmətli və gözəl restoranında bu axşam yer ayırmışa. Mənə yoldaşlıq edərsənmi?" )))

------------------------------------------------------------------------------------------------------------------------------------------------------

QIZ BÜRCÜ QADINI
Qız bürcünün qadını üçün hər kişi həll edilməsi lazım olan bir hadisədir. Buna görə özünüzü dərhal ələ verməməniz lazımdır. Sizi həll etməsi nə qədər uzun zaman alsa, o qədər uzun müddət birlikdə olarsınız. ONA boşuna özünüzü izah etməyə çalışmayın. O, sizin heç bilmədiyiniz xüsusiyyətlərinizlə maraqlanar. Qız bürcünün qadınıyla birlikdə olacaq kişilərin hər şeydən əvvəl ağıllı olmaları lazımdır. 24 saat birlikdə olsanız da sizə məktub yaza bilər. Bu oyuna qatılıb məktublarına cavab yazarsanız ömür boyu yazışacağınızdan şübhəniz olmasın.
Qarşı qoya bilməyəcəyi təklif: (Yazıb göndərsəniz daha təsirli olar.) "Bir şahmat partiyasına nə deyərsən?"

------------------------------------------------------------------------------------------------------------------------------------------------------

TƏRƏZİ BÜRCÜ QADINI
Tərəzi qadını, uyğun bir birlik istər. Birlikdə olacağı kişinin xarakteri, ailə quruluşu, təhsil səviyyəsi, boyu, kilosu özünə uyğun olsun istər. Futbolu seyr edərkən qışqırıb bağıran, danışarkən səsini ucaldan kişilərə dözümə bilməz. Özünə uyğun olduğunu düşündüyü kişiylə dərhal evlənmək istəyə bilər. Çünki onun üçün uyğun birlik, evlilik deməkdir. Sənətçi və ya sənətə maraq duyan kişiləri sevər.
Qarşı qoya bilməyəcəyi təklif: "Mənimlə evlənərsənmi?" )))

------------------------------------------------------------------------------------------------------------------------------------------------------

ƏQRƏB BÜRCÜ QADINI
Əqrəb qadını ehtiraslıdır. Bir kişidən çox şey gözləməz. Səhvləriylə, qüsurlarıyla sevməyi bilər. Dözər, görməzlikdən gələr. Amma xəyanəti heç bir zaman bağışlamaz. Əqrəb qadınıyla birlikdə olan kişi, şanslıdır. Çünki başqa heç bir qadın, onu bu qədər sevə bilməz. Şanssızdır- Çünki onu aldatsa ömür boyu sevilmədən yaşar.
Qarşı qoya bilməyəcəyi təklif: "Səndən başqa heç bir qadının olmadığı bir adada yaşamağa nə deyərsən?"

------------------------------------------------------------------------------------------------------------------------------------------------------

OXATAN BÜRCÜ QADINI
Ana diliniz, doğulduğunuz ölkə fərqlidirsə bir Oxatan qadınıyla bərabərsiniz deməkdir. Oxatan qadınları, xarici kişiləri sevər. İdmançıları da... Çünki möhkəm başın möhkəm bədəndə olduğunu bilər. Qısqanc kişilərə dözüm edə bilməz. Çünki sizinlə bərabərkən başqa bir kişi yoldaşıyla səyahətə gedər, başqa niyyət güdmədən. Azadlığını məhdudlaşdıracaq olsanız, ən son görüşməniz telefonla beynəlxalq əlvida görüşməsi olar.

------------------------------------------------------------------------------------------------------------------------------------------------------

OĞLAQ BÜRCÜ QADINI
Oğlaq qadınıyla birlikdə olmaq üçün gözləməniz lazımdır. Ehtimalla o da sizi uzun zamandır gözləyir; amma bunu dərhal bildirməz. Tələsik etsəniz qaçar. Sizi tanıması və güvənməsi üçün zamana ehtiyacı vardır. Həqiqidir, boş xəyallara bel bağlamaz. Qısa davamlı həyəcanlar arxasında qaçmaq yerinə uzun davamlı möhkəm əlaqələri seçər. Məsuliyyət sahibi, mehriban, isti qanlı, yumor anlayışı olan kişilərdən xoşlanar. Birdən alınan qərarlardan, son anda edilən planlardan xoşlanmaz. Onu bir yerə dəvət etmək istəyirsinizsə, bunu ən az bir həftə əvvəldən etməniz lazımdır.
Qarşı qoya bilməyəcəyi təklif: "Bir il sonra evlənməyə nə deyərsən?" )))

------------------------------------------------------------------------------------------------------------------------------------------------------

DOLÇA BÜRCÜ QADINI
Mühafizəkar və qısqancsınızmı? O zaman bu qadına yaxınlaşmayın. Onsuz da siz də onu uzaqdan belə görsəniz qeyri-mümkün olduğunu anlarsınız. Çünki Dolça qadını xarici görünüşüylə belə mühafizəkar insanları əziyyətdən çıxarda bilər. Romantizm, ən son müraciət etməniz lazım olan silah olmalıdır. Romantik bir aşiqdən çox, macəra sevər bir yoldaşla birlikdə olmağı seçər. ONU əldə etmənin tək yolu, yoldaşlığını qazanmaqdır. Sürprizlərə hazırlıqlı olmanız lazımdır. Çünki harada, nə vaxt nə edəcəyini anlaya bilməzsiniz. Çox tez aşiq olar və çox tez bezə bilər. Bu qısa müddətdə dostluğunu qazana bilsəniz, uzun müddət sizinlə birlikdə olar.
Qarşı qoya bilməyəcəyi təklif: "Nə vaxt istəsən məni axtar." )))

------------------------------------------------------------------------------------------------------------------------------------------------------



BALIQLAR BÜRCÜ QADINI
Bu romantik, həssas qadına ötəri yanaşmayın; böyük bir yanılmaya düşmüş olarsınız. Çünki; o, xülyalı baxışları, yaşlı gözlərinin arxasında hər növ çətinliyin öhdəsindən gələ biləcək güclü bir qadını saxlayar. ONU əldə etmək üçün ən pis gününüzdə yanına gedin. Dərhal özünüzü yaxşı hiss etməniz üçün əlindən gələni etməyə başlar. Balıq qadını üçün kömək etmək, aşiq olmaq deməkdir. Etdiyiniz səhvləri bağışlayar, kaprizlərinizə, xasiyyətsizliklərinizə səs çıxartmaz; amma ona kobudluq etsəniz; üzünüzə gülməyə davam edərkən yavaş yavaş uzaqlaşar və siz necə olduğunu anlamadan həyatınızdan çıxıb gedər. Bu ayrılıq sonrası ağlayıb kədərlənəcəyini ümid etsəniz yanılarsınız; çünki yaddaşı çox güclü deyil.
Qarşı qoya bilməyəcəyi təklif: "Lütfən mənə kömək et!" )))


Sualım oğlanlaradır: Qadınların istəklərini etmək çox çətindi?



Fikirlərinizi bildirməyi unutmayın


Tarix: 14.05.2013 / 21:17 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 577 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...