Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İdeal kişidən-ideal sözlər.. [müzakirəli mövzu]

Belə bir aforizm vardır:
Əgər bir kişi qadının onun üzərində hakim olmasına yol verirsə, demək o, nə kişi, nə də qadın deyil, o bir heçdir.

Biz müsəlmanlarda kişiye hörmət böyükdür. Hələ mən uşax idim, atam evə gələndə həmişə birinci onu yola vermeli idi mama, birinci onun yeməyi hazır olmalı idi. Mənə isə öyrədirdi: Ən birinci evin kişisini yola vermək lazımdır, qadın ac da dözər.

Mən uşaq idim, yüksək səslə nəsə deyərdimsə anam mənə öyrədir di ki asta səslə danışmaq lazımdır, evdə kişi xeylağı olanda, böyüyə hörmət etmək lazımdır. Hələ yadımadır, birdəfə də döşəməni qardaşıma tozsoranlatmaq istədim. Onda anam məni dannadi ki kişi xeylağına helə işlər gördürtməzlər,alçaltçmazlar. Qayıdıb cavabında dedim ki -sən onun tərəfindəsən ana, o uşaqdı. Anam dedi o uşaqdır...ama gələcəyin bir kişisidir.
Hər ailədə bir qanun var bizdə də belə idi. Zamanla böyüdükcə anladım artıq bunlara özüm əməl etməyə başladım.

Biz müsəlmanlarda kişi qadından yalnız hörmət istəyir. Hərdən bir qadınların kaprizlərindən sıxılsalar da yenə də hər vəziyətə dözüb qadinlarını yola gətirirlər. Bizim kişilərdən gözlədiyimiz ideal hərəkətlər də məhs bunlardır.

Az əvvəl sosial şəbəkələrdə xəbərlər izləyərkən xaricilərin əyləncə saytlarında bir xəbər gördüm. İdeal kişilər... Sual belə idi: İdeal kişilərin ideal sözləri necə olmalıdır???
Cavablar biraz qəribə gəldi:

Qadınların ideal kişilərdən duymaq isdədikləri:
1. Əzizim olar mı mən qabları yuduqdan sonra döşəmənidə təmizləyim?
2. Rəfiqələrini dəvət elə, məndə tort hazırlayım, gözlə görüm önlüyüm hanı?
3. Sevgilim deyəsən yorulmusan, sən otur teleseriallar izlə, məndə paltarları ütüləyim.
4. Mən gedim çiyələk və şampan alım mamamız gilə qonaq gedək, qaynanamnan ötrü darıxmışam.
5. Mən artıq bezmişəm içki içən dostlarımdan, onlarla eləməyə söypətdə tapmıram.
6. Birazda şirniyat ye əzizim, köklük sənə çox gözəl yaraşır.
7. Düşünürəm brilyantların köhnəlib və onları artıq yeniləmək lazımdır.
8. Həyatım, bir gündən bir çiçək almağım azlıq etməyir ki sənə? Səhər-axşam alsam fikrincə normal olar?
9. Məni bir damcıda olsa narahat eləmir işə gecikməyim, əsas olan odu ki qəhvəni hazırlayıb yatağına gətirdim.
10. Sən get biraz dükanları dolaş, məndə ona qədər evin divar kağızlarını yeniləyim.
11. Eh sevgilim, heçnəyi vecinə alma, hərşeyi ürəyinə salma, gəl çıxaq səyahətə.

Belə-belə şeylər..Düşündüm fikrimi sizlərlə bölüşəm belə bir müzakirəli mövzunu
və o sualı birdə sizlərə verəm. SizcəİDEAL KİŞİ NECƏ OLMALIDIR ???


Tarix: 13.05.2013 / 20:45 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 259 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...