Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sən məni Allahdan istəməyi bilmədin (4-cü bölüm)
Sən məni Allahdan istəməyi bilmədin (4-cü bölüm)

Toy məclisi çox gözəl keçdi. Qohumlar,qonşular, dostlar, tanışlar yaxşıca şənləndilər, doyunca oynadılar. Toy başlayandan bitənə qədər Aliyə və Rəhman qoşa əyləşərək ,bir-birinə baxdılar,danışdılar,sevgilərini bir-birinə bəyan etdilər. Sanki bu səs-küyü, bu çalıb oynayanları nə eşidir,nə görürdülər.Əlləri bir-birindən heç ayrılmırdı. Rəhman bu əlləri bərk-bərk tutaraq heç buraxmaq istəmirdi. Onları sevgi dünyalarından hərdən rəqsə dəvət edən qonaqlar ayırırdı. Qalan vaxt sanki bu sarayda bir Rəhman,bir də Aliyə vardı. Aliyə ag paltarda nura bürünmüş bir mələyə bənzəyirdi. Rəhmanın içi içinə sıgmırdı. Aliyəsinin gözəlliyinə saf qəlbinə məftun olmuşdu. O danışdıqca qəlbinin saflıgı daha da aşikar olurdu. Bu isə Rəhmanın ürəyinin dərinliyində, özünü daha da çirkab içində hiss etdirirdi.
Toy məclisi sona çatdıqdan sonra maşın karvanı Rəhmangilin evinə sarı yol aldı. Aliyə evinə gedirdi.Rəhmanla xoşbəxt olacagı o yuvaya...
Hamı harasa getmişdi. Bu evdə bir Rəhman bir də ag gəlinlikli Aliyə qalmışdı. Rəhmangilin evi Aliyənin çox xoşuna gəlmişdi. Onlara ayrılan otaq da Alinin xoşuna gəlmişdi. Pəncərəsi bagçaya açılırdı. Aliyə otaqları bir-bir gəzdi. Öz otagına gəldi. Rəhman da səssiz sədasız onun arxasınca gəzirdi. Aliyə danışır-danışır, Rəhman isə onu duymurdu, eşitmirdi. Sanki qulaqları tutulmuşdu. Hərdən qulagına bir səs gəlirdi: ”papa, ya lyublyu tebya!” (Ata,mən səni sevirəm!) Sərsəm adamlar kimi özünü bu səsdən uzaqlaşdırmaga çalışır, suçlu bir halda nə deyəcəyini, nə söyləyəcəyini bilmirdi. Sanki bir səddə çatmışdı, bu səddi keçmək, bir uca dag aşmaq kimi çətin gəlirdi ona. Aliyə anasıgilin verdiyi cehizə maraqla baxdı, hər şey zöqlə bəzədilmişdi. Hər şey-yerli-yerində idi. Pəncərəyə yanaşdı. Rəhman da onun yanına gəldi. Pəncərə açıq idi, bagçadan gələn qızıl güllərin ətri insanı valeh edirdi. Onlar üz-üzə dayandılar. Aliyənin gözəlliyi onu sanki bayaqkı qarmaqarışıq fikirlərdən silkələyib ayıltdı. Aliyəni bagrına basdı. Sanki ən qiymətli, ən əziz bir varlıq idi Aliyə. Rəhman da bu dəyərli varlıgı heç kimə vermək və ya itirmək istəmirdi. Aliyəsini dəli kimi sevirdi.
Sübhün xoş havası, Günəşin zərrin şəfəqləri ilə birgə onların otagına dolmuşdu. Onlar yuxuda idilər. Aliyə yuxuda xoşbəxt bir halda gülümsəyirdi. Rəhman isə dərin bir yuxuda idi. Onlar çox xoşbəxt görünürdülər. Pəncərədən əsən sübh mehi Aliyəni üşütdü. O gözlərini açdı. Bir an harada oldugunu kəsdirə bilməsə də, Rəhmanın nəfəsini hiss etdi. Ona baxdı, əli ilə saçlarını sıgalladı, sonra ona sıgınaraq yenidən şirin yuxuya getdi.
Artıq toydan bir neçə gün keçmişdi. Alyə hamının xoşuna gəlirdi. Elə bil bu evin qızı idi. Hamı ilə şirin söhbət edər, hamıya hörmətlə yanaşar, öz işini təmiz və səliqəli görərdi. Sona xanım gəlinin işgüzarlıgını, səliqə və səhmanını bəyənir, ona göz qoyurdu. Bəyənmədiyi bircə şey vardı. Rəhmanın ona belə vurgun olması. Rəhmanın onu belə çox sevməsi. Sona xanım bu qərarı verəndə belə düşünməmişdi. O elə bilirdi ki, Rəhman candərdi evlənib bir-iki günə Rusiyaya qayıdacaq. Lakin deyəsən, hələ onun getmək fikri yox idi. Həm də Aliyədən bir saat belə ayrı qalmır, hara getsə tez evə qayıdırdı. Bu Sona xanımın heç xoşuna gəlmirdi.
Aliyənin də bu evdə hamı xoşuna gəlurdi. Baldızları da, eltisi də, qaynatası da çox mehriban idilər. Təkcə Sona xanımda bir qəribə soyuqluq var idi. Bu soyuqluq onlar yalnız qalanda hiss olunurdu. Başqalarının yanında, ən çox da eltisi Rəna yanlarında olanda Sona xanım yorulub usanmadan təzə gəlini tərifləyir, onunla çox mehriban danışırdı. Bu hal Aliyənin gözündən qaçmırdısa da, anlaya da bilmirdi. Rəhmanın Aliyə ilə mehribançılıgı da Sona xanıma xoş gəlmirdi. O belə düşünməmişdi. İnana bilməzdi ki, oglu bu qıza belə baglansın. Nə zaman onlar bir yerdə olurdular, Sona xanım bi bəhanə ilə onlara mane olur, Rəhmanı çagırıb nə isə deyir və ya harasa yollayırdı. Bunu hələ ki heç kim anlamırdı. Hamıya təbii görünürdü. Lakin Sona xanımın ürəyindəki dəhşətli qısqanclıq yavaş-yavaş özünü göstərirdi

Bu gün Aliyəgili atasıgil qonaq çagırmışdı. Sona xanım xəbəri eşidəndən bəri, ev-eşiyə sıgışmırdı. Bu məclisə özü də dəvət olunduguna baxmayaraq, Aliyənin atası evinə ayaq açmasına heç razı deyildi. Odur ki, hər kəslə əsəbi danışır, heç nədən qanqaralıgı salmaga çalışırdı. Bunlar Rəhmanın gözündən qaçmırdı. Birtəhər qonaqlıq vaxtı çatdı. Onlar yıgışıb Süleyman kişigilə getdilər. Onları gülər üzlə qarşıladılar.Yaxşıca qulluq etdilər,sonra hər kəsə alınmış hədiyyə dolu çantanı da verib yola saldılar. Məclisdə Sona xanım lap az danışdı. Qıpqırmızı olmuşdu. Üzündəki gərginlik hiss olunurdu. Lakin onu əsəbləşdirəcək heç bir öhbət olmamışdı. Sadəcə olaraq, oglunu bu ailəyə qısqanır, onların etdiyi hər bir hörmətə, hər qaygıkeşliyə əsəbləşirdi.
Onlar evə gəldikdən sonra, Sona xanım oglunu bir kənara çəkib dedi:
-Bəri bax ha, mənim arvad tərəflə oturub duran adamdan zəhləm gedir. Agır otur, batman gəl. Sizi bir də o qapıdan girən görməyim. Eşitdin?! Nə qədər ki, mən sagam, bu qız o qapıya ayaq basmayacaq.
Rəhman mat qalmışdı. Anası niyə belə danışırdı:
-Niyə, ana? Onlar bizə neyləyib ki? Necə adamdılar ki? –Sona xanım əsəbi halda bagırdı:
-Mən sənə sözümü dedim!-çevrilib getmək istədi, yenidən geri döndü:
-Özün də hazırlaş, çıx get işinin gücünün dalınca. Aliyə burda qalacaq. Sən get işini işlə, pulunu göndər, yesin, otursun yanımda.
Rəhmanın qan beynunə vurdu, qıpqırmızı qızardı:
- Sən bütün bunları mənim başıma niyə açırsan axı? Mənim ürəimlə, həyatımla niyə oyun oynayırsan?
- Mən oyun oynamıram, evlənib ailəsini burda qoyub gedən təkcə sən deyilsən. Sabah övladın olanda nəylə baxacaqsan, nəylə yedirdib içirdəcəksən? Get , pulunu qazan, göndər, üç-dörd aydan sonra gəlib yenə iyirmi gün, bir ay qalıb gedərsən. Hamı belə edir. Həm Tanya ilə Ruslan tək yaşamasın, burda da gözəl-göyçək arvadın olsun. Nədi, pis deyirəm?
Rəhman bir söz demədi. Yuxarı evə çıxdı. Atası onu pərişan görüb yanına çagırdı.
-Nə olub ogul? Niyə bikefsən?
-Heç ata, bir az başım agrıyır.
-Hə, yəqin yorulubsan, get bir az istirahət elə.
Rəhman kövrəldi, dərdini atasına deyə bilmədi. Çünki, özü hamıdan çox günahkar idi. Atasının ürəyi xəstə idi, onu əsəbləşdirmək olmazdı. Həm də bilirdi ki, Sona xanımı heç kəs yolundan döndərə bilməyib, dediyini eləyib həmişə. Odur ki, atasını qucaqlayıb saçlarını oxşadı, üzündən öpüb:
-Sag ol ata, gedim bir az yatım.
Kərim kişi də bir az bu münasibətdən kövrələn kimi oldu. Rəhman öz otagına çəkildi. Aliyə, ortalıgı, pal paltarı yıgırdı. Rəhmanın gəlişini görüb anasıın onlara aldıgı hədiyyələri Rəhmana göstərmək istədi. Lakin Rəhmanı tutqun görüb duruxdu. Ona yaxınlaşdı. Qarşısında dayandı, diqqətlə üzünə baxdı, çox narahat oldu:
- Nə olub sənə? -dedi: -Rəhman başını qaldırıb həyat yoldaşının üzünə baxdı, nə qədər günah içində oldugunu və bu gözəlliyi burada qoyub getmək məcburiyətində oldugunu anlayaraq, Aliyəni bagrına basdı və hönkürərək agladı...


Tarix: 29.04.2015 / 10:45 Müəllif: Aziza Baxılıb: 814 Bölmə: Maraqli Hekayeler
loading...