Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ən xoşbəxt insan

Gözləri görməyən, yerindən tərpənə bilməyən, əli tutmayan, insanların qayğısına möhtac birisi belə dua edirmiş:

“Ey padşahlara, sultanlara vermədiyi nemətləri bu bəndəsinə verən Allahım, sənə yer üzündəki, bütün qum dənələrinin, bütün ağacların yarpaqlarının sayı ədədincə şükrlər olsun!”

Yanından ötənlər qarşısındakı yeməyi ağzına apara bilməyəcək qədər aciz bir insanın bu qədər iddialı və məmnun duasından təəccüblənir və soruşurlar: “Padşahlara, sultanlara verilməmiş və səni xoşbəxt edən o nemət nədir, qardaşım, de biz də bilək”.

Həmin şəxs də belə cavab verir: “Allah-Təala mənə Onu tanımaq qabiliyyəti verib, Onu sevmək duyğusu verib, bütün bu yaşadıqlarımın ötəri bir sınaq olduğunu anlamaq şüuru verib, bu halı ilə Onə şükür etmək şövqü verib, siz heç bunların nə qədər misilsiz bir nemət olduğunu anlayırsınızmı?”


Tarix: 03.12.2014 / 14:20 Müəllif: Aziza Baxılıb: 50 Bölmə: Maraqli Hekayeler
loading...