Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

əqiqətləri görməyən göz mənimkidir!

Bir kişinin gözləri ağrıdığı üçün həkim çağırılar. Həkim isə xristian olur. Müayinə etdikdən sonra: -Gözlərinizə su dəyməməlidir: -Su dəyməsə necə dəstəmaz ala bilərəm? -Gözləriniz və sağlamlığınız sizə lazımdırsa su gözlərinizə deyməsin. Müayinəden sonra kişi dəstəmaz alıb namaz qıldı və daha sonra bir az yatdı. Durduğunda isə gözlərində heç bir ağrı olmadığını hiss etdi. Elə o anda səs eşitdi: -Sən bizim üçün gözlərini fəda etdin, biz də səndən o ağrını götürdük. Bir zaman sonra xristian həkim yenidən gəldi və xəstənin gözlərinin sağaldığını görüncə heyrət etdi: -Amma bu necə olur, sən nə etdin ki belə oldu? Kişi hər şeyi olduğu kimi danışdı. Həkim bu anda: -Əslində gözləri ağrıyan siz yox mənəm. Həqiqətləri görməyən göz mənimkidir!


Tarix: 03.12.2014 / 14:01 Müəllif: Aziza Baxılıb: 24 Bölmə: Maraqli Hekayeler
loading...