Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Altı il sonra

Bir gənc Texasda motosikleti ilə gedirdi. Bir fermanın yanından keçəndə bir buzovu vurdu. Gənc tez fermaya getdi və ferma sahibinə buzovun qiymətini ödəməyə hazır olduğunu bildirdi. Ferma sahibi əvvəlcə bir az fikirləşdi, sonra istehza dolu bir ifadə ilə: «Düzdür, buzovun indiki qiyməti iki yüz dollardır, ancaq altı il sonra doqquz yüz dollar olacaqdı»… — dedi. Bu sözləri eşidən gənc tez cibindən bir çek dəftəri çıxardı və dəftərə: «900 dollar» yazdıqdan sonra tarix hissəsinə altı il sonranın tarixini yazdı.


Tarix: 03.12.2014 / 13:55 Müəllif: Aziza Baxılıb: 57 Bölmə: Maraqli Hekayeler
loading...