Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Üç addım

Bir alimdən: «Necə həqiqi insan ola bilərik? — deyə soruşdular. „Üç addım atmaqla!“ — deyə alim cavab verdi, — »Birinci yerdə sizə pislik edənlərə qarşı pislik etməmək gəlir. İnsanlığa atdığınız ilk addım budur. Əgər,sizə pislik edənlərə qarşı pislik etməsəniz, deməli, həqiqi insanlığa ilk addım atmış olarsınız. Sizə pislik edənlərə qaşı yaxşılıq etmək… Bu əsl insanlığa atdığınız ikinci addımdır. Əgər, sizə pislik edənlərə qarşı yaxşılıq etsəniz, ikinci böyük addımı atar və həqiqi insan olmağa başlayarsınız.

Nəhayət, sizə yaxşılıq edənlərlə pislik edənlər arasında fərq hiss etməmək… Bu isə həqiqi insanlığa atdığınız üçüncü addımdır. Əgər, sizə pislik edənlərlə yaxşılıq edənlər arasında fərq hiss etməsəniz, deməli, əsl insansınız".


Tarix: 03.12.2014 / 13:44 Müəllif: Aziza Baxılıb: 43 Bölmə: Maraqli Hekayeler
loading...