Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dünyanın yeddi möcüzəsi

Müəllim uşaqlardan Dünyanın Yeddi Möcüzəsini yazmalarını istəyər. Gələn cavablar;
1) Artemida Efes Məbədi
2) İskəndəriyə Mayakı
3) Rodos Nəhəngi
4) Babil Asma Bağları
5) Halikarnasdakı Mavsolun Məqbərəsi
6) Zevsin Heykəli
7) Misir ehramları
Qız şagirdlərdən biri kağızını verməkdə tərəddüd edər. Müəlliminə; "Məncə Dünyanın 7 möcüzəsi bunlar deyil" deyər. Şagirdlər qıza gülərlər.
Müəllim son dərəcə anlayışlı bir şəkildə;
"Yaxşı, de görək sənin siyahında nələr var?"
Qız şagird əvvəl bir az tutular, sonra oxumağa başlayar.
"Məncə Dünyanın yeddi möcüzəsi;
1) Görmək
2) Eşitmək
3) Toxunmaq
4) Dadmaq
5) Hiss etmək
6) Gülmək
7) Və Sevmək"
Otaqda ağcaqanad uçsa səsi eşidiləcək şəkildə bir səssizlik yaranar.
Sadə, sıravi və normal olaraq düşündüyümüz və gözdən qaçırdığımız şeylər həqiqətdə nə qədər də mükəmməldirlər....


Tarix: 01.12.2014 / 14:51 Müəllif: Aziza Baxılıb: 45 Bölmə: Maraqli Hekayeler
loading...