Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sevgi zərbəsi [4-cü bölüm]

Mən nə edəcəm ana?-Ağlayaraq anasına sığındı.
- Sənin edə biləcəyin bir tək yol var. Mahirə ərə getmək.
- Siz nə danışırsız? Mən heç nə xatırlamıram.- Mahir təəccüb dolu baxışlarla Zərifəyə baxdı.
- Oğul bu etdiyin insanlığa sığmaz. Qızın namusunu ləkələmisən. Onunla evlənmək də boynunun borcudu.- Gülnaz əllərini əsəbi halda havada yellətdi.
- Gülnaz qızımı gör nə hala gətirib. Kürəyinə bax.. Sinəsinə bax… İlahi, Bu nə vəhşilikdi? Meşədən çıxıb sanki. Gül kimi qızım bədbəxt etdi. –Südabə Zərifədən beş betər ağlayırdı.
- Mahiri dünyaya gətirdiyimə peşmanam artıq. Onun kimi oğul olmaz olsun. Sən ki, belə deyildin bala. Bu nə insafsızlıqdır, bu nə vəhşilikdir etdin? – Gülnaz ağlayaraq Mahirə bir sillə vurdu.
- Zəfər bilsə Mahiri də, Zərifəni də, məni də öldürəcək. Tezliklə toy etməliyik.
- Hə başqa çarə yoxdu. Bəs Zəfər bəyə nə deyəcik? –Gülnaz narahat olmağa başladı.
- Bilmirəm, səhər qızımın barmağına üzük tax. Yoldaşımı razı salaram. Nişan etdiyimi demərəm sadəcə üzük taxdıq deyərəm. Ailələr arasında qeyd etdik deyərəm.
- Sabah Səmraya elçi göndərəcəkdim ana…
- Sus mundar! Səmra sənə elə əziz idisə Zərifənin başına bu müsibəti gətirməzdin. Sudabə Mahirə acıqlandı.
- Qəti sözüm budur ki, sabah ikisini də nişanlayaq tez bir zamanda toylarını edək. Zəfər qardaşla özün danış. Gerçəyi desən Mahiri öldürər.
- Yox gerçəyi yoldaşıma desəm hamımızı öldürər. Odur ki, bu gecəki sohbəti kimsə bilməməlidi.
Zərifə isə dili tutulmuş insan kimi kənarda yorğana bükülüb oturmuşdu. Arada içdən ağlayırdı. Salehi düşünürdü. Onun üzünə daha baxa bilməyəcəyini, bu illər boyu qurduqları xəyalların heç zaman real olmayacağını dərk edərək ağlayırdı. Daha o xəyallara da xəyanət etmişdi. Səmranın da dostluğunu, inamını, etibarını sevginisini itirmişdi.


Tarix: 22.11.2014 / 23:30 Müəllif: Aziza Baxılıb: 86 Bölmə: Maraqli Hekayeler
loading...