beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dəvət etdiyim bəzi insanlara “ALLAH`dan qorx” dedkdə, “Öz işin ilə məşğul ol” deyirlər.

Sual: Üzləşdiyim, mənə ağır gələn məsələlərdən biri budur ki, bəzi insanlara nəsihət etdikdə və yaxud onları işlədikləri bəzi münkər, pis şeylərdən çəkindirdikdə onlar: “Bu sənlik deyil, öz işinlə məşğul ol, mənim şəxsi işimə qarışma” deyirlər. Onların bu sözlərinin hökmü nədir?

Cavab: Həmd Allaha məxsusdur.

Bu sözlər batil sözlərdir və haqqı inkar etməkdir. Allah bu cür cavabı xoşlamır. Buna dair dəlil Allah rəsulundan sallallahu aleyhi və səlləm rəvayət olunan səhih hədisdir. Allah rəsulu sallallahu aleyhi və səllləm demişdir: “Allaha ən sevimli sözlər bir insanın “Sübhənəkə Allahummə vua bi həmdikə, vua təbərəkə ismukə vua təala cəddukə, vua lə iləhə ğeyrukə (Allahım, Sən Pak və Müqəddəssən. Sənə həmd olsun. Sənin adın mübarək, əzəmətin ucadır. Səndən başqa ibadətə layiq haqq məbud yoxdur)”. Allahın ən nifrət etdiyi kəlimə isə, bir insan digərinə: “Allahdan qorx” dedikdə, onun: “Öz işinlə məşğul ol!” deməsidir. (əl-Silsilə əl-Sahihə, Şeyx Albani, ?2598)

Siz dəvətinizdə səbat və mətanət göstərin və əziyyət çəkdiyiniz şeylərə səbirlə sinə gərin. Necə ki, Loğman əleyhissəlam öz oğluna demişdir: “Oğlum! Namaz qıl, (insanlara) yaxşı işlər görməyi əmr et, pis işləri qadağan elə. (Bu yolda) sənə üz verəcək müsibətlərə döz. Həqiqətən, bu (dediklərim) vacib əməllərdəndir!” (Loğman 31:17)


Tarix: 06.04.2013 / 13:55 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 99 Bölmə: Maraqlı melumatlar