beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Allah təala buyurur: “Sizdən elə bir kəs olmaz ki, oraya (cəhənnəmə) varid olmasın”.

Sual: Məryəm surəsində aşağıdakı ayəni oxumuşam.

Allah təala buyurur: Allah təala buyurur: “Sizdən elə bir kəs olmaz ki, oraya varid olmasın. Bu, Rəbbinin (əzəldən) buyurduğu vacib bir hökmdür”.

Sonra Biz Allahdan qorxub pis əməllərdən çəkinənlərə nicat verəcək, zalımları isə orada diz üstə çökmüş halda saxlayacağıq!” (Məryəm 19:71-72)

Bu ayənin, xüsusilə ayədə keçən “Vəriduhə” kəliməsinin mənasını bilmək istəyirəm. Ət-Təxvif Min Ən-Nər əsərində İbn Rəcəb Allah ona rəhmət etsin deyir ki, alimlər “Vurud” kəliməsinin mənasında ixtilaf etmişdirlər. Bunun mənası Cəhənnəmə daxil olmaqdır, yəni həm möminlər, həm də kafirlər cəhənnəmə daxil olacaqdır və sonra Qüdrətli Allah möminləri oddan xilas edəcəkdir? Yaxud, bu qılıncın ucu kimi olan yolun (sırat) üzərindən keçməkdir? Yəni möminlərin öndə gələnləri işıq sürəti kimi keçəcək, ikinciləri külək kimi və üçüncüləri atların ən yaxşısı, dördüncüləri dəvələrin və digər heyvanların ən yaxşısı kimi sürətlə və sonra isə mələklər keçəcəkdir. Bu doğrudurmu?

Cavab: Bu barədə varid olan səhih hədislər açıq-aydın göstərir ki, Vurud kəliməsinin mənası cəhənnəm oldunun üzərində olan sıratın (yolun, körpünün) üzərindən keçməkdir. Qüdrətli Allah bizi ondan (cəhənnəmdən) mühafizə etsin. İnsanlar onun üzərindən keçəcəkdir və onların sürətləri əməllərinə görə olacaqdır. Bu həqiqəti biz hədislərdən öyrənirik.


Fətəvə İsləmiyyə, cild 7, səh. 155, DARUSSALAM


Tarix: 05.04.2013 / 19:09 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 77 Bölmə: Maraqlı melumatlar