beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

“Qəbiri açsanız orada heç bir dəyişiklik görə bilməzsiniz” söyləyərək qəbir əzabını inkar edir

Sual: “Qəbiri açsanız orada heç bir dəyişiklik olduğunu və yaxud daralıb- genişləndiyini görə bilməzsiniz söyləyən kəsə necə cavab verə bilərik?

Cavab

Həmd Allaha məxsusdur.

Şeyx Muhəmməd ibn Üseymin Allah ona rəhmət etsin demişdir:
“Qəbiri açsanız orada heç bir dəyişiklik görə bilməzsiniz” söyləyərək qəbir əzabını inkar edən kəsə bir neçə yolla cavab vermək olar. O cümlədən aşağıdakılar:

Birincisi:

Şəriətimizdə qəbir əzabı sübut olunmuşdur. Allah təala Firovnun camaatı barəsində buyurur:
“Onları səhər və axşamüstü oda salırlar. O Saat gələcəyi gün isə; Firon nəslini ən şiddətli əzaba salın!”. (Ğafir 40:46)

Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir:
“(Ölülərinizi) dəfn etməməyinizdən ehtiyat etməsəydim, Allaha dua edərdim ki, mənim eşitdiyim qəbir əzabını sizə eşitdirsin”. Sonra o bizə tərəf döndü və dedi: “Cəhənnəm əzabından Allaha sığının” və onlar dedilər: “Cəhənnəm əzabından Allaha sığınırıq”. O dedi: “Qəbir əzabından Allaha sığının” və onlar: “Qəbir əzabından Allaha sığınırıq”. Müslim; 2867

Peyğəmbər sallallahu aleyhi və səlləm mömin barəsində demişdir:

“Onun qəbiri göz görəcək qədər genişləndiriləcəkdir”. Buxari 1374; Müslim 2870


Bu mövzuda həmçinin digər mətnlər də var.

Ona görə də, saxta fikirlərdən dolayı bu mətnləri inkar və rədd etmək olmaz. Əksinə bizim onlara iman etməmiz və təslim olmağımız vacibdir.

İkincisi:

Qəbir əzabı əslən ruhla olur və bədən üzərində fiziki təsiri olan bir şey deyildir. Bunun fiziki təsiri olsaydı qeybə iman məsələsindən sayılmazdı və buna iman etməyin faydası olmazdı. Lakin bu qeybi məsələdir və Bərzəxdə olan əhvallar bu dünyadakılar ilə müqayisə edilə bilməz.

Üçüncüsü:

Əzab və nemət, qəbirin genişlənməsi-daralması, başqalarının deyil yalnız ölülərin hiss etdiyi bir məsələdir. Ola bilsin ki, biri yatağında uzanaraq yuxuda ayaq üstə olduğunu, gəlib getdiyini, vurduğunu və yaxud döyüldüyünü görür. Dar və qorxulu yerdə və yaxud geniş və gözəl yerdə olduğunu görə bilər, lakin onun ətrafında olanlar bunu görə və yaxud hiss edə bilməzlər.

Bu cür məsələlərdə üzərimizə düşən: “Eşitdik və itaət etdik, iman etdik və təsdiq etdik” söyləməkdir.
Məcmu Fətəvə ibn Üseymin (Allah ona rəhmət etsin), 2/29


Tarix: 04.04.2013 / 21:24 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 117 Bölmə: Maraqlı melumatlar