beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İSLAMDA VALİDEYNLƏRƏ EHSAN silsiləsindən müxtəlif fətvalar: Pis rəftar edən ana ilə necə yola getmək

Sual: Əvvəla sizin nəzərinizə çatdırmaq istərdim ki, sual və cavabın ümmət üçün çox böyük faydası var, maşallah və ümid edirik ki, siz və digərlərinə bu işdə yardım edənlər bu dünya və axirətdə ən gözəl mükafatı əldə edəcəklər. Mənim sualım gənc bir müsəlman oğlanın adındandır. O, maşallah zahirən ixlaslı görünən və elmli bir müsəlmandır, bacardığı qədər islam dininə itaət edir və doğru əqidə üzərindədir. Dul anası ilə birgə yaşayır, anası islam dininə tam riayət etmir və bəzən islama zidd işlər ilə məşğul olur. Onu və anasını tanıyıram, onlar çox yaxındırlar və bir-birinə qarşı çox yumşaqdırlar. Lakin bəzən görürəm ki, oğlu anasına görə son dərəcə çətin hallara, vəziyyətlərə düşür və mən ona lazımi şəkildə nəsihət edə bilmirəm. Bu hallardan məsələn odur ki, anası qısa paltarda evdən bayıra çıxır və oğlu bu cür biabırçılığa nifrət edir, lakin anası ilə gedir. Çünki əcnəbilərin ona söz atmasından ehtiyat edir və yaxud anasının qərb tərzində kişi tanışları ilə həddən artıq dost münasibətləri var və ya içki verilən süfrələrdə oturaraq nahar edir, lakin anası içki qəbul etmir.

Bu qardası çətin vəziyyətlərə düşürən müxtəlif cür əhvalatlar var. Məsələn, anasının dostları hər cür bidəti dəstəkləyir. Oğlu anasına onun səhv hərəkətlərini izah edir və anasını dəvət etməyə çalışır, lakin çox vaxt “həddi aşmaq, dərinə getmək” və yaxud “daş dövründə yaşayırsan” kimi sözlərlə ittiham olunur, anası bunlara əhəmiyyət vermir. Xahiş edirəm, nəsihət edin. Dostum yalnız mənə güvənir, o özünü pis hiss edir və anası tərəfindən ona edilən bu cür davranışı nəzərə alaraq anası ilə qalmasının doğru olub-olmamasını bilmək istəyir. Anası ilə qalmaq barədə tərəddüd edir, hətta anası qeyri-islami paltarlar geydikdə, bəzi əcnəbilərin ona sataşacaqlarından qorxur. Onu da qeyd edim ki, bu şeyləri o mənə söyləməmişdir və ailəsinin xətalarını açmamışdır, əksinə ətrafda olanlar və həmçinin özüm bunlara şahid oluruq. Belə ki,onun dostuyam. Xahiş edirəm kömək edin. Allah sizi xeyirlə savablandırsın.

Cavab: Həmd Allaha məxsusdur.

Sözsüz ki, sizin söylədiyiniz bu əhvalat çox kədərləndirici və hüznlüdür. Xüsusilə də, insana ən yaxın olan birinin dini baxımdan geri qalması səbəbi ilə onun əziyyət çəkdiyini, narahat olduğunu gördükdə bu daha təsiredici olur. Lakin “Allah bizə yetər. O nə gözəl Qoruyandır!”. (Ali-İmran 3:173).

“Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq!”. (Bəqərə 2:156)

Bu qardaşımız yadda saxlamalıdır ki, insanların bir-birinə qarşı münasibətlərində ən mühüm vəzifələri insanın öz valideyininə yaxşılıq, ehsan etməsidir. Çünki Allah təala buyurur:

“14 Biz insana ata-anasının qayğısına qalmağı əmr etdik. Anası onu (bətnində) gündən-günə zəiflədiyinə baxmayaraq daşımışdır. Onun süddən kəsilməsi isə iki il ərzində olur. Mənə və valideynlərinə şükür et! Axır dönüş Mənədir.

15 Əgər onlar bilmədiyin bir şeyi Mənə şərik qoşmağın üçün (səni məcbur etməyə) cəhd göstərsələr, onlara güzəştə getmə! Dünyada onlarla gözəl davran. Mənə üz tutanların yolu ilə get! Sonra isə dönüşünüz Mənə olacaq, Mən də nə etdikləriniz barədə sizə xəbər verəcəyəm”. (Loğman, 31:14-15)

Ayədə bəhs edilən bu müşrik valideynlər əllərindən gələni edirdilər ki, övladlarını Allaha şərik qoşmağa vadar etsinlər. Lakin, buna baxmayaraq Allah təala övladlara valideynləri ilə əlaqə saxlamalarını və onlara qarşı bu dünyada gözəl davranmağı onlara əmr etmişdir.

Eləcə də, siz də həmçinin ananıza qarşı gözəl davranmağa məcbursunuz. Ananıza bu pis davranışından əl çəkməsini nəsihət edin, əməllərinin nə dərəcədə çirkin olduğunu və bunlardan əl çəkmədiyi təqdirdə onu nə cür cəza, əzab gözləyəcəyini ona başa salın. O sizi dinləsə, o zaman Allaha həmdü-sənalar olsun. Sizin çağırışınıza cavab verməzsə, o zaman ondan gözəldə tərzdə ayrılın; dini bağlılığınıza, imanınıza mənfi təsir ehtiva edən məsələlərdə ona qarışmayın, lakin eləcə də onu məyus etməyin. Dünyada onunla gözəl davranın və vaxtaşırı ona nəsihət etməyə davam edin. Sizin ondan ayrılmağınız günah sayılmayacaqdır, siz bunu Allahın razılığını qazanmaq və münkər bir əmələ etiraz əlaməti olaraq edirsiniz.


Nəticə etibarilə bildiririk ki, sizin onun yanında qalmağınız onun imanının artmasına, islami vəzifələr yerinə yetirməsinə və haram işlərdən çəkinməsi yolu ilə ona fayda verəcəksə-və yaxud ən azından bu cür münkər əməllərini azaltmağa səbəb olacaqsa-çünki, o nəzarət edildiyini görəcək və ya pis insanlar ondan uzaqlaşacaq və eyni zamanda sizə də bir zərəri olmayacaqsa, o zaman göstərdiyiniz hər hansı səylərə görə savab qazanmaq ümidi ilə onunla qalın və Allah təala səbr etdiyinizə görə sizə əcr verəcəkdir. Yox əgər artıq əlinizdən gələni etmisiniz və faydası yoxdursa və yuxarıda qeyd olunan vasitələrin hər hansı birində buna müvəffəq olmamasınızsa və onunla qalmağınız sizin dininizə və imanınıza, şərəfinizə mənfi təsir göstərəcəksə, o zaman yuxarıda qeyd olunan qaydada ondan aralı qalmağınıza görə sizə bir günah yoxdur. Bir şərtlə ki, onunla vaxtaşırı əlaqə saxlamağa davam etməli, onun ehtiyaclarının qayğısına qalmalı və ona nəsihət etməlisiniz.

Allaha dua edirik ki, sizə səbr bəxş etsin və səylərinizə görə sizi mükafatlandırsın. Çünki, O kömək edənlərin ən yaxşısıdır.


Tarix: 03.04.2013 / 21:56 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 217 Bölmə: Maraqlı melumatlar