beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

“Gecənin qanadları yayıldıqda uşaqlarınızı içəri salın, çünki bu vaxtı şeytanlar hər tərəfə yayılırl

Sual: “Gecənin qanadları yayıldıqda uşaqlarınızı içəri salın, çünki bu vaxtlar şeytanlar hər tərəfə yayılırlar” hədisini necə başa düşmək lazımdır? Bu hədisdə məğrib vaxtı şeytanların yayıldığına dair dəlil varmı? Bu vaxt uşaqları evə salmaq lazımdırmı?

Cavab: Həmdü-sənalar Allaha məxsusdur.

Bəli, bu ədəb, tərbiyə barəsində bir sıra səhih hədislər varid olub. Bu hədislərdən biri Cabir ibn Abdullahın, Allah ondan razı olsun, Peyğəmbərdən sallallahu aleyhi və səlləm rəvayət etdiyi aşağıdakı hədisdir. Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir:

“Gecənin qanadları yayıldıqda-və ya gecə gəldikdə uşaqlarınızı içəri salın-çünki bu vaxtda şeytanlar yayılırlar. Gecədən bir vaxt keçdikdə onları sərbəst buraxın. Qapılarınızı bağlayın və Allahın adını zikr edin, çünki şeytan bağlı qapını açmır. Su qablarınızı bağlayın, hətta üzərinə bir şey qoymaqla belə qablarınızın üzərini örtün və Allahın adını zikr edin. Çıraqları söndürün”.

Buxari (3280) və Müslim (2012) rəvayət etmişdirlər.

İmam Nəvəvi bu hədisi “Qabları örtmək, su qablarını, qapıları bağlamaq, onların üzərinə Allahın adını zikr etmək, yatmağa getdikdə ocağı və çıraqları söndürmək və məğribdən sonra uşaqları və mal-qaranı içəri salmaq” adlı fəsil başlığında vermişdir.

Müslim (2013) həmçinin Cabirin, Allah ondan razı olsun, belə söylədiyini rəvayət edir. Allah Rəsulu sallallahu aleyhi və səlləm dedi: “Günəş batdıqdan sonra gecənin ilk hissəsi qurtaranadək heyvanlarınızı və uşaqlarınızı bayıra buraxmayın, çünki günəş batdıqda gecənin ilk hissəsi qurtarana kimi şeytanlar yayılırlar”.

Hafiz ibn Həcər (Allah ona rəhmət etsin) birinci hədis barəsində demişdir:

“Gecənin qanadları”ndan nəzərdə tutulan məna günəş batdıqdan (qürubdan) sonra gecənin gəlməsidir.

“Onları sərbəst buraxın” qövlü barədə İbn əl-Cəuzi demişdir:

“Bu saatda uşaqlar üçün qorxulur. Çünki şeytanların vurmaq istədikləri nəcasət əsas etibarilə bu vaxtlar olur və uşaqları qoruyacaq zikrlər adətən bu vaxt edilmir və şeytanlar hər tərəfə yayıldıqda onlar yapışdıqları hər bir şeydən yapışırlar. Ona görə də həmin vaxtda uşaqlar üçün qorxulur”.

Həmin vaxtda onların yayılmasının hikməti odur ki, onlar gecə vaxtı günün digər hissələrinə nisbətən daha rahat hərəkət edirlər. Çünki zülmət şeytani qüvvələrin bir araya gəlməsi üçün digər vaxtlara nisbətən daha əlverişlidir. Sitatın sonu”.
Fəth əl-Bari,6/341

İmam Nəvəvi , Allah ona rəhmət etsin, demişdir:

'Bu hədisdə bir çox xeyir növləri, bu dünya və axirət faydalarını cəm edən ədəb qaydaları var. Peyğəmbər sallallahu aleyhi və səlləm bu ədəb qaydalarını buyurmuşdur. Bunlar (hədisdə buyurulan əməllər) şeytanın zərər verməsindən salamat qalmaq üçün səbəbdir. Allah Azzə və Cəllə bütün bu səbəbləri bu zərərdən salamat qalmaq üçün vasitələr etmişdir. Bu vasitələrə əməl edilikdə artıq şeytan qabları, su qablarının ağzını və yaxud qapıları aça bilmir, uşaqlara zərər verə bilmir və yaxud digərləri. Bu barədə necə ki, səhih hədisdə deyilir: “Bir kəs evinə daxil olarkən Bismilləh söyləyərsə şeytan deyir: “Qalacaq yer yoxdur”, yəni bizim bu insanlar ilə gecələməyə qüdrətimiz yoxdur.

Eləcə də bir insan öz zövcəsi ilə yaxınlıq edərkən: “Ey Allahım, şeytanı bizdən uzaqlaşdır və bizə bəxş edəcəyindən şeytanı uzaqlaşdır” deyə söyləyərsə bu şeytanın zərər verməsindən uşağı mühafizə etmək üçün bir səbəbdir. Bu aşağıdakı hədis kimidir. Bu hədis səhih hədislər arasında məşhurdur.

Bu hədis bu cür halarda və bənzər vəziyyətlərdə Allahı zikr etmək üçün bizi buna təşviq edir. Bizim çağdaşlarımız demişdirlər: “Hər bir işdə Allahın adını zikr etmək müstəhəbdir. Allahı hər bir məsələnin əvvəlində tərif etmək müstəhəbdir. Çünki bu barədə məşhur həsən hədis var”.

“Gecənin qanadları” qövlü gecənin zülmətindən bəhs edən məşhur bir ifadədir. Bunun “gecənin qaranlığı gəldiyinə” aid olduğunu söyləmişdirlər.

Peyğəmbərin sallallahu aleyhi və səlləm: “Uşaqlarınızı içəri salın” kəlimələri həmin vaxtda uşaqların bayıra çıxmasına mane olmaq mənasındadır.

“Çünki həmin vaxtda şeytanlar yayılır” kəliməsinin mənası budur ki, qorxulur ki, həmin vaxtda uşaqlar şeytanın zərərinə düçar ola bilərlər, çünki həmin vaxtda onların sayı olduqca çoxdur. Daha doğrusunu Allah bilir. Sitatın sonu.

İmam Müslimin Şərhi, 13/185


Tarix: 03.04.2013 / 21:55 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 220 Bölmə: Maraqlı melumatlar