beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İstifadəçilər üçün internet xidməti quraşdırıram və nə məqsədlə (haram və ya halal) istifadə edəcəkl

Yalnız evlər üçün internet xidməti göstərən internet sisteminin sahibiyəm və lakin onların nə cür saytlara daxil olduğunu bilmirəm. Yəni, ola bilsin ki, onlar icazəli və yaxud digər saytlara girsinlər. Buna görə mənə hər hansı günah yazılırmı? Nəzərə almaq lazımdır ki, bizim internet çatdırma xidmətimizdə isifadəçilərin ziyarət etdikləri internet səhifələrinə nəzarət etmək xidməti yoxdur.

Cavab:

Həmd Allaha məxsusdur.

Caiz və faydalı şeylər üçün istifadə edilə biləcək və yaxud haram məqsədlər üçün istifadə edilə biləcək internet və digər şeylərə gəldikdə, bunlardan haram məqsədlər üçün istifadə etməyəciyi daha çox ehtimal olunan şəxslərə bunları satmaq olar.

Şeyxu-l İslam ibn Teymiyyə, Allah ona rəhmət etsin, demişdir:
Haram məqsədlər üçün istifadə olunacağı daha çox ehtimal olunan hər bir paltarı satmaq və yaxud bundan günah və zülm üçün istifadə edəcək bir kəs üçün bunu toxumaq icazəli deyil. Sitatın sonu. Şərh əl-Umdəh, 4/386

Şeyx ibn Üseymin, Allah ona rəhmət etsin, demişdir:
İcazə verilən hər bir əmələ gəldikdə, əgər kiminsə bu əməldən haram məqsədlər üçün istifadə edəcəyini bilirsinizsə və yaxud daha çox ehtimal varsa, bu və ya digər şəkildə ona kömək etmək olmaz. Sitatın sonu.

Açıq Görüş, 21/139

İnternetdən Allaha asilik etmək üçün istifadə edəcəyini yəqinliklə bildiyiniz və yaxud düşündüyünüz kəsə bu xidməti quraşdırmanız icazəli deyil.

Lakin internet istifadəçisinin bundan nə məqsədlə istifadə edəcəyini bilmirsinizsə, həmin şəxs üçün internet quraşdırmağın haram olduğunu düşünmürük. Çünki bu cür məsələlərdə əsl qayda budur ki, sövdələşmə (əqd) etibarlıdır və qadağan deyil. Sizin halınızda bu əqdin qadağan olunduğunu göstərən hər hansı bir şeyin olduğuna əmin deyilik və yaxud buna böyük ehtimalın olduğunu düşünmürük.


Tarix: 03.04.2013 / 21:28 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 88 Bölmə: Maraqlı melumatlar