beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qadın bir gecə öz ata-ana ailəsi, həyat yoldaşı isə öz ata-anası ailəsi ilə qalmasını istəyir.

Sual: Mən ərimlə xaricdə yaşayırıq. Hər il bir aylıq məzuniyyətimiz olur, bu vaxtı ailələrimiz ilə keçiririk. Ərim bu ayı onun ata-ana ailəsinin evində keçirməyi, mənim ailəmə gəldikdə isə sadəcə onları ziyarət etməyi xahiş edir. Mən hər gün ata-ana ailəmin evinə gedib orada yatmaq istəyirəm. Çünki sadəcə bir ay məzuniyyətimiz var. Mən öz fikrimdə təkid etsəm, ərim isə bunu qəbul etməsə, mən nə etməliyəm?

Cavab: Həmd Allaha məxsusdur.

Sizə məsləhətimiz budur ki, ərinizin xahişini, tələbini yerinə yetirin. Çünki bu cür etməkdə bir neçə səbəbdən dolayı xeyir var:

1. Ərinizə itaət etməklə siz Allah Rəsuluna sallallahu aleyhi və səlləm itaət etmiş sayılırsınız və bu əmələ görə Allahın dərgahında böyük savab var. Qadının həyat yoldaşına itaətə görə veriləcək savaba başqa bir əməlin bərabər olduğu demək olar ki, çətin tapılsın.

Abdurrəhman ibn Auf rəvayət edir ki, Allah Rəsulu sallallahu aleyhi və səlləm demişdir: “Qadın gündəlik beş namazını qılarsa, ayını (ramazan orucunu) tutarsa, namusunu qoruyarsa və ərinə itaət edərsə, ona belə deyiləcəkdir: “Cənnətin istənilən qapısından daxil ol”.

Əhməd (1/191) rəvayət etmişdir, Səxavi “Əl-Buldaniyyə” (161) əsərində və Şeyx Albani “Səhih əl-Tərğib” (1932) əsərində hədisi həsən olaraq təsnif etmişdir.

Huseyin ibn Mihsandan rəvayət edilir
ki, bibisi bəzi ehtiyaclar barədə soruşmaq üçün Peyğəmbərin sallallahu aleyhi və səlləm yanına gəldi. Peyğəmbər sallallahu aleyhi və səlləm onunla söhbətini bitirdikdən sonra ona dedi: “Sənin ərin varmı?” O dedi: “Bəli”. O dedi: “Onunla necə dolanırsan?” O dedi: “Onun haqqlarını yerinə yetirməkdə əlimdən gələni edirəm, sadəcə bacarmadığım şeylər bundan istisnadır”. O dedi: “Onunla necə davrandığına bax, çünki o sənin cənnətin və cəhənnəmindir”.

Əhməd (4/341) rəvayət etmişdir. Əl-Munziri “əl-Tərğib vəl Tərhib” (3/97) əsərində demişdir: “Hədisin isnadı ceyyiddir (yaxşıdır). Albani “Səhih əl-Tərğib” (1933) əsərində hədisi səhih olaraq təsnif etmişdir.

Bu məsələdə ərinizə itaət etməklə asilikdən dolayı meydana gəlməsi ehtimal edilən münaqişələrin və mübahisələrin qarşısını almış olacaqsınız.

Həmçinin nəzərinizə çatdırmaq istərdik ki, saleh qadın o qadındır ki, ərindən ayrılmır və ona xidmət etmək, onun qayğısına qalmaq və onu xoşbəxt etmək üçün çalışır.
Yadda saxlamaq lazımdır ki, bu məsələdə ərinizə itaət etməklə siz aranızda olan xoşbəxtliyi qoruyacaqsınız və sevgi bağlarını gücləndirəcəksiniz, lakin ona qarşı çıxsanız siz şeytan üçün qapı açacaqsınız və münaqişə, mübahisələri daha da qızışdıracaqsınız. Hətta bunun təsirləri dərhal görünməsə belə, ərinizin istəklərinə qarşı asi olmağınızın təsirləri tezliklə özünü biruzə verəcəkdir, xüsusilə də münaqişə və mübahisələr üst-üstə toplanarsa bu daha qabarıq nəzərə çarpacaqdır.

Bu məsələni ərinizlə sakit tərzdə, təmkinlə həll edə bilərsiniz. Məsələn, onun ailəsi ilə bu müddətin yarısını və digər yarısını isə ailəniz ilə qala bilərsiniz və yaxud müəyyən günləri onların yanına getməklə həll edə bilərsiniz.

Kişinin üzərinə düşən vəzifə budur ki, o öz ailəsinə qarşı yumşaq olmalı və onlara təzyiq göstərməməli və kobud olmamalıdır. Çünki zövcə yumşaq və gözəl rəftar edilməyə layiq insanlardan biridir. Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: “Sizlərdən ən xeyirlisi öz ailəsinə qarşı xeyirli olandır və mən sizlərin içində öz ailəsinə qarşı ən xeyirlisiyəm”.

Tirmizi (3895) Albani “Səhih əl-

Tirmizi” əsərində hədisi səhih olaraq təsnif etmişdir.

Allahdan istəyimiz budur ki, sizi doğru olana yönəltsin.


Tarix: 02.04.2013 / 20:01 Müəllif: *Beyaz_Gul* Baxılıb: 219 Bölmə: Maraqlı melumatlar