beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bədlik barədə rəvayət olunan iki ayrı-ayrı hədisin mənasını bir araya necə cəm edək?

Sual: Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) “Nə bədlik var, nə də quşun nəhs olduğuna inanmaq” (1) (Səhih əl-Buxari, “Tibb”) kəlamı ilə “Bədbinlik yalnız evdə, qadında və atda ola bilər” (2) hədisinin ifadə etdiyi mənaları necə cəm etmək olar? Allah sizi xeyir ilə mükafatlandırsın. (3)
Cavab: Nəhslik iki növdür: Birinci növ özündə şirk (Allaha şərik qoşmağı) ehtiva edir ki, bu da eşitdikləri və gördükləri şeylərin nəhs olduğunda inanmaqdır.Buna nəhslik deyilir və şirk olduğuna görə şəriətdə qadağandır.
Bədbinliyin ikinci növünə gəldikdə bu istisna təşkil edir və şəriətdə qadağan olunan növdən sayılmır. Odur ki, səhih bir hədisdə rəvayət edilir: “Bədlik üç şeydədir: qadında, evdə və heyvanda”. Bu hədisdəki məna istisnadır və qadağan olunmuş bədlikdən sayılmır. Çünki deyirlər ki, bəzi qadınlarda və bəzi heyvanlarda bədlik və şər var, yəni Allahın izni ilə. Bu qədərə aid bir şərdir. Əgər bu cür hal ilə rastlaşan şəxs onun üçün münasib olmayan evi tərk edərsə və ya onun üçün uyğun olmayan qadını boşayarsa və münasib olmayan heyvanı tərk edərsə bunda bir xəta yoxdur, çünki bu bədlikdən sayılmır.
(1)əl-Buxari, Səhih əsəri, “Tibb” bölməsi, (5422) ; Müslim, Səhih əsəri,“Sələm” bölməsi, (2223) ; İbn Macə, Sünən əsəri “Tibb”, (3536); Əhməd ibn Hənbəl, “Müsnəd” əsəri, (2/267);
(2) Əbu Davud, Sünən əsəri, “Tibb” bölməsi (3921); Əhməd ibn Hənbəl, “Müsnəd” əsəri, (1/180);
(3) İslama dair fətvalar kitabında nəşr olunub. Toplayan və tərtib edən Muhəmməd əl-Müsnəd, 4-cü Cild,səh.121
(4) Buxari Cihad və Sira kitabında hədisi təxric etmişdir, “Atın bədbin olduğuna inanmağın məkruh olması” fəsli, (2646); Müslim, Sələm Kitabı “Nəhslik və Fal” fəsli və 4128


Tarix: 02.04.2013 / 19:43 Müəllif: *Beyaz_Gul* Baxılıb: 138 Bölmə: Maraqlı melumatlar