Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Namaza tələs...

Namaz fars sözüdür. Quranı Kərimdə bu kəlmə "salat” olaraq keçir. Salat sözünün ərəb dilindən bir çox mənası var: ibadət, dua, dəstək və s. mənalarda işlənir.

Namaz salat olaraq bir çox məna verdiyi üçün və Quranda namaz daxili rükünlərlə də birgə işləndiyinə görə daha geniş mənada anlaşılmalıdır. Quranda Namaz - "nusx” olaraq cəmi 30 - a yaxın yerdə keçir. Bu sözlük bizim gündəlik 5 vaxt müəyyən rükünlərlə əda etdiyimiz namaz - ritual olaraq yerinə yetirilən ibadət kimi ifadə olunur. Yəni bizim fiziki olaraq müəyyən formalarda Allaha əda etdiyimiz ibadət forması. Və bu hər bir müsəlmanın boynunda ilk fərzlərdən biridir. Bu "salat” olan namazın CİSMİDİR. Bəs namazın ruhu nədir?

Salat - dəstək olaraq namaza daha böyük məna verir. Çünki, Rəsulullaha qədər Məkkədə nüsx olaraq namaz mövcud idi. Lakin bunu sırf Allah üçün edilən bir ritual halına gətirmişdilər. Namaz insanların həyatında heç bir rol oynamırdı - yəni DƏSTƏK deyildi. Buna görə Allah belə namazı və belə namaz qılanları Maun surəsində qınayır.


Tarix: 04.12.2014 / 12:02 Müəllif: Aziza Baxılıb: 116 Bölmə: Maraqlı melumatlar
loading...