Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Quranda ədədlərin sirri.

Bu alimin tədqiqatının nəticələrinin bir qismini burada qeyd edirik:
1. Bildiyiniz kimi, bir ildə 365 gün 6 saat var. Quranda, ərəbcəsi «yövm» olan «gün» sözü müxtəlif yerlərdə 365 dəfə təkrar olunub.
2. "Şəhr" ərəb dilində «ay» deməkdir. Bu söz də Quranda 12 dəfə təkrar olunub; ilin aylarının sayı qədər.
3. Bəzi insanlar kişiləri qadınlardan üstün bir məxluq kimi qələmə verirlər. Lakin İslam dinində insanların üstünlüyü cinsinə görə yox, Allaha olan imanına görə təyin edilir. Quranda insanın üstünlük meyarının «təqva» olduğu qeyd olunmasından əlavə, hətta qadın və kişi kəlməsi də eyni sayda qeyd olunub. Belə ki, ərəb dilində kişi mənasını ifadə edən «rəcul» və qadın mənasını ifadə edən «imrəə» eyni sayda qeyd olunub.
4. Həm «dünya» və həm «axirət» sözləri Quranda eyni sayda, yəni 115 dəfə də işlədilib.
5. "Şeytan" və «mələk» sözləri də yenə eyni sayda, yəni hər ikisi 68 dəfə təkrar olunub.
6. «Həyat» və ondan alınmış sözlər Quranda 145 dəfə təkrar olunub. Ölüm" və ondan alınmış sözlər də 145 dəfə qeyd olunub.
7. «Salehat» (yaxşı işlər) və ondan alınmış sözlər Quranda 167 dəfə təkrar olunub. «Səyyiat» (pis işlər) və ondan alınmış sözlər də eyni sayda, yəni 167 dəfə təkrar olunub.
Dini mətnlərdə 40 ədədi
Dini mətnlərə diqqət etsək, 40 ədədi başqa ədədlərə nisbətən çox istifadə olunub. O cümlədən bunları qeyd etmək olar:
1. Peyğəmbərin (s) 40 yaşında peyğəmbərliyə çatması;
2. İnsan ağlının 40 yaşda ən üstün dərəcəsinə çatması;
3. Həzrət Musanın (ə) Tur dağında 40 gün qalması;
4. Bəni-İsrail qövmünün Allahın nemətinə küfr edib və buzova ibadət etməslərinə görə 40 il məhkum olmaları;
5. Şərab içən şəxsin 40 gün bədənində şərabın əsərinin qalması və 40 gün halal yeməklə şərabın təsirinin insan bədənindən çıxması;
6. 40 gün ət yeməyən insanın əxlaqı pisləşər;
7. 40 gün halal yeyən insanın qəlbini Allah nurlandırar;
8. 40 mömin üçün dua etmək;
9. 40 hədis əzbərləyən və həyatında icra edən qiyamət günü fəqih və alim kimi olar;
10. Ölülər üçün qırx mərasimi keçirmək.


Tarix: 04.12.2014 / 11:58 Müəllif: Aziza Baxılıb: 122 Bölmə: Maraqlı melumatlar
loading...