Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Peyğəmbərimizdən (s.a.v) hədislər..

-Peyğəmbərimiz (s.a.v) buyurmuşdur:
Bir şeyi çox sevmək, insanı ona qarşı kor və kar edər..

-Peyğəmbərimiz (s.a.v) buyurmuşdur:
Hər insan günah edə bilər. Günahkarların ən xeyirlisi tövbə edənlərdir.

-Peyğəmbərimiz (s.a.v) buyurmuşdur:
"Hesaba çəkilmədən əvvəl nəfsinizi hesaba çəkin!"

-Peyğəmbərimiz (s.a.v) buyurmuşdur:
"Zənn etməkdən çəkinin. Çünki zənn, sözlərin yalana ən çox yaxın olanıdır."

-Peyğəmbərimiz (s.a.v) buyurmuşdur:
"Sizin ən xeyirliniz, xanımlara qarşı gözəl davrananızdır."

-Peyğəmbərimiz (s.a.v) buyurmuşdur:
"Ümmətim üçün ən çox qorxduğum insanlar; gözəl danışan münafiqlərdir."

-Peyğəmbərimiz (s.a.v) buyurmuşdur:
"Ölümü tez-tez anın. Çünki o, (sizi) günahdan çəkindirər və dünyaya bağlamaz."

-Peyğəmbərimiz (s.a.v) buyurmuşdur:
"Hər kim bir qövümə bənzəsə o da onlardandır"

-Peyğəmbərimiz (s.a.v) buyurmuşdur:
"İnsanlara mərhəmət etməyənə ALLAH da mərhəmət etməz. "

-Peyğəmbərimiz (s.a.v) buyurmuşdur:
"Ağıllı insan - nəfsini hesaba çəkən və ölümdən sonrası üçün çalışan insandır."

-Peyğəmbərimiz (s.a.v) buyurmuşdur:
"Xeyrə vasitəçi olan xeyir əməl edən kimidir."

Peyğəmbərimiz(s.a.v) buyurmuşdur:
"ALLAH sizin nə xarici görünüşünüzə, nə də ki, mallarınıza baxar. O yalnız sizin qəlbinizə və işinizə baxar."

-Peyğəmbərimiz (s.a.v) buyurmuşdur:
"Qadınla dörd şey üçün evlənilir; Malı, nəsli, gözəlliyi və imanı. Sən imanlı olanını seç ki, evin bərəkətli olsun."

-Peyğəmbərimiz (s.a.v) buyurmuşdur:
"Siz iman etmədikcə cənnətə girə bilməzsiniz; bir-birinizi sevmədikcə də iman etmiş olmazsınız. Bir-birinizi sevməyiniz üçün aranızda SALAMı yayın."

-Peyğəmbərimiz (s.a.v) buyurmuşdur:
"Nəbadə zənnə uyasınız! Zənn ən yalan söz kimidir. Bir-birinizi altdan-altdan süzməyin, bir-birinizi güdməyin, bir-birinizin paxıllığını çəkməyin, bir-birinizə nifrət etməyin, bir-birinizlə ədavət də aparmayın və ALLAHın bir-birinə qardaş qullarından olun!"


Tarix: 03.12.2014 / 17:17 Müəllif: Aziza Baxılıb: 41 Bölmə: Maraqlı melumatlar
loading...