Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

- Ya Rəbbi ! Sənə şükrlər olsun ki, duamı qəbul edib ərimi salehlərdən etdin, deyə dua edirdi.

Salehə bir qadının, münafiq, cahil bir əri vardı. Bu qadın " Bismilləhir-rahmənir-rahim " deyə bəsmələ çəkmədən, heç bir işinə başlamazdı. Əri, onun bu halına hirslənər, qadına əziyyət edərdi. O salehə qadın isə ərinin əziyyətlərinə səbr edər və onun doğru yola gəlməsi üçün ALLAHa dua edərdi.

Bir gün, qadının əri yenə hirslənmişdi. Xanımına edəcəyi əziyyət üçün bir bəhanə axtarır və öz-özünə:
"Buna bir dərs verim görsün; baxaq onu pərt olmaqdan kim qurtaracaq?" deyə deyindi. Başqalarına açıqca söyləyə bilmədiyi inkarçılığı, artıq bütün çirkinliyiylə, içində dolub daşmışdı.

Xanımını çağırdı, ona bir kisə qızıl verərək:
- Bunu yaxşı saxla!! deyə tənbeh etdi. Qadın da dərhal getdi, bəsmələni çəkərək kisəni yaxşıca saxladı. Bu zaman əri də onu gizlicə izləyirdi. Sonra arvadının xəbəri olmadan kisəni, arvadının gizlətdiyi yerdən götürdü. İçindəki qızılları boşaldaraq, kisəni dərin bir quyuya atdı. Aradan çox keçmədən arvadını çağırdı və:
- Sənə verdiyim bir kisə qızılı dərhal gətir. dedi.
Qadın kisəni saxladığı yerə getdi,
" Bismilləhir-rahmənir-rahim " deyərək əlini uzatdı.
Tam o anda, ALLAHu Təalanın əmriylə, kisə qadının saxladığı yerdə içindəki qızıllarla birlikdə eynilə dayanırdı. İslanan kisədən suları damcılayırdı. Qadın kisənin niyə görə yaş olduğunu anlaya bilmədi və kisəni ərinə gətirdi. Adam içi qızılla dolu kisəni görüncə çaşdı və arvadının söylədiklərinin nə qədər doğru olduğunu anladı.
Sonra arvadına;
-"Sənə çox zülm etdim, çox canını incitdim, məni bağışla" deyə yalvarmağa başladı. ALLAHa tövbə və istiğfar etdi. İbadətlərinə bağlı bir insan oldu. O gündən sonra dua və yalvarışlarında həmişə belə deyərdi;
- Ya Rəbbi ! Mənə dünyam və axirətim üçün xeyirli, Salehə bir qadını yoldaş olaraq verdiyin üçün, sənə haqqıyla şükr etməkdən acizdim, məni bağışla, ALLAHım...
O salehə qadın isə;
- Ya Rəbbi ! Sənə şükrlər olsun ki, duamı qəbul edib ərimi salehlərdən etdin, deyə dua edirdi.

Bu hekayədən alınacaq ibrətlər və çıxarılacaq hikmətlər çoxdur. Böyüklər demişlər ki; "Səbrin özü ağrıdır, lakin meyvəsi şirindir."


Tarix: 03.12.2014 / 15:20 Müəllif: Aziza Baxılıb: 38 Bölmə: Maraqlı melumatlar
loading...