Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tövbə ...

Tövbə

Bir vəli; otuz illik bir dərziyə soruşdu.
Niyə hələ də tövbə etməyib günahlı həyata davam edirsən?

- Necə olsa demiş dərzi, can boğaza gələnə qədər tövbənin vaxtı var.
o zaman tövbə edər, xilas olaram demiş.

ALLAH dostu soruşdu:
sən neçə ildir dərzilik edirsən?
-Otuz ildir

-Bu qədər zaman içərisində əlin ən çox neyə öyrəşdi.

-Qayçıla parça kəsməyə:

ALLAH dostu soruşdu:
-Canın boğaza gəldiyi anda əlinə bir qayçı versələr yenə asanca parça kəsə bilərsənmi? 30 illik dərzi :
-Elə qorxulu bir anda parçanı doğru kəsə bilmərəm !

ALLAH dostu :
Yaxşı 30 ildir etdiyin bir işi o anda doğru edə bilmirsənsə,
ömründə heç etmədiyin tövbəni necə edəcəksən o anda?

Tövbə


Tarix: 03.12.2014 / 15:11 Müəllif: Aziza Baxılıb: 25 Bölmə: Maraqlı melumatlar
loading...