beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İNKARÇILARA ƏN BÖYÜK CƏZALARDAN BİRİ, DÜNYADA DA AXİRƏTDƏ DƏ XOR VƏ ALÇAQ OLMALARIDIR

Bu dünyadakı imtahan mühitində xüsusi olaraq yaradılmış bir birlik vardır. Bu kəslər, heç bir məlumata dayanmadan, heç bir yol göstəriciləri olmadan Allaha qarşı mübarizə içində olan, möminlərə çətinlik çıxaran, üsyan içində yaşayan inkarçılardır. Allah onlara dünya həyatında müddət verər. Onlar isə, özlərini güclü zənn edən, lovğalanan insanlardır. Özlərini möminlərdən üstün olduğuna inanar, böyüklük göstərərlər. Özlərini bu cür böyük göstərdikləri və Allaha qarşı üsyan etdiklərinə görə Uca Allah dünyada və axirətdə onlara ən böyük cəza olaraq “alçaldılmağı” layiq görmüşdür.



Dünyada və axirətdə inkarçılaraolduqca çətin əzab növləri vardır. İnkar edənlər, içində olduqları ərköyünlük və azğınlığa görəmüxtəlif şəkillərdə həlaka düşmüşlər. Allah, axirətdə onlara qızğın alovun əzabını daddıracaqdır. Hörmətdən salınma və alçaldılma da, Rəbbimizin Quran ayələrində bildirdiyi inkarçıları əzab verməşəkillərindən biridir. Onlar, yer üzündə böyük bir ərköyünlük və lovğalıq içində yaşayarkən, hörmətdən salınmaq, xor görülmək və alçaldılmaq hissi içində olan kəslər üçün ən böyük əzablardan biri olacaq.

Şeytan da, Allaha qarşı ərköyüncəsinə lovğalanmasının nəticəsində, “hörmətdən salınmış” olaraq cənnətdən qovulmuşdur:
(Allah) buyurdu: “Oradan (Cənnətdən) aşağı en. Orada sənə (Allahın əmrinə) təkəbbür göstərmək yaraşmaz. (Oradan) çıx, çünki sən alçaqlardansan!” (Əraf Surəsi, 13)
Uca Allah, xor görülmək və alçaldılmanın inkarçılar üçünböyük və təsirli bir əzab şəkli olduğunu ayələrində işarə etmişdir:
Allah rüsvayçılığı onlara dünyada daddırdı. Axirət əzabı isə daha şiddətlidir. Kaş biləydilər! (Zümər Surəsi, 46)

Biz onlara dünyada rüsvayçılıq əzabını daddırmaq üçün o uğursuz (nəhs) günlərdə üstlərinə vıyıltı ilə əsən (çox soyuq) bir külək (qasırğa) göndərdik. Axirət əzabı isə daha rüsvayedicidir. Onlara (qiyamət günü) kömək də olunmayacaqdır. (Fussilət Surəsi, 16)

(O gün) bir çox üzlər zəlil görkəm alacaq. (Ğaşiyə Surəsi, 2)

Allahın məscidlərində Onun (Allahın) adının çəkilməsinə maneçilik törədənlərdən və onların xarab edilməsinə (dağılmasına) çalışanlardan daha zalım kim ola bilər? Halbuki onlar oraya (məscidlərə) ancaq qorxa-qorxa girməli idilər. Onları dünyada rüsvayçılıq, axirətdə isə böyük əzab gözləyir! (Bəqərə Surəsi, 114)

Onlara harada olursa olsunlar, zillət damğası vurulmuşdur. (Onlar bu zillətdən) yalnız Allahdan olan bir ipə və insanlardan olan bir ipə sarınmaqla xilas ola bilərlər. Onlar Allahın qəzəbinə düçar olmuş, onlara miskinlik damğası vurulmuşdur. Bunun səbəbi odur ki, onlar Allahın ayələrini inkar etmiş, peyğəmbərləri haqsız yerə öldürmüşlər. Bunun bir səbəbi də odur ki, onlar Allaha qarşı üsyan etmiş və həddi aşmışlar. (Ali İmran Surəsi, 112)

Ya Peyğəmbər, ürəklərində inanmadıqları halda, dildə (ağızları ilə): “İnandıq”, deyənlərin, yəhudilərdən yalana qulaq asanların, sənin hüzuruna gəlməyən başqa bir camaata qulaq asanların (onlara casusluq edənlərin) küfr içində vurnuxanları səni kədərləndirməsin. Onlar sözlərin yerini sonradan dəyişib təhrif edir və deyirlər: “Əgər sizə bu (təhrif olunmuş dini hökm) verilsə, onu qəbul edin. Əgər verilməsə, ondan qaçın”. Allahın fitnəyə (azğınlığa) düşməsini istədiyi şəxs üçün Allaha qarşı sənin əlindən heç bir şey gəlməz. Onlar elə kəslərdir ki, Allah onların ürəklərini təmizləmək istəməmişdir. Onları dünyada rüsvayçılıq, axirətdə isə böyük (dəhşətli) bir əzab gözləyir! (Maidə Surəsi, 41)

Məgər bilmirlərmi ki, Allaha və Onun Peyğəmbərinə qarşı çıxanı içində əbədi qalacağı cəhənnəm atəşi gözləyir. Bu isə çox böyük rüsvayçılıqdır. (Tövbə Surəsi, 63)

Sonra qiyamət günü (Allah) onları rüsvay edəcək və: “Barələrində (möminlərlə) çənə-boğaz olduğunuz şəriklərim haradadır?” – deyə soruşacaqdır. Elm verilmiş kimsələr (peyğəmbərlər və möminlər) isə: “Bu gün kafirlər rəzalətə və əzaba (pisliyə) düçar olacaqlar!” – deyəcəklər. (Nəhl Surəsi, 27)

Əgər Biz onları bundan əvvəl əzabla məhv etsəydik, (qiyamət günü) mütləq belə deyəcəkdilər: “Ey Rəbbimiz! Nə üçün zəlil və rüsvay olmazdan əvvəl bizə bir peyğəmbər göndərmədin ki, Sənin ayələrinə (hökmlərinə) tabe olaydıq?! (Taha Surəsi, 134)

O, boynunu (təkəbbürlə sağa-sola) əyərək (insanları) Allahın yolundan çıxarmaq məqsədilə bunu edər. Onu dünyada rüsvayçılıq gözləyir, qiyamət günü isə ona cəhənnəm odunun əzabını daddıracağıq! (Həcc Surəsi, 9)

Qiyamət günü onun əzabı qat-qat olar və (o, əzab) içində zəlil olub əbədi qalar. (Furqan Surəsi, 69)

Biz də Musaya: “Əsanı tulla!” – deyə vəhy etdik. Bir də (baxıb gördülər ki) əsa onların uydurub düzəltdikləri bütün şeyləri udur. Artıq haqq zahir, olanların uydurub düzəltdikləri yalanlar isə batil oldu. Orada məğlub edildilər və xar olaraq geri döndülər. (Əraf Surəsi, 117-119)

Allahın yoldan çıxartdığı kimsəyə Özündən başqa yol göstərən olmaz. Sən zalımları əzabı gördükləri zaman: “(Pərvərdigara!) Geri dönməyə (dünyaya qayıtmağa) bir yol varmıdır?” – deyən görəcəksən. Onların zillətdən boyunlarını büküb (dəhşətdən gözlərinin ucu ilə) gizlin-gizlin (oda) baxdıqlarını görəcəksən. İman gətirənlər deyəcəklər: “Həqiqətən, (əsl) ziyan çəkənlər qiyamət günü özlərini və ailələrini (özlərinə bağlı olanları) ziyana uğradanlardır!” Bilin ki, zalımlar (kafirlər) daimi əzab içində olacaqlar. (Şura Surəsi, 44-45)



Xor görülüb hörmətdən salınmaq, özünü böyük kimi qələmə verən, Allahı yaradıcı olaraq qəbul etməyən (Allahı inkaredən) və özünü ilahiləşdirməyə çalışan inkarçılar üçünböyük bir cəzadır. Bu, onların haqsız böyüklük istəyinə tam qarşılıq gələn, onları alçaldıb acizliklərini hiss etdirən bir qarşılıqdır. İnkarçılar, qarşılaşdıqları bu böyük alçaldılma ilə fəlakətə düşərkən Uca Allah iman edənləri axirətdə heç bir zaman hörmətdən salmayacağını ayələrində bildirmişdir:
Ey iman gətirənlər! Allaha səmimi-qəlbdən (bir daha günaha qayıtmamaq şərti ilə) tövbə edin. Ola bilsin ki, Rəbbiniz günahlarınızın üstünü örtsün və sizi (ağacları) altından çaylar axan cənnətlərə daxil etsin. O gün Allah Öz Peyğəmbərini və onunla birlikdə iman gətirənləri rəzil etməz. Onların (iman) nuru (qıl körpüsü üstündə onlara yol göstərmək üçün) önlərindən və sağ tərəflərindən axıb şölə saçarkən onlar belə deyəcəklər: “Ey Rəbbimiz! Bizim nurumuzu kamal elə və bizi bağışla. Həqiqətən, Sən hər şeyə qadirsən!” (Təhrim Surəsi, 8)
İman edənlər, dünyada və axirətdə Allahın sonsuz nemətinə vəqf olacaq, sonsuz cənnətdə ən mükəmməl şəkildə mükafatlandırılacaqlar. Allah onları ucaltmışdır. İnkarçılar alçaq olunduqca, möminlər nemətlərin ən gözəlinə qovuşacaq, Allahdan sonsuz ruzi ilə qarşılaşacaqlar.


Tarix: 24.11.2014 / 12:53 Müəllif: Aziza Baxılıb: 85 Bölmə: Maraqlı melumatlar