Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Novruz «bayramı»

Rəhimli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Əhsən bizə, əhsən bizə, əhsən bizə, əhsən,

Hər şənliyi gəl yurduma, yurdumda görərsən,

Yanvarda keşiş bayramını qeyd edirik biz!

Mart gələndə məcusi olub əylənirik biz!



Nəsrani tək üzük taxaraq evlənirik biz!

Keşiş valentinləri lap çox sevirik biz!

Əhsən bizə, əhsən bizə, əhsən bizə, əhsən,

Hər şənliyi gəl yurduma, yurdumda görərsən,



Tullan odun üstündən, ol yaxşı məcusi,

Sonra gedərək məscidə, mömin ol xüsusi,

Sonra qapı pus, cəsus ol, ey xeyrin hərisi,

Sonra gəlsin zühd əlaməti, ilham pərisi.

Əhsən bizə, əhsən bizə, əhsən bizə, əhsən,

Hər şənliyi gəl yurduma, yurdumda görərsən,



Çarşab atılan gün daha bayram kimi oldu,

Gündüz, gecə fərq etmədi, axşam kimi oldu!

Şeytana gedən yol da sərəncam kimi oldu!

İmanı olanlar əriyib şam kimi oldu!

Əhsən bizə, əhsən bizə, əhsən bizə, əhsən,

Hər şənliyi gəl yurduma, yurdumda görərsən,



Hər yanda oxur dahi müğənni və sənətkar,

Çün dahi olub hər cürə asi və günahkar,

Adətlərimizdə hər cürə dini qərar var,

Bundan dolyı haqqa qərib gözlə baxırlar!

Əhsən bizə, əhsən bizə, əhsən bizə, əhsən,

Hər şənliyi gəl yurduma, yurdumda görərsən,



Qurban, Ramazan bayramının abı-havası,

Hiss olunmursa, gedir Valentinin davası,

Özgə vaxt saqqala baxılır dırnaqarası,

Amma bu keşişlə yaxşıdır xəlqin arası!

Əhsən bizə, əhsən bizə, əhsən bizə, əhsən,

Hər şənliyi gəl yurduma, yurdumda görərsən,



Mən hələ heç söyləmirəm şaxta babanı,

Hər kəs sevir, hörmət eləyir yaxşı-yamanı,

Bir qurdalasan, çətin çıxar bəlkə imanı,

Ey dost, bu üzdən qərib sayırlar müsəlmanı!

Əhsən bizə, əhsən bizə, əhsən bizə, əhsən,

Hər şənliyi gəl yurduma, yurdumda görərsən,

Müəllif: Sahib Əsədov

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Xeyirin səbəbkarlarından ol, dostlarınla paylaş!


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 123 Bölmə: Maraqlı melumatlar
loading...