Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ebuzer Qeffari.

İMAM ƏLİ (Ə)-IN SƏHABƏLƏRİ HAQQINDA QISA MƏLUMAT-silsiləsindəm-2/40 Əbuzər Qəffari: Əbuzər adı ilə məşhur olan Cündəb İslamı qəbul edən ilk şəxslərdəndir (dördüncü, yaxud beşinci müsəlmandır). Məkkədə həzrət Peyğəmbər (s)-in hüzuruna gəlib İslamı qəbul etmiş, sonra öz tayfasının yanına qayıtmışdı. O, Ühüd, Bədr və Xəndək müharibələrində iştirak etmiş və Xəndək müharibəsindən sonra Mədinəyə köçmüşdür. Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Allah Əbuzəri bağışlasın! O, tək-tənha yaşayar, tək-tənha ölər və məhşərə də tək-tənha gələr.” Həmçinin buyurmuşdur: “Hər kəs İsa ibni Məryəmin təvazökarlığınabaxmaq istəyirsə, Əbuzərə baxsın.” Osman onu Rəbəzəyə sürgün etmiş və hicrətin 31-ci (yaxud 32-ci) ilində elə orada vəfat etdi.


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 58 Bölmə: Maraqlı melumatlar
loading...