beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İslam dininin təşəkkül tapması və Məhəmməd peyğəmbərin (s.ə.s) Məkkədən Mədinəyə hicrəti (II hissə)

Lüğətdə “tərk etmək, ayrılmaq, əlaqəsini kəsmək” mənasına gələn həcr (hicran) məsdərindən isim olan “hicrət – insanın hər hansısa bir şeydən bədənlə, dillə və qəlblə ayrılıb uzaqlaşması” deməkdir. Amma bu kəlimə daha çox “bir yerin tərk edilərək başqa bir yerə köç edilməsi” kimi istifadə olunur. Bununla yanaşı bu söz ümumi mənada qeyri müsəlman ölkəsindən islam ölkəsinə köçməyi, xüsusi olaraq isə Məhəmməd peyğəmbərin (s.ə.s) və Məkkəli müsəlmanların Mədinəyə köçməsini ifadə edir. Mədinəyə köçən müsəlmanlara mühacir, Allah rəsuluna (s.ə.s) və mühacirlərə kömək edən Mədinəli müsəlmanlara da ənsar adı verilmişdir. Qurani Kərimdə hicrət kəliməsi olmamaqla bərabər otuz bir yerdə həcr kökündən gələn müxtəlif sözlər keçir. Bunlar istifadəsinə görə “Quranı tərk etmək” (Qurani Kərim, əl-Furqan (Fərqləndirmə) surəsi, 30- cu ayə “ - Peyğəmbər də “Ey Rəbbim! Həqiqətən, qövmüm bu Quranı tərk etmişdi!” – deyəcək”.)

“bir insandan və ya qrupdan ayrılmaq"(Qurani Kərim, ən-Nisa (Qadınlar) surəsi, 34-cü ayə “ - Kişilər qadınlar üzərində ixtiyar sahibidirlər (onların hamisidirlər). Bu, Allahın onlardan birini digərinə üstün etməsi və (kişilərin) öz mallarından (qadınlar üçün) sərf etməsinə görədir. Əməlisaleh qadınlar (ərlərinə) itaət edib Allahın himayəsi sayəsində gizli şeyləri (ərlərinin sirlərini, mal-dövlətini, namus və şərəfini) qoruyub saxlayırlar. (Ey kişilər!) Özbaşınalıq etmələrindən qorxduğunuz qadınlara nəsihət edin, (yola gəlməzsə) onlardan yatağınızı ayırın və döyün! Sizə itaət etdikdə isə daha onlara (əziyyət vermək üçün) başqa yol axtarmayın. Əlbəttə, Allah ucadır, böyükdür!
Məryəm surəsi, 46-cı ayə “ - (Atası Azər İbrahimə) dedi: “Ya İbrahim! Sən mənim tapındığım tanrılardan üzmü çevirirsən? Əgər (onlara qarşı pis hərəkətlərinə) son qoymasan, səni mütləq daşqalaq edəcəyəm (yaxud səni təhqir edib acı sözlər deyəcəyəm). Bir müddət məndən uzaq ol (gözlərim səni görməsin)!”))
“xoşagəlməz işləri tərk etmək"(Qurani Kərim, əl-Muddəssir (Bürünüb sarınan) surəsi, 5-ci ayə, “ - (Əzaba səbəb olacaq) pis şeylərdən uzaqlaş! (Bütləri tərk et!)”)
və öz mənasına uyğun olaraq “Allah xatirinə başqa bir yerə köçmək” ( Qurani Kərim, əl- Bəqərə surəsi, 218-ci ayə, “- Həqiqətən, Allaha iman gətirənlər, (Məkkədən Mədinəyə) köçüb gələn və Allah yolunda cihad edən kimsələr Allahın mərhəmətinə ümidvardırlar. Allah bağışlayandır, rəhm edəndir!”
Ali İmran surəsi, 195-ci ayə, “- Rəbbi də onların dualarını qəbul edərək cavab verdi: “İstər kişi, istərsə də qadın olsun, Mən heç birinizin əməlini puça çıxarmaram. Siz (hamınız) bir-birinizdənsiniz (dində kişi, qadın eynidir). Hicrət edənlərin (Məkkədən Mədinəyə öz dinini qorumaq məqsədilə köçənlərin), öz yurdlarından çıxarılanların, Mənim yolumda əziyyətə düçar olanların, vuruşanların və öldürülənlərin günahlarının üstünü Allahdan bir mükafat olaraq, əlbəttə, örtəcək və onları (ağacları) altından çaylar axan cənnətlərə daxil edəcəyəm. Ən yaxşı mükafat Allah yanındadır!”
ən-Nisa (Qadınlar) surəsi, 89-cu ayə, “- Onlar özləri kafir olduqları kimi, sizin də kafir olub özlərilə bərabər olmanızı istərlər. Onlar Allah yolunda (Məkkədən) hicrət etməyənə qədər onlardan (özünüzə) dost tutmayın! Əgər onlardan (tövhiddən və hicrət etməkdən) üz çevirsələr, onları harada görsəniz, tutub öldürün. Onlardan özünüzə nə bir dost, nə də bir köməkçi tutun!” 97-ci ayə, “- Mələklər öz nəfslərinə zülm edənlərin (Məkkədə kafirlər içərisində qalıb hicrət etməyənlərin) canlarını alarkən (onlara) deyəcəklər: “Siz (hicrət zamanı) nə işdə idiniz?” Onlar söyləyəcəklər: “Biz yer üzərində zəif (aciz) kəslər idik.” (Mələklər də onlara: ) “Allahın torpağı geniş deyildimi ki, siz də hicrət edəydiniz?” – deyəcəklər. Onların sığınacaqları yer Cəhənnəmdir. O necə də pis yerdir!”
ət-Tovbə (Tövbə) surəsi, 20-ci ayə, “- İman gətirib hicrət edənləri, Allah yolunda malları və canları ilə vuruşanları Allah yanında ən yüksək dərəcələr gözləyir. Onlar nicat tapanlardır (xeyrə qovuşanlardır).”) mənalarına gəlir. Hicrət edən insan olaraq da mühacir, cəm formada isə mühacirin, mühacirat sözləri istifadə olunur.(Qurani Kərim, ən-Nisa (Qadınlar) surəsi, 100-cü ayə, “- Allah yolunda hicrət edən şəxs yer üzündə çoxlu sığınacaq və genişlik (bolluq) tapar. Kim evindən çıxıb Allaha və onun Peyğəmbərinə tərəf hicrət etsə, sonra isə (mənzil başına çatmadan) ölüm onu haqlasa, həmin şəxsin mükafatını Allah Özü verər! Allah bağışlayandır, rəhm edəndir!”
ət-Tovbə (Tövbə) surəsi, 100-cü ayə, “- (İslamı) ilk əvvəl qəbul edib (bu işdə başqalarından) irəli düşən mühacirlərə və ənsara, həmçinin yaxşı işlər görməkdə onların ardınca gedən kimsələrə gəldikdə, Allah onlardan, onlar da Allahdan razıdırlar. (Allah) onlar üçün əbədi qalacaqları, (ağacları) altından çaylar axan cənnətlər hazırlamışdır. Bu, böyük qurtuluşdur (uğurdur)!” – 117-ci ayə, “- Allah (müsəlmanlardan) bir qismini ürəyi (şəkk-şübhəyə düşüb Peyğəmbərdən və cihaddan) dömək üzrə ikən Peyğəmbərə, çətin saatda onun arxasında gedən mühacirlərə və ənsara tövbə nəsib etdi. Sonra da onların tövbələrini qəbul buyurdu (onları bağışladı). Çünki O, həqiqətən, onlara qarşı çox şəfqətli, çox rəhimlidir.”
ən-Nur (Nur) surəsi, 22-ci ayə, “- Aranızda olan fəzilət və sərvət sahibləri qohum-əqrabaya, miskinlərə və Allah yolunda hicrət edənlərə (heç bir şey) verməyəcəklərinə and içməsinlər. (Onları) əfv edib, (cəzalandırmaqdan) vaz keçsinlər! Məgər siz (bu yaxşılıq müqabilində) Allahın sizi (günahlarınızı) bağışlamağını istəmirsiniz? Allah (bəndələrini) bağışlayandır, rəhm edəndir!”
əl-Mumtəhinə (İmtahana çəkilən qadın) surəsi, 10-cu ayə, “- Ey iman gətirənlər! Mömin qadınlar sizin yanınıza mühacir kimi gəldikləri zaman onları imtahana çəkin. Allah onların imanını çox gözəl bilir (onları yoxlayıb bilmək sizə lazımdır). Əgər bunların (bu qadınların həqiqi) mömin olduqlarını bilsəniz, artıq onları kafirlərin yanına qaytarmayın. Nə bunlar (bu qadınlar) onlara (kafirlərə), nə də onlar bunlara halaldır. Onların (kafirlərin həmin qadınlara) xərclədiklərini (mehri) özlərinə qaytarıb verin. Bunların (bu qadınların) mehrlərini özlərinə verdiyiniz təqdirdə onlarla evlənməyinizdən sizə heç bir günah gəlməz. Kafir qadınları öz kəbininiz altında saxlamayın. (Həmin qadınlara) verdiyiniz mehri (onların ərə getdiyi kafirlərdən) istəyin. (Kafirlər də islamı qəbul edib möminlərlə evlənən qadınlara) sərf etdikləri mehri (sizdən) istəsinlər. Allahın hökmü budur. O sizin aranızda (belə) hökm edər. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!”)

Müsəlmanlara və Məhəmməd peyğəmbəri (s.ə.s) qoruyan Haşimoğullarına qarşı tədbiq olunan üç illik baykotun ardından Əbu Talibin ölümü müşriklərə fürsət verdi və məhz Məhəmməd peyğəmbər (s.ə.s) də bir çox həqarətə və sataşmağa hədəf oldu. Belə bir şəraitdə islamı təbliğ edə bilməyəcəyini başa düşən Allah rəsulu (s.ə.s) Taifə gedərək başqa bir yerdə dəvətini sınasa da çox sərt bir narazılıqla qarşılaşdı və Məkkəyə qayıtmaq məcburiyyətində qaldı. Taiflilər və digər qəbilələr Allah rəsulunu (s.ə.s) rədd etsə də Mədinədən gələnlərin daha ilk görüşmədə islama girmələri və hər cür sıxıntı və təhlükələri gözə alaraq şəhərin qapılarını ona açmalarının, yəni Mədinənin hicrət yeri olmasının səbəb və hikməti üzərində durmaq lazımdır. İslam dininin təşəkkül tapmağa başladığı dövrlərdə Mədinədə olan Evs və Həzrəc qəbilələri arasında çox qədimlərə dayanan şiddətli bir düşmənçilik var idi. 120 il boyu bir-biri ilə tez-tez döyüşən bu iki qəbilə arasında olan son döyüş hicrətdən beş və ya altı il əvvəl Buas adlanan yerdə cərəyan etmiş və hər iki tərəfdən çox sayda insanlar ölmüşdü. Həm Buas, həm də daha əvvəl olan döyüşlər bir çox ocağın sönməsinə yol açdığı üçün Həzrəc və Evs islamı tanıdıqda bu yeni din sayəsində aralarındakı düşmənçiliyin qalxacağını ümid etmişdi.
Mədinədəki müsəlmanlar Məhəmməd peyğəmbərin (s.ə.s) Məkkədən ayrılacağını öyrənmiş, amma gecikdiyini gördükdə əndişələnməyə başlamışdılar. Bundan ötrü hər səhər Məkkə yolu üzərindəki Harra mövqeyinə çıxıb gün yüksələnə qədər gözləyir, hərarət artdıqda isə ümidlərini kəsərək evlərinə qayıdırdılar.
8 Rəbiələvvəl (20 Sentyabr 622) Bazar ertəsi günü də belə etmiş və geri qayıtmışdılar. Ancaq qısa bir müddətdən sonra üçqatlı bir evin damına çıxan bir yəhudi qızı, üfüqdə Mədinəyə doğru gələn bir qafilə gördükdə bunların gözlənən qonaq olduğunu başa düşdü və qışqıraraq vəziyyəti elan etdi.(İslam Ansiklopedisi, TDV, İstanbul ,1998, cilt 17, Hicret, səh 458-466)
Məkkədə əziyyət daha da artdı. İslam dinini boğmağa yönələn hərəkətlər şiddətləndi. Müşriklər Allah rəsulunu (s.ə.s) öldürmək üçün Məkkədə gizlicə yığışıb plan qurdular. Bundan sonra Cəbrayıl Allah rəsulunun (s.ə.s) yanına gəlib buyurdu: “Allah sənə Mədinəyə hicrət etməyin üçün icazə verdi. Səni öldürməmələri üçün bu gecə yatağında yatma.” Müşriklər bir vuruşla onu öldürmək üçün qapısının önündə gözlədilər. Allahın rəsulu (s.ə.s) Yasin surəsinin ilk ayələrini oxuyaraq yanlarından keçdi və başlarının üstünə torpaq atdı. Allah Təala onların güzlərini bağladı və onlar Rəsulullahı (s.ə.s) görmədilər. Mürgüləməyə başladılar. Peyğəmbərimiz (s.ə.s) dostu ilə bərabər Sevr mağarasında üç gün gizləndi. Qureyşlilər onları hər yerdə axtardı və mağaranın önünə qədər izlərini təqib etdilər. Dostu Əbubəkr (Allah ondan razı olsun): “ Ey Allahın rəsulu! Onlardan biri ayağımıza baxsa bizi görəcək” deyincə Allahın rəsulu (s.ə.s): “Üçüncüsü Allah olan iki kişiyə nə olacağını zənn edirsən?” dedi.
Allah rəsulunun (s.ə.s) hicrəti müsəlmanlar üçün bir qələbə idi. Beləliklə Allah Məkkədə islamı yox etməyi planlayan və Allahın rəsulunu (s.ə.s) öldürə biləcəklərini zənn edən müşriklərin hiylələrini və oyunlarını pozdu. Allah Təala belə buyurur: “- (Ey möminlər!) Əgər siz ona (Peyğəmbərə) kömək etməsəniz, Allah ona kömək göstərmiş olar. Necə ki, kafirlər onu (Məkkədən) iki nəfərdən biri (ikinin ikincisi) olaraq çıxartdıqları, hər ikisi mağarada olduğu və öz dostuna (Əbu Bəkrə): “Qəm yemə, Allah bizimlədir!”–dediyi zaman (göstərmişdi). O vaxt Allah ona bir arxayınlıq (rahatlıq) nazil etmiş, onu sizin görmədiyiniz (mələklərdən ibarət) əsgərlərlə müdafiə etmiş, kafirlərin sözünü alçaltmışdı. Yalnız Allahın sözü (kəlmeyi-şəhadət) ucadır. Allah yenilməz qüvvət, hikmət sahibidir!(Qurani Kərim, ət-Tovbə (Tövbə) surəsi, 40-cı ayə)

Qurani-Kərim, Məhəmməd peyğəmbərdən (s.ə.s) əvvəlki dövrlərdə də peyğəmbərlərin və onlara inanan insanların kafirlərə görə hicrət etməyə məcbur olduqlarından və bunların inancları uğrunda yurdlarını tərk edib başqa yerlərə getmələrindən bəhs edir. İbrahim peyğəmbər (ona və ailəsinə salam olsun) qövmünün özünü odda yandırma təşəbbüsünün ardınca “- Bunda sonra Lut (hamıdan əvvəl İbrahimə) iman gətirdi (onun peyğəmbərliyini təsdiq etdi). (İbrahim) dedi: “Mən (qövmümü tərk edib) Rəbbimin əmr etdiyi yerə (Kufənin Kusa kəndindən Hərrana, oradan da Fələstinə) hicrət edəcəyəm. Həqiqətən, yenilməz qüvvət sahibi, hikmət sahibi Odur!".(Qurani Kərim, əl-Ənkəbut (Hörümçək) surəsi, 26-cı ayə.) demiş və əvvəl Fələstinə, sonra Misirə, daha sonra da Kənan diyarına yerləşmişdi. İbrahim peyğəmbərlə (ə.s) bərabər Fələstinə qədər bu hicrətə qatılan Lut peyğəmbər (ə.s) peyğəmbərlik vəzifəsini yerinə yetirərkən kafirlərin azğınlıq və əxlaqsızlıqları qarşısında Allah Təaladan aldığı əmrlə bir gecə vaxtı inananlarla bərabər yurdundan çıxmış, geri qayıdıb baxmadan istənilən yerə getmişdi: “- (Lut) dedi: “Kaş sizə çatan bir gücüm-qüvvətim olaydı, yaxud möhkəm bir arxaya söykənəydim (alınmaz bir qalaya və ya güclü bir qəbiləyə pənah apara biləydim)!” - (Mələklər) dedilər: “Ey Lut! Biz sənin Rəbbinin elçiləriyik. Onlar əsla sənə toxuna bilməzlər. Gecənin bir vaxtında ailənlə birlikdə çıx get. Heç kəs dönüb geri baxmasın. Təkcə övrətin istisnadır. Onlara toxunacaq əzab övrətinə də toxunacaqdır. Onların (ölüm) vaxtı səhərdir. Səhər yaxın deyilmi?"(Qurani Kərim, Hud surəsi, 80-81-ci ayələr.)
“- Gecənin bir vaxtı (sonuna yaxın) ailəni yola çıxart, sən özün də onların arxasınca get. Sizdən heç kəs dönüb geri baxmasın (çünki kafirlərə veriləcək dəhşətli əzabı gördükdə halınız pis olar). Sizə əmr olunan yerə gedin"(Qurani Kərim, əl-Hicr (Daşlı sahə) surəsi, 65-ci ayə.)
- (Şüeyb) tayfasının (iman gətirməyi) özlərinə sığışdırmayan təkəbbürlü əyanları: “Ey Şüeyb! Ya səni və səninlə birlikdə iman gətirənləri məmləkətimizdən mütləq qovacağıq, ya da siz bizim dinimizə dönəcəksiniz!” – dedilər. (Şüeyb) belə cavab verdi: “(Dininizə) nifrət etdiyim halda beləmi (bizi bu işə məcbur edəcəksiniz)?(Qurani Kərim, əl-Əraf (Sədd) surəsi, 88-ci ayə.)
Beləliklə qövmünün böyükləri Şueyb peyğəmbəri və ona inananları hicrətə məcbur etmişdilər. Musa peyğəmbər (ə.s) Allahın əmri ilə gecə vaxtı Misirdən yola çıxardığı İsrailoğullarını köçürməyi bacarmış, arxalarınca düşən Firon və ordusu isə dənizdə boğulmuşdu. “- İsrail oğullarını dənizdən (sağ-salamat) keçirtdik. Firon və əsgərləri zalımcasına və düşməncəsinə onların arxasınca düşdülər. (Firon) batacağı anda: “İsrail oğullarının inandıqlarılarından başqa tanrı olmadığına iman gətirdim. Mən artıq (Ona) təslim olanlardanam!” – dedi.”(Qurani Kərim, Yunus (Yunis) surəsi, 90-cı ayə.)
“ - (İzzət və cəlalıma) and olsun ki, Biz Musaya belə vəhy etdik: “Qullarımla gecə yola çıx, (əsanı suya vurmaqla) onlar üçün dənizdə quru bir yol aç. (Fironun) sizə yetişməsindən qorxma, (suya qərq olmaqdan da) əndişəyə düşmə!”
- Firon öz ordusu ilə onları təqib etdi, dəniz də (şahə qalxan dalğaları ilə) onları (onun əsgərlərini) çulğayıb qərq etdi, özü də necə!”(Qurani Kərim, Taha surəsi, 77-78-ci ayələr.)
- (Sonra) Musaya belə vəhy etdik: “Qullarımla birlikdə (Misiri tərk edib) gecə yola çıx. Siz, şübhəsiz ki, (Fironun ordusu tərəfindən) təqib ediləcəksiniz!”
53 - Firon şəhərlərə (əsgər) yığanlar göndərdi.
54 - (O, belə deyirdi: ) “Şübhəsiz ki, bunlar (İsrail övladı) kiçik bir tayfadır!
55 - Onlar (bəzək şeylərimizi götürməklə, Misiri atıb getməklə) bizi qəzəbləndirmişlər. (Və ya: İsrail oğullarına çox əziyyət verdiyimizə görə onlar bizə qarşı qəzəblidirlər).
56 - Biz isə qüvvətli (yaxşı silahlanmış, yaxud ayıq-sayıq, işimizi bilən) bir camaatıq!”
57 - Nəhayət, Biz onları (Fironu və tayfasını) bağlardan və bulaqlardan çıxartdıq.
58 - Xəzinələrdən və (Nil ətrafındakı) gözəl (bərəkət dolu) yerdən kənar etdik.
59 - (O yerlərdən onları) beləcə çıxartdıq və İsrail oğullarını oralara varis etdik.
60 - (Firon və əsgərləri) günəş doğduqda onların (İsrail oğullarının) arxasınca düşdülər.
61 - İki dəstə (tayfa) bir-biri ilə qarşılaşdığı zaman Musanın camaatı dedi: “(İşimiz bitdi!) Artıq yaxalandıq!”
62 - (Musa) dedi: “Xeyr, Rəbbim mənimlədir. O, mütləq mənə yol göstərəcəkdir!”
63 - Onda Musaya belə vəhy etdik: “Əsanla dənizə vur!” (Musa əsasını dənizə vuran kimi) o dərhal yarıldı (İsrail oğullarının soyuna müvafiq olaraq on iki hisəyə bölündü) və hər hissə böyük (uca) bir dağ kimi oldu.
64 - O biriləri (Firon əhlini) də ora yaxınlaşdırdıq (dəniz sahilinə topladıq).
65 - Musa və onunla birlikdə olanların hamısını xilas etdik.
66 - O biriləri (Firon tayfasını) isə suya qərq etdik.
67 - Şübhəsiz ki, bunda (Musanın bu hekayətində) bir ibrət vardır. Lakin onların (Firon tayfasının, qədim Misir əhalisinin, yaxud Məkkə müşriklərinin) əksəriyyəti iman gətirmədi.(Qurani Kərim, əş-Şuəra (Şairlər) surəsi, 52-67-ci ayələr.)


Tarix: 08.05.2013 / 19:26 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 433 Bölmə: Maraqlı melumatlar