beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ömərin (r.a) gördüyü mühüm işlər (Beytül Məqdisin fəthi, Hürmüzün əsr düşməsi və İslamı Qəbul etməsi

Əbu Ubeydə (r.a) İslam qoşunu ilə irəliləyib Beytül Məqdisi mühasirəyə aldı və düşməni sıxışdırdı. Bizanslar Ömərin (r.a) şəxsən Beytül Məqdisə gəlməsi şərtilə müsəlmanlarla sülh bağlamağa razılıq verdilər. ("Əl-Bidayə vən Nihayə" 7/57.)
Ömər (r.a) Şama çatanda Əbu Ubeydə(r.a), Xalid ibn əl-Valid (r.a) və Yezid ibn Əbu Sufyan kimi digər baş idarəçilər onu qarşıladılar. Əbu Ubeydə (r.a) Ömərlə (r.a) qarşılaşdıqda Ömərin ) r.a) əlindən, Ömər (r.a) də onun ayaqlarından öpmək istədi. Lakin sonra hər ikisi bu əməldən əl çəkdilər. Sonra Ömər (r.a)Beytül Məqdisin xaçpərəst ərəbləri ilə sülh bağlamaq üçün ora getdi. Ömər (r.a)ora daxil olmazdan əvvəl, üç gün ərzində bizanslıların oradan çıxarılmasını tələb etdi. Sonra məscidə Rəsulullahın (s.a.v) İsra gecəsi daxil olduğu qapıdan girdi. Rəvayətlərdə deyilir ki, Ömər (r.a) Məscidül Əqsaya daxil olanda "Ləbbeykə Allahummə Ləbbeyk" – sözlərini demiş, daha sonra Davud peyğəmbərin mehrabında "təhiyyətül məscid" (məscidə salam) namazını qılmışdı. Həmçinin, müsəlmanlara orada sübh namazını qıldırdı. Namazın birinci rükətində Sad surəsini oxudu və səcdə ayəsinə çatanda səcdə etdi. Müsəlmanlar da ona baxaraq səcdə etdilər. İkinci rükətdə isə Bənu İsrail (İsra) surəsini oxudu. Sonra Kəəb əl-Əhbardan (r.a) Səxranın (məscidin içində olan əlamətdar daşın) yerini soruşdu və oraya gəldi. Kəəb (r.a) məscidi daşın arxa tərəfində tikdirməyi təklif etdi. Ömər (r.a) dedi: "Sənin dediyin yahudilərin dediyinə bənzədi!" Sonra Ömər (r.a) məscidi (bugünki Ömər (r.a) məscidini) Beytul Məqdisin qarşı tərəfində inşa etdirdi.

Daha sonra Səxranı paltarı və təkkəsi ilə tozdan təmizlədi. Müsəlmanlar da ona bu işdə kömək etdilər. İordaniya camaatı onun qalan hissəsini təmizlədilər. Səxra yəhudilərin qibləsi olduğu üçün bizanslılar (təhqir məqsədi ilə) oranı zibilxanaya çevirmişdilər. Hətta aybaşı olan qadın qana bulanmış əskisini ora atardı. Bu, əvvəllər yəhudilərin xristian müqəddəslərini təhqir etmələrinin əvəzi idi. Çünki yahudilər İsa peyğəmbər (r.a) adıyla çarmıxa çəkdikləri insanın cəsədi üzərinə zibil ataraq oranı zibilxanaya çevirmişdilər. Bundan sonra həmin yer "zibillik" adı ilə tanınmışdı. Sonradan bu ad xaçpərəstlərin inşa etdikləri kilsəyə verildi.


Tustur və əs-Sus vilayətlərinin fəthi və Hürmü¬za¬nın əsir alınması (Hicri 17-ci il):

Bütün bunlara səbəb, fars hökmdarı Yezdigərdin farsları ərəblərə qarşı müharibəyə səsləməsi idi. Farslar Qadisiyyədə və digər kiçik döyüşlərdən sonra əldə edilən sülh şərtlərini də pozmuşdular. Onlar sözlərini bir edib müsəlmalara qarşı döyüşməyi qərara aldılar. Bu xəbər Ömər ibn əl-Xəttaba (s.a.v) çatdıqda o, Səd ibn Əbu Vaqqasa (r.a) Hürmüzanınla qarşılaşmaq üçün Əhvaz əyalətinə qoşun göndərməyi əmr etdi. Səd ibn Əbu Vaqqas (r.a) Numan ibn Muqrini ora göndərdi. Numan öz ordusu ilə Raməhörmüz adlı yerə çatanda Hürmüzan öz qoşunu ilə onun qarşısına çıxdı. Döyüş başladı və Hürmüzan məğlub olub Tustura qaçdı. Bunu görən müsəlmanlar onu təqib edərək mühasirəyə aldılar. Burada şiddətli döyüşlər baş verdi. Hər iki tərəf çoxsaylı itki verdi. Bu halda müsəlmanlar öz aralarında duaları qəbul olunan Bəra adlı şəxsə dedilər (1) :

– Ey Bəra! Rəbbinə and ver ki, onların məğlubiyyətini bizə nəsib etsin.
Bəra dedi:
– Ey Rəbbim! Onların məğlubiyyətini bizə nəsib et və mənə şəhidlik ver!
O gün Bəra düşmənlə mübarizə zamanı yüzdən çox adam öldürmüşdü. Allah Hürmüzanı və onun qoşununu məğlub etdi, hətta öz diyarları onlara dar gəldi. Farslardan bir nəfər Əbu Musa əl-Əşaridən (r.a) aman istədi. Əbu Musa (r.a) ona aman verdi. Sonra həmin adam müsəlmanlara şəhərə daxil olmaları üçün su axını üzərində olan gizli yolu göstərdi. Qoşun başçıları içəri daxil olmaq üçün könüllüləri çağırdılar. Bir dəstə şücaətli döyüşçü gecə vaxtı su axarı ilə içəri daxil olub qapıçıların yanına soxuldular, onları öldürüb qapıları açdılar. Sübh vaxtına az qalmış, müsəlmanlar təkbir (Allahu Əkbər) gətirdilər və şəhərə daxil oldular. Başları döyüşə qatışan müsəlmanlar sübh namazını günəş çıxana qədər qıla bilmədilər.
Ənəs (r.a) deyirdi: "Mən Tustərin fəthində iştirak edirdim. Sübh namazının vaxtı idi. İnsanların başı şəhərin fəthinə qarışmışdı. Onlar namazı ancaq günəş çıxdıqdan sonra qıla bildilər. Hansı ki o namaz mənim üçün, qırmızı dəvədən daha dəyərlidir". (Buxari müəlləq olaraq rəvayət etmişdir: "Kitabul xovf, Bab əs-salat ində munahədət əl-husun".)

Bunu görən Hürmüzan qalaya qaçdı. Bir dəstə müsəlman igidləri onun arxasınca getdilər. Hürmüzan qaladan müsəlmanları ox atəşinə tutdu. Bəra ibn Malik (r.) və Məczə ibn Sövr (r.a) onun atdığı oxlara tuş gəlib öldülər.

Hürmüzan müsəlmanlara dedi: "Üzərimdə yüz dənə ox var. Mənə yaxınlaşan hər kəsi oxla vuracam. Mən sizdən yüz nəfər öldürdükdən sonra məni əsir almağınızın da faydası olmaz".
Müsəlmanlar dedilər: "Bəs sən nə istəyirsən?"
O dedi: "Siz mənə aman verin, mən də sizə təslim olum! Sonra məni Ömər ibn əl-Xəttabın (r.a) yanına aparın! Qoy o mənə istədiyi hökmü versin".
Müsəlmanlar onun bu şərti ilə razılaşdılar. Onlar Ömərin (r.a) yanına getmək niyyətilə yola düşdülər. İlk olaraq onun evinə getdilər, lakin onu evdə tapmadılar. Onlara Ömərin (r.a) məsciddə olduğunu dedilər. Ora gəldikdə Öməri (r.a) məscidin bir küncündə yatdığını gördülər.
Hürmüzan dedi: "Ömər (r.a) haradadır?" Öməri (r.a) oyatmamaq üçün alçaq səslə danışaraq onu göstərdilər.
Hürmüzan dedi: "Bəs onun cangüdənləri və gözətçiləri hanı?"
Dedilər: "Onun cangüdənləri və gözətçiləri yoxdur."
Ömər (r.a) onların səsini eşidib oyandı və oturdu.
Ona dedilər: "Bu, Hörmüzandır."
Ömər (r.a) dedi: "Sənin dəfələrlə əhdi pozmağa əsasın və üzrün nədir?!"
Hürmüzan dedi: "Sənə bu haqda danışmazdan öncə, məni öldürəcəyindən qorxuram."
Ömər (r.a) dedi: "Bundan qorxma!"
Hürmüzan içmək üçün su istədi. Ona su gətirdilər. Suyu əlinə aldıqda əlləri əsməyə başladı. Hürmüzan dedi: "Mən su içərkən öldürülməkdən qorxuram."
Ömər (r.a) dedi: "Suyunu içənə qədər sənə heç nə olmaz."
Bunu eşidən Hürmüzan əlindəki suyu qabla birlikdə yerə atdı və suyu içmədi.
Ömər (r.a) dedi: "Onun üçün yenə su gətirin onu susuz öldürməyin! Hürmüzan suyu içməkdən imtina etdi."
Ömər (r.a) dedi: "Mən səni öldürəcəm."
Hürmüzan dedi: "Sən mənə su içmək üçün aman vermisən, mən isə suyu içmədim."
Ənəs ibn Malik (r.a) dedi: "Ey möminlərin əmiri, o düz deyir."
Ömər (r.a) dedi: "Sən nə danışırsan, ey Ənəs! Mən Məczəəni və Bəranı qətlə yetirən adama amanmı verim?!"
Sonra Ömər (r.a) üzünü Hürmüzana tutub dedi: "Allaha and olsun ki, sən məni aldatdın. Allaha and olsun, sən İslamı qəbul etməsən, məni aldada bilməyəcəksən." Bundan sonra Hürmüzan İslamı qəbul etdi.
Sonralar Hürmüzandan: "Nə üçün Ömərin (r.a) yanına gəldiyin ilk andan İslamı qəbul etmədin?" – deyə soruşduqda o, belə demişdi: "İnsanların "İslamı qılınc qorxusundan qəbul etdi" deməsindən qorxurdum."



(1) Bu şəxsin dualarının Allah tərəfindən məqbul olması haqda Ənəs ibn Malikin )r.a) Peyğəmbərdən (s.a.b)rəvayət etdiyi hədisdə deyilmişdir: "Saçı pırtlaşıq, üst-başı toz-torpaq və cır-cındır içində olan elə insanlar var ki, o adam Allaha and versə, Allah onun andını puça çıxarmaz." Belələrindən biri də Bəra ibn Malikdir". Hədisi Tirmizi (? 3854) rəvayət etmiş və hədisin "Səhih-həsən" olduğunu demişdir.


Tarix: 04.05.2013 / 11:44 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 123 Bölmə: Maraqlı melumatlar