beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Osman ibn Əffan (r.a) haqqında qısa məlumat( Peyğəmbər (s.a.v) qızı ilə evlənməsi,fəziləti və sairə)

Adı və soyu:
Osman ibn Əffan ibn Əbul-As ibn Umeyyə ibn Əbdu Şəms ibn Əbdu Mənafdır. Soyu isə Əbdu Mənaf adlı babası ilə Peyğəmbərə (s.a.v) birləşir. Anası Urva bint Kureyz ibn Rabiə, nənəsi isə Peyğəmbərin (s.a.v) bibisi olan Ummu Həkim bint Əbdülmüttalibdir. ( "Mərifətus Səhabə" 1/235.)

Ləqəbi: O, Peyğəmbərin (s.a.) Ruqayyə və Ummu Kulsum adlı iki qızı ilə evləndiyi üçün "Zinnureyn" (iki nur sahibi) ləqəbi ilə tanınırdı.( Mərifətus Səhabə" 2/245.)

Təxəllüsü: Əbu Abdullah və Əbu Amr idi. O, Əbu Bəkrin əli ilə İslamı ilk qəbul edənlərdən idi. ("əl-İsabə" 2/455. İlk dəfə Həbəşistana, daha sonra isə Mədinəyə hicrət etmişdir.

Həyat yoldaşları:
1. Peyğəmbərin (s.a.v) qızı Ruqayyə (r.anha)
2. Peyğəmbərin (s.a.v) qızı Ummu Kulsum(r.anha) (Ruqiyya vəfat etdikdən sonra Peyğəmbərimiz (s.a.v) Ummu Kulsum adlı qızınıda Osman bin Affana ərə vermişdir)
3. Faxitə bint Ğəzvan.
4. Ummu Amr bint Cundub.
5. Fatimə bin əl-Valid ibn Əbdüşəms.
6. Ummul Bənin bint Uyeynə.
7. Ramlə bin Şeybə ibn Rabiə.
8. Nailə bint əl-Fərafisə.

Övladları:
Oğlanları; Abdullah, Abdullah əl-Əsğər, Xalid, Əban, Ömər, Səid, Əbdülməlik, Amr və Ənbəsə.

Qızları: Məryəm, Ummu Səid, Aişə, Məryəm (ikinci), Ummul Bənin.

Fəziləti:
1. Əbdürrəhman ibn Səmuranın belə dediyi rəvayət olunur: Peyğəmbər (s.a.v) əl-Usra ordusunu hazırlayarkən Osman ibn Əffan (r.a) paltarının ətəyinə min dinar yığıb onun yanına gəldi. Dinarları Peyğəmbərin (s.a.v) evinə tökdükdə, Peyğəmbər (s.a.v) dinarları ovuclayaraq bu sözləri bir neçə dəfə təkrarladı: "Bu gündən sonra edəcəyi heç bir iş İbn Əffana zərər verməz!"
(Əhməd "Əl-Müsnəd" 5/63 Bu rəvayətin sənədində Əbdürrəhman ibn Səmurənin köləsi olan Kəsir ibn Əbu Kəsir mövcuddur. O, tanınmayan bir rəvayətçidir. Albani "Mişkətul Məsabih" adlı əsərində bu hədisin "həsən" olduğunu qeyd etmişdir ? 6064.)

2. Əbu Musa əl-Əşari (r.a) deyir: "Osman (r.a) Peyğəmbərin (s.a.v) qapısını döyüb icazə istədi. Peyğəmbər (s.a.v) buyurdu: "Qapını aç və baş verəcək bəlaya (sınağa) görə onu Cənnətlə müjdələ"(Buxari və Mülsim). (Buxari: Kitab əl-Mənaqib, Bab Mənaqib Osman, ? 3695. Müslim: Kitab fədailus səhabə, ? 2403. )

3. Ənəs ibn Malik (r.a) deyir ki, Peyğəmbər(s.a.v) , Əbu Bəkr, Ömər və Osman Uhud dağının üzərinə çıxdıqları zaman dağ titrədi. Peyğəmbər (s.a.v) buyurdu: "Ey Uhud! Sakitləş! Sənin üzərində bir Peyğəmbər, bir siddiq və iki şəhid vardır".( Buxari: ? 3675.


4. İbn Ömər (r.a) rəvayət edir ki, bir gün Peyğəmbər (s.a.v) bizim yanımıza gələrək dedi: "Bir az əvvəl yuxuda məqalid və tərəziləri gördüm. Məqalid açarlardır. Mən tərəzinin bir gözünə, ümmətim isə digərinə qoyuldu və mənin qoyulduğum tərəf ağır gəldi. Sonra Əbu Bəkri gətirdilər, o da ağır gəldi. Sonra Öməri gətirdilər, o da ağır gəldi. Sonra Osmanı gətirdilər, o da ağır gəldi. Sonra tərəzi qaldırıldı". Bir nəfər kişi dedi: "Bəs biz harada olacayıq?" Cavabında deyildi: "Siz (əməllərinizlə) özünüzü harada etsəniz, orada da olacaqsınız".( Əhməd "Müsnəd" 2/76. Hədisin sənədində keçən Ubeydullah ibn Mərvan adlı rəvayətçinin kimliyi tanınmır. Əhməd Şakir hədisin səhih olduğunu qeyd etmişdir; ? 5469.)

Peyğəmbərin (s.a.v) Osman (r.a) haqqında əvvəlcədən xəbər verdiyi möcüzələr:

Peyğəmbərin (s.a.v) Osmanın (r.a) başına gələcək hadisələr haqda xəbər verməsi onun həqiqətən, Allah elçisi olmasının sübutudur.
Murra ibn Kəəb (r.a) deyir: "Bir gün Peyğəmbərin (s.a.v) fitnələr haqda danışdığını və onların yaxınlaşdığını eşitdim. Bu zaman bir nəfər paltarına bürünmüş halda oradan keçdikdə Peyğəmbər (s.a.v) dedi: "Həmin gün bu insan haqq üzərində olacaq". Murra ibn Kəəb (r.a) deyir ki, mən ona yaxınlaşdıqda onun Osman (r.a) olduğunu gördüm". (Tirmizi "Səhih" sənədlə rəvayət etmişdir, ? 3704.)
Aişə(r.anha) Peyğəmbərin (s.a.v) belə dediyini rəvayət edir: "Ey Osman! Bir gün Allah sənə bu işi (xilafəti) nəsib etsə və münafiqlər Allahın sənə geyindirdiyi libası əynindən çıxartmaq (xilafəti almaq) istəsələr, sən o libası əynindən çıxartma!"
(Sünən İbn Macə, əl-muqəddimə, Bab fədail əshabun Nəbiyy ? 97. )

Osman (r.a) Ömər ibn əl-Xəttabdan (r.a) sonra on iki il xəlifəlik etdi. O, xəlifə olanda yetmiş yaşı var idi. Səksən iki yaşında isə onu qətlə yetirdilər. Fitnə onun xilafətinin sonlarında baş verdi. Allah ondan razı olsun!
Bir çox iftiraçıların, azğınların və cahillərin yaxmaq istədikləri ləkələrə baxmayaraq, həqiqətdə Osman ibn Əffanın (r.a) xəlifəliyi, raşidi xəlifəlik dövrünün qızıl çağları hesab olunur. Onun vaxtında İslam dövləti çox genişləndi. Hətta şimali Afrika, İskəndəriyyə, Azərbaycan, Ərməniyyə, Fars əyalətləri fəth edildi və ilk İslam dəniz donanması yaradıldı. Onun xilafətində əminamanlıq, bolluq və sədəqə verənlər artdı. Bu naz-nemət və fəthlər on iki il, Osmanın (r.a) xilafəti dövründə davam etdi. Sonra hicrətin otuz beşinci ilində fitnə baş verdi. Bir dəstə zalım və cinayətkar adam onun evinə daxil olub oruclu halda Quran oxuyan Osmanı (r.a) qətlə yetirdilər.


Tarix: 04.05.2013 / 11:43 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 106 Bölmə: Maraqlı melumatlar