beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Müaviyə (r.a) haqqında qısa məlumat ( fəziləti, xəlifliyi dövründə hərbi dəniz donanmasının qurulmas

Muaviyə ibn Əbu Sufyan (r.a) atasından öncə, qəza ümrəsi zamanı, hicrətin yeddinci ilində islamı qəbul etmişdir. Fəth ilində isə müsəlman olduğunu aşkar bildirmişdir. (“Tarixul İslam” Müaviyənin xəlifəliyi, səh. 307.)


Həyat yoldaşları və övladları:
1. Məysun bint Bəhdəl əl-Kəlbiyyə. Ondan Yezid dünyaya gəlmişdir;
2. Fəxitə bint Quraza əl-Munəfiyyə. Ondan isə Abdurrahmən və Abdullah adlı övladları olmuşdur.
3. Nailə bint Umarə əl-Kəlbiyyə.

Məziyyətləri haqqında deyilən rəvayətlər:
1. Peyğəmbər (s.a.v) demişdir: “Ey Allahım, onu doğru yol göstərən və doğru yol ilə gedən et! Onunla doğru yol göstər.” (Tirmizi: ?4113. )

2. Peyğəmbər (s.a.v) onun üçün dua edib demişdir: “Ey Allahım, Müaviyəyə yazmağı və hesablamağı öyrət, onu əzabdan qoru.” ( Əhməd: 4/127.)


3. Ummu Həram bint Məlhan deyir: “Bir gün Peyğəmbər (s.a.v) mənim yaxınlığımda yatmışdı. O, yuxudan oyanıb gülümsədi.”
Mən dedim: “Nə üçün gülümsəyirsən?”
O dedi: “Ümmətimdən bir dəstə adam mənə ərz edildi. Onlar taxt-tac sahibi olan krallar kimi bu yaşıl dənizdə üzürdülər.”
Mən dedim: “Allaha dua et ki, məni də onlardan etsin!” Onun üçün dua etdi. Sonra yeidən yatdı. O yenə həmin hərəkəti etdi, qadın da əvvəlki sözünü təkrarları və Peyğəmbər (s.a.v) də eyni cavabı verdi. Qadın: “Allaha dua et ki, mən də onlardan olum!” – deyəndə, O, dedi: “Sən onların birincisi olacaqsan.”
O, həyat yoldaşı Ubadə ibn əs-Sammit (r.a) ilə birlikdə Müaviyənin başqılığı altında müsəlmanların ilk dəniz yürüşündə iştirak etdi. Döyüşdən qayıdıb Şama gəldilər. Ona minik heyvanı gətirdilər. O, miniyindən yıxılıb öldü.” ( Buxari: ?2800.)

(Müsəlmanların ilk dəniz donanması Müaviyə (r.a) dövründə qurulmuşdur.Müaviyə (r.a) Kipr və Rodos adalarını fəth etmişdir və 500 gəmidən ibarıt Bizans donanmasını Kipr adası yaxınlığında məğlub etmişdir.)

Buxarinin “əs-Səhih” kitabının şərhçilərindən biri, Muhəlləb ibn Əhməd əl-Əndəlusi deyir: “Bu hədisdə Müaviyə üçün də məziyyət vardır. Çünki ilk dəfə dəniz döyüşünə çıxan Müaviyə olmuşdur.” ( Fəthul Bari: 6/120.)

İbn əl-Mübarəkdən Müaviyə (r.a) haqqında soruşurlar. O isə cavabında deyir: “Peyğəmbər (s.a.v) “Səmiəllahu limən həmidəh.” (Allah ona həmd edənin duasını qəbul edər.) – deyəndə, “Rabbənə va ləkəl həmd.” (Rəbbimiz sənə həmd olsun.) – deyən Müaviyə haqqında nə deyə bilərəm.” ( əl-Bidayə vən Nihayə: 8/130.)

Bir dəfə İbn əl-Mübarəkə deyirlər: “Kim daha üstündür: Müaviyə, yoxsa Ömər ibn Əbdüləziz?
İbn əl-Mübarək dedi: “Müaviyənin Peyğəmbərlə (r.a) birlikdə olarkən burnuna dəyən torpaq, Ömər ibn Əbdüləzizdən üstün və xeyirlidir.” ( əl-Bidayə vən Nihayə: 8/130.)

Əl-Muafə ibn İmrandan soruşurlar: “Kim daha üstündür: Müaviyə, yoxsa Ömər ibn Əbdüləziz?”

O, bərk qəzəbləndi və sual soruşana dedi: “Əshabələrdən olan bir adamı, tabiinlərdən olanla bir tutursan?! Müaviyə (r.a) Peyğəmbərin (s.a.v) səhabəsi, həyat yoldaşı tərəfdən qohumu, katibi və nazil olan vəhyinin nəzarətçisi idi.” ( əl-Bidayə vən Nihayə: 8/130.)

İbn Əbu Məlikə deyir ki, İbn Abbasdan soruşurlar: “Möminlərin əmiri Müaviyə vitr namazını bir rükət qılır. Sən bu haqda nə deyə bilərsən?”
İbn Abbas dedi: “O, fəqihdir.” ( Buxari: “Səhabələrin fəziləti kitabı, Həsən və Hüseynin məziyyətləri fəsli.” ?3765.)

İbn Kəsir deyir: “Müaviyənin qorxutduğu, qoşununu məğlub etdiyi və meydandan qovduğu Roma imperatoru yenidən Müaviyəyə qarşı cəsarət göstərmək istədi. Demək o, Müaviyənin (r.a) Əli (r.a) ilə müharibə etdiyini görüb, böyük qoşun ilə bəzi əyalətləri ələ keçirmək istədi. Müaviyə (r.a) ona məktub yazıb bildirdi: “Allaha and olsun! Ey lənətə gəlmiş, əgər sən elə indi bu işdən əl çəkib ölkənə qayıtmasan, mən və əmim oğlu sənə qarşı birləşib səni öz ölkəndən təmamilə çıxardarıq, geniş yer üzünü sənin üçün dar edərik.” Bu məktubu oxuyan Roma imperatoru qorxuya düşdü və fikrindən yayındı. Sonra elçi göndərib sülh istədi.” ( əl-Bidayə vən Nihayə: 8/119.)


Müaviyənin (r.a) vəfatı:
Müaviyə möminlərin əmiri seçildi və təxminən iyirmi il, hicrətin altmışıncı ilinə qədər xəlifəlik etdi.
Onun vaxtı fəthlər və sabitlik ilə keçdi.


Tarix: 04.05.2013 / 11:37 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 81 Bölmə: Maraqlı melumatlar