beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

+Peyğəmbərdən (s.a.v) sonra xəlifə kimdir? (Əli məndəndir mən də Əlidən – hədisi və iddialara cavab)

«Əli məndəndir mən də Əlidən – hədisi»
Onlar deyirlər ki, Peyğəmbərin (s.a.v) "Əli məndəndir mən də Əlidən, mənim işimi ya özüm, ya da Əli görə bilər". ( Hədisin birinci hissəsini Buxari :Sən məndən, mən də səndənəm!" – sözləri ilə (? 2699) rəvayət etmişdir. "mənim işimi ya özüm, ya da Əli görə bilər" – əlavəni İmam Əhməd rəvayət etmişdir (4/164).) – hədisi Əlinin Peyğəmbərdən (s.a.v) sonra xəlifə olmasına dəlalət edir.

Cavab belədir:

Bu hədisin sənədi Əbu İshaq əs-Subey`i adlı rəvayətçidən keçir. O, məşhur mudəllisdir. ( Hədis elmində rəvayətinin eyibini gizlədən kimsəyə mudəllis deyilir. )
Bir çox zəif rəvayətçilərin hədisini dolayı yolla rəvayət etmişdir. O, hədisi danışarkən "eşitdim" sözü ilə rəvayət edərsə hədis ən ali mərtəbəli səhih hədis kimi qəbul olunur. Əgər hədisi danışarkən rəvayəti birbaşa eşitməyə dəlalət etməyən söz ilə ifadə edərsə, qəbul olunmaz.

Əbu İshaq əl-Cozcani deyir: "Kufə camaatı içərisində məzhəblərindən razı qalmadığımız böyük hədisçilər var idi. Misal olaraq Əbu İshaqı, Ə`məşi, Mənsuru, Zubeydi və başqalarını demək olar... Əbu İshaq tanınmayan insanlardan rəvayət edərdi. Alimlərdə, onun rəvayət etdiyi insanlar haqqında onun dediklərindən başqa heç bir məlumat yox idi". ( Təhzib ət-Təhzib" 8/66.)

Biz isə deyirik ki, Əlinin Peyğəmbərdən, Peyğəmbərin də Əlidən olması, dində itaətkarlıq və köməklik mənasına gəlir. Belə ki, Peyğəmbər (s.a.v) Uhud döyüşündə Cüleybib adlı bir nəfər əshabəni itirdikdə onun axtarılmasını əmr etdi. Onlar Peyğəmbərə (s.a.v) onu tapa bilmədiklərini dedikdə o dedi: "Onu, ölənlər arasında axtarın". Bundan sonra onu, yeddi nəfər kafirin cəsədi arasında, yerə sərilmiş halda tapdılar. Onlar bu haqda Peyğəmbərə (s.a.v) xəbər verdikdə o dedi: "O, yeddi nəfəri öldürmüş, sonra özü də ölmüşdür. Culeybib məndəndir, mən də ondanam". ( Səhihi Müslim: Kitabu fədailus əshabə, 2442.)

Həmçinin Peyğəmbər (s.a.v) Əşarilər qəbiləsini xatırlatdıqda demişdir: "Onlar məndən, mən də onlardanam".
(Səhihi Müslim: Kitabu fədailus əshabə, 2500.)

Peyğəmbərin (s.a.v) Əli haqqında "O məndəndir, mən də ondanam" – sözlərini deməsi, Əlinin Peyğəmbərdən (s.a.v) sonra xəlifə olmasına dəlalət etmir. Əslində bu, Peyğəmbərin (s.a.v) və Əlinin tutduğu yolun vahid yol olduğunu və Əlinin Peyğəmbərə (s.a.v) qarşı daimi itaətkarlıq göstərməsini bildirir. Əlini Peyğəmbərə (s.a.v) bağlayan amil onunla eyni nəsildən olması, kürəkənliyi, itaətkarlığı, dəstək verməsi və Allahın haqqını layiqincə yerinə yetirməsidir. Buna görə Peyğəmbər (s.a.v) Əlinin ondan, onun da Əlidən olduğunu demişdir.


Tarix: 03.05.2013 / 18:58 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 79 Bölmə: Maraqlı melumatlar