beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əlinin xəlifəliyə Əbu Bəkr, Ömər və Osmandan daha layiq olması haqqında deyilən əqli əsaslar və cava

Birinci
«Peyğəmbərdən (s.a.v) sonra ən şücaətli Əli (r.a) idi»
Əlinin (r.a) şücaətli səhabə, Allahın aslanlarından biri olması heç kəsdə şübhə doğurmur. O, müşriklərin başına qənim kəsilmiş Allahın qılıncı idi. Söhbətimiz bu haqda deyil, onun bütün səhabələrdən şücaətli olub-olmadığı haqqındadır.
Onun barəsində ifrata varıb bu cür qələmə vermək qəbuledilməzdir. Çünki şücaət sözü iki mənada açıqlanır:

Birinci: Qəlbin gücü və sabitliyi;

İkinci: Qol gücü ilə şiddətli döyüşmək.

Qeyd olunan birinci məna şücaəti, ikinci məna isə bədənin gücünü bildirir. Qolu qüvvətli olan hər kəs, qəlbən güclü olmur. Qəlbi güclü olanın qolu da güclü olur. Ona görə görürsən ki, əksər insanlar toplum halında olarkən yaxşı döyüşür, təklikdə döyüşəndə isə qəlbən qorxur, çəkinir. Bəzən görürsən ki, qəlbən sabit olub heç bir döyüşdə iştirak etməyən insan, çətin və qorxulu anlarda möhkəm olur, qorxmur. Digər insanlardan fərqli olaraq, döyüş sərkərdələrinin belə xüsusiyyətlərə daha çox ehtiyacları var. Peyğəmbər  döyüş sərkərdəsinə layiq olan bu növ şücaətə ən yüksək dərəcədə sahib idi. Buna baxmayaraq o, döyüşlərdə təkcə bir nəfəri, Ubeyy ibn Xələfi qətlə yetirmişdir. Əli və digər səhabələrin döyüşlərdə daha çox adam öldürməklərinə baxmayaraq, onlar Peyğəmbərin (s.a.v) arxasında qorunurdular. Çünki Peyğəmbər (s.a.v) onlardan şücaətli idi. Peyğəmbərdən (s.a.v) sonra şücaətli Əbu Bəkr (r.a) idi. O da, Peyğəmbərin (s.a.v) yaşadığı çətinlikləri yaşayır, qorxmurdu. Hicrətdən öncə və sonra həm sözü, həm də bədəni ilə özünü qabağa verib Peyğəmbəri (s.a.v) qoruyurdu. Bədr döyüşündə müşriklərin Peyğəmbəri (s.a.v) öldürmək niyyətində olduqlarını bildiyi halda, Peyğəmbərlə (s.a.v) birlikdə qərargahda idi. Döyüşdə qətl etməyə gəlincə Xalid ibn əl-Valid və əl-Bəra ibn Malik kimi səhabələr, döyüşlərdə Əlidən daha çox adam öldürmüşdülər.
Əli kimi şücaətli səhabələrdən Zubeyri, Talhanı və Sə`di misal çəkmək olar.

İkinci

Hamıdan elmli idi.

Səhabənin alim olması iki amil ilə bilinir:

Birinci: Fətvalarında doğru qərar verməsi.

İkinci: Peyğəmbərin  ona çox iş tapşırması.

Fətvada doğru qərar vermək məsələsinə gəldikdə, Əbu Bəkrin (r.a) heç bir fətvasında səhv etdiyi deyilməmişdir. Əksinə səhabələr ixtilaf edəndə onun qərarı həlledici olurdu.

Amma Əli (r.a) , Ömər (r.a) , Osman (r.a) və digər səhabələr fətvala¬rın¬da səhvə yol veriblər, onlara xilaf çıxan da olub. İmam Şafii “əl-Umm” kitabında “Əli və İbn Məsudun fikir ayrılığı” adlı fəsil tərtib etmişdir.

Kitabın əvvəlində Əbu Bəkr (r.a) haqqında danışarkən onun elmi dərəcəsi haqqında ətraflı məlumat vermişik.
Peyğəmbərin (s.a.v) çox iş buyurmasına gəlincə, Peyğəmbər (s.a.v) Əbu Bəkri (r.a) namaza imam, həccə rəhbər təyin etmişdir.

Mənsur əs-Səm`ani Əbu Bəkrin Əlidən elmli olması haqqında alimlərin yekdil fikirdə olduqlarını qeyd etmişdir. ( Minhacus Sünnə: 7/502.)


Üçüncü

Nəsəbcə Peyğəmbərə (r.a) ən yaxın odur.
Nəsəbcə Peyğəmbərə (s.a.v) yaxın olmaq şərəfdir. Amma bu insan əməyi olmadığı üçün Allah yanında heç nəyi dəyişmir.

Hədislərin birində deyilir ki, “əməlində geri qalanı, nəsəbi irəli aparmaz.” ( Muslim: ?2699. Əbu Hureyrənin (r.a) hədisinin bir hissəsidir.)

Həmçinin nəsəbcə Peyğəmbərə (s.a.v) ən yaxın Əli (r.a) deyil, Abbas (r.a) və Həmzə (r.a) idi. Onlar Peyğəmbərin (s.a.v) əmisi idilər. Həsən (r.a) və Hüseyn (r.a) də nəsəbcə Peyğəmbərə (s.a.v) daha yaxındırlar. Çünki onlar onun nəvələridir. İbn Abbas, Cəfər, əl-Fədl ibn Abbas, Əqil və digərləri nəsəbcə Əli (r.a) ilə eynidirlər.

Əgər onun digər raşidi xəlifələrə nisbətən nəsəbcə Peyğəmbərə (s.a.v) daha yaxın olduğu nəzərdə tutulursa, bu doğrudur. Amma bu Peyğəmbərin (s.a.v) xəlifəsi olmaq üçün səbəb deyil. Osman (r.a) Abdu Manaf, Əbu Bəkr (r.a) və Ömər (r.a) isə Murra ibn Kəəb babasında nəsəbcə Peyğəmbərlə (s.a.v) birləşirlər.


Dördüncü

İslamı ilk qəbul edən odur.
Bu bəzi elm adamlarının iddiasıdır. Amma eyni zamanda həmin elm adamları Əlinin (r.a) islamı uşaq yaşlarında qəbul etdiyini də təsdiqləyirlər. Ona görə bəzi alimlər belə deyirlər: “Uşaqlardan islamı ilk qəbul edən Əli, kişilərdən Əbu Bəkr, qadınlardan Xədicə, qullardan isə Bilal olmuşdur.”

Peyğəmbərə (s.a.v) peyğəmbərlik veriləndə Əlinin (r.a) səkkiz, yaxud on yaşı var idi. Əli (r.a) uşaq olduğu üçün Peyğəmbər (s.a.v) onun islamı qəbul etməyindən, Əbu Bəkrdən faydalandığı qədər faydalana bilmirdi.

Osman, Talha, Zubeyr, Sə`d və Əbdürrəhman ibn Auf kimi böyük səhabələr Əbu Bəkrin (r.a) səbəbi ilə islamı qəbul etmişdilər.



Beşinci

Heç vaxt bütə səcdə etməmişdir.
Heç bir müsəlman Əlinin (r.a) bütə səcdə etmədiyi barədə ixtilaf etmir. Axı o özünü tanıyandan Peyğəmbərin (s.a.v) evində böyüdüyü halda, bütə necə səcdə edə bilərdi?! Məşhur rəvayətə görə Peyğəmbər (s.a.v) , Abbas (r.a) və Həmzə (r.a) Əbu Talibin kasıb və köməksiz olduğunu nəzərə alaraq onun yanına gedib üç övladını götürüb saxlamağı təklif etmişdilər.

Peyğəmbər (s.a.v) də Əlini (r.a) götürdü. Bu hadisə peyğəmbərlikdən öncə baş vermişdi. Çox güman ki, o vaxt Əlinin (r.a) dörd yaşı var idi. Bu yaşda olan uşaq bütə necə səcdə edə bilərdi?!

Bütə səcdə etməyən təkcə Əli (r.a) deyildi, Əbu Bəkrin (r.a) də bütə səcdə etməyi haqqında heç nə deyilməmişdir. O cümlədən İbn Ömər, İbn Abbas, Abdullah ibn əz-Zubeyr və ümumiyyətlə yaşca kiçik olan səhabələr heç bir bütə səcdə etməmişdilər.

Elə biz də bütə səcdə etməmişik. Məgər heç bütə səcdə etməyən insan, əvvəllər bütə səcdə edib sonradan tövbə edən adamdan üstün olmalıdır?! Əqil, Cəfər, Abbas və Ubeydə ibn əl-Haris bütlərə səcdə edirdilər. İslamı qəbul edəndən sonra Allah qatında ən üstün insanlardan oldular.



Xülasə

İnsanı düşündürən suallar:

1. Bütün insanların Əlinin (r.a) xəlifəlik haqqını gizlətmələrinə səbəb nə idi? Onların bu işdə xeyri nə idi? Osmanın (r.a) qətlindən sonra onların bəsirətini açan nə oldu ki, onlar Əlinin tərəfini tutdular?

2. Nə üçün Əli (r.a) xəlifə olandan sonra Əbu Bəkr (r.a) və Ömərin (r.a) qoyduğu hökmləri dəyişmədi?


3. Əbu Bəkri (r.a) xəlifə seçmək təklif olunanda öncə ənsarlar qarşı çıxdılar, sonra razılaşdılar. Bəs həmin vaxt Əli (r.a) nə üçün qarşı çıxmadı?

4. Əbu Bəkr (r.a) insanları qorxutmadığı, nə də təşviq etmədiyi halda nə üçün bütün müsəlmanlar bir nəfər kimi onu xəlifə olaraq qəbul etdilər? Seçim baş verərkən Əbu Bəkr (r.a) elə də çox tərəfdar ilə çıxış etməmişdi. Onunla yalnız Ömər (r.a) və Əbu Ubeydə (r.a) var idi.


5. Nə üçün insanlar, o cümlədən Əli (r.a) Əbu Bəkrə (r.a) qarşı üsyan etmədilər? Əbu Bəkrin (r.a) onların qarşısını alacaq nə cangüdəni, nə keşikçiləri, nə güclü əqrəbası, nə də çoxlu mal-dövləti yox idi.

6. Allaha və rəsuluna (s.a.v) kömək edən, malları və canları ilə Allah yolunda döyüşən, ərəblərə və bütün dünyaya qarşı savaş elan edən ənsarlar nə üçün layiqli xəlifənin tərəfini tutmamaqla axirətlərini dünya malına satmalı idilər? Yoxsa Əli (r.a) onlardan kiminsə qanına bais olmuşdu?!


7. Eyni sözləri Mühacirlərlə Əli (r.a) haqqında demək olar.

8. Əgər Əbu Bəkr (r.a) və Ömər (r.a) Əlini (r.a) xəlifəlikdən uzaqlaşdırmağa çalışırdılarsa, nə üçün Ömər (r.a) onu şuraya üzv etdi? Nə üçün onu uzaqlaşdırmaqda davam etmədi? Nə üçün Əli (r.a) şuraya üz olmaq təklifini qəbul etdi?


9. Nə üçün Əlinin (r.a) Əbu Bəkr (r.a) və Ömərin (r.a) xəlifəliyinə hər hansı etirazı olmayıb? Əksinə o tam razılıqla beyət edib, onlarla birlikdə islam dininə kömək etmək üçün çalışıb.

10. Əlinin (r.a) tərəfini tutacaq və onun xəlifəliyə daha layiq olduğunu iddia edəcək Haşim oğulları haradaydılar?!


11. Əbu Bəkr, Ömər və ya Osman xəlifəlikdən nə fayda əldə etdilər? Əbu Bəkrə (r.a) baxsan, o, nə mal-dövlət yığdı, nə də özündən sonra miras qoydu. Heç öz qohumlarından bir nəfəri də vəzifəyə təyin etmədi. Eyni sözləri Ömər (r.a) və Osman (r.a) haqqında da demək olar. Yalnız Osmana (r.a) öz qohumlarını vəzifəyə təyin etməsi irad tutulurdu. Osmanın (r.a) xilafəti və ona qarşı qaldırılan əsas iradlar haqqında danışarkən bu məsələyə aydınlıq gətirmişik. Orada baxa bilərsiniz.


Tarix: 03.05.2013 / 18:56 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 212 Bölmə: Maraqlı melumatlar