beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Birinci Hadisə : Münafiqlərin Başçısının Bu Sözü : Mədinəyə Qayıdan Kimi Şərəflilər Alçaqları Oradan

Birinci Hadisə : Münafiqlərin Başçısının Bu Sözü : Mədinəyə Qayıdan Kimi Şərəflilər Alçaqları Oradan Çıxaracaqlar.

Bu hadisə bu səbəbdən inkişaf etdi. Mühacirlərin müttəfiqi ilə Ənsarın müttəfiqinə mənsub olan iki nəfər arasında Müreysi suyu barəsində bir dava oldu. Mühacirlərin müttəfiqi olan şəxs Ənsarın müttəfiqi olan şəxsi döydükdə, döyülən şəxs : Ey Ənsar – digəri də : Ey mühacirlər deyərək müttəfiqlərini köməyə çağırdılar. Bundaqn sonra iki tərək qarşı-qarşıya gəldi. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) bu hadisəni eşidən kimi dərhal tələsərək hadisə yerinə gəlib hər iki tərəfi də danladı. Onlara :

"Mən aranızdaykən hələ də cahiliyyət iddiasımı güdürsünüz? Bıraxın o qoxumuş iddiaları" – deyərək nəsihət etdi. İnsanlar dərhal ağıllarını başlarına alıb dağılışdılar.

Münafiqlərdən bir camaat da daha əvvəlki döyüşlərə çıxmamalarına baxmayaraq, bu döyüşə çıxmışdılar. Aralarında rəhbərləri Abdullah ibni Übey də var idi. münafiqlərin başçısı bu hadisəni eşidəndə çox qəzəbləndi. Mədinəlilərin tərəfdarı olan şəxsin şillələnməyinə qəzəblənmişdi.

Münafiqləri başçısı ətrafındakılara içindəki bu kini qusdu :

Həqiqətən də belə etdilərmi? Deyə soruşduqdan sonra Bizə üstünlük göstərirlər, bizə basqın etməyə çalışırlar, özü də bizim ölkəmizdə! Eləmi, Allaha and olsun ki, Qureyşin bu köhnə qiyafəli adamlarına qarşı olan rəftarımız üçün bunu demək istəyirəm :

Kökəlmiş itiniz yesin səni! Allaha and içirəm ki, Mədinəyə qayıdan kimi şərəflilər alçaqları oradan çıxaracaqlar! Şərəfli olaraq özünü, alçaq olaraq (Allaha sığınırıq) Peyğəmbər (Səllallahu Aleyhi və Səlləm)`i qəsd edirdi.

Münafiqlərin başçısı fitnə toxumları səpməyə davam etdi : "Siz bunu öz-özünüzə etdiniz. Onları gətirib yurdunuzda saxladınız, mallarınızı onlarla paylaşdırdınız. Allaha and olsun, bundan sonra onlara yardım etməsəniz, ölkənizdən başqa yerlərə rədd olub gedəcəklər."

Onun bu sözləri dediyi əsnada orada Zeyd ibni Ərkam adında İslama çox bağlı bir gənc var idi. Zeyd onu eşitməyə daha çox dözməyərək qaçıb vəziyyəti Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`a xəbər verdi. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) çox kədərləndi. İbni Übeyi çağıraraq, bunları deyib-demədiyini soruşdu. İbni Übey and içərək belə bir şey demədiyini bildirdi. Fəqət çox keçmədi, Allah Münafiqun surəsini endirərək onu qiyamətə qədər biabır etdi.

Bu münafiqin oğlu – onun adı da Abdullah idi. Səmimi müsəlman idi. Mədinəyə çatdıqda bu səmimi müsəlman qılıncını çıxardaraq şəhərin giriş qapısında gözlədi. Hər kəs keçib sıra atasına gələndə onu dayandıraraq ona :

Allaha and and içirəm, Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) sənə icazə vermədikcə və qarşısında diz çöküb :

Alçaq mənəm, şərəfli və əziz isə, sənsən! demədikcə, bu qapıdan içəriyə girə bilməzsən – dedi. Vəziyyət Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`a xəbər veriləndə, Abdullaha xəbər göndərərək atasının girməyinə icazə verməsini bildirdi. O da icazə verdi. Bu hikmətlə münafiqlərin çıxardığı fitnənin qarşısı alınmış oldu.


Tarix: 02.05.2013 / 21:25 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 80 Bölmə: Maraqlı melumatlar