beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hər şeydən müvəqqəti təcrid olaraq gecə və gündüzü məsciddə keçirmə (etikaf etmə) və Ramazan ayında

1.Əbu Hüreyrədən rəvayət olunur ki, Allahın elçisi (sav) buyurmuşdur: «Kim Ramazan ayında imanla və Allahdan mükafatını umaraq gecə namazlarına dursa, onun keçmiş günahları bağışlanar». Hədisi Buxari və Müslim rəvayət etmişdir.

2.Aişədən rəvayət olunur ki, Allahın elçisi (sav) Ramazan ayının son on günü başlayanda izarını bağlayar, gecəni ibadətdə keçirər və ailəsini oyadardı. Hədisi Buxari və Müslim rəvayət etmişdir.

3.Yenə də Aişədən rəvayət olunur ki, Peyğəmbər (sav) məsciddə tənha qalmaq istədikdə sübh namazını qılar və tənha qalacağı yerə daxil olardı. Hədisi Buxari və Müslim rəvayət etmişdir.

4.Yenə də Aişədən rəvayət olunur ki, Peyğəmbər (sav) dünyasını dəyişənədək Ramazan ayının son on gününü məsciddə tənha qalmaqla keçirərdi. Onun vəfatından sonra həyat yoldaşları da bunu davam etdirməyə başladılar.
Hədisi Buxari və Müslim rəvayət etmişdir.

5.Aişənin belə deməsi rəvayət olunur: «Allahın elçisi (sav) məsciddə ola-ola başını məsciddən çıxarar və mənə tərəf uzadardı, mən də onun saçını darayardım. Məsciddə etikaf edərkən də zərurət olmadan evə gəlməzdi.
Hədisi Buxari və Müslim rəvayət etmişdir. Hədisin mətni Buxariyə aiddir.

6.İbn Ömərdən rəvayət olunur ki, Peyğəmbərin (sav) bəzi səhabələri yuxuda görürlər ki, qədr gecəsi Ramazan ayının son yeddi gecəsindən biridir. Allahın elçisi(sav) onlara dedi: «Görürəm ki, yuxularınız qədr gecəsinin son yeddi gecələrdən birinə təsadüf etdiyini göstərir. Belə olan halda kim bu gecəni axtarmaqda israrlıdırsa, qoy onu son yeddi gecədə axtarsın». Hədisi Buxari və Müslim rəvayət etmişdir.

7.Aişənin belə deməsi rəvayət olunur: «Bir dəfə Allahın elçisindən (sav) soruşdum: “Ey Allahın elçisi! Hər hansı bir gecənin qədr gecəsi olmasını bilsəm, o gecə nə deməliyəm?” Peyğəmbər 9sav) dedi: “De ki, Allahım Sən bağışlayansan və bağışlamağı sevənsən, məni bağışla”».
Hədisi Əhməd, Tirmizi, Nəsai və İbn Macə rəvayət etmiş, Tirmizi və Hakim isə səhih hesab etmişdir.


Tarix: 25.04.2013 / 19:10 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 60 Bölmə: Maraqlı melumatlar