beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

KEÇMİŞ VƏ GƏLƏCƏK GÜNAHLARIN BAĞIŞLANMASINA SƏBƏB OLAN ƏMƏLLƏR (İnanaraq və savabını umaraq Ramazan

İmam Əhməd bin Hənbəl rahiməhullah belə demişdir: “Bizə Affan, ona Hammad bin Sələmə, ona Muhəmməd bin Amr bin Sələmə, ona da Əbu Hureyrə radiyallahu anhu belə rəvayət etmişdir: Rəsulullah sallallahu aleyhi və səlləm belə buyurdu: “Hər kim inanaraq və savabını umaraq Ramazan orucunu tutarsa keçmiş və gələcək günahları bağışlanır”. Əhməd bin Hənbəl rəvayət etmişdir (2/385). Sənədində Muhəmməd bin Amr bin Alqamə var. Zəhəbi hədisin həsən olduğunu demişdir (Muğni 5876). Nəticə etibarilə hədisin sənədi də həsəndir. Heysəmi Məcmada (3/145): “Bunu Əhməd bin Hənbəl rəvayət etmişdir. Raviləri etibarlı şəxslərdir. Ancaq Hammad, Rəsulullahdan sallallahu aleyhi və səlləmdən birbaşa rəvayət etmək ilə, arada Əbu Hureyrəni zikr etmək arasında tərəddüd etmişdir” demişdir.

Əhməd bin Hənbəlin rəvayətindəki ifadə eynilə belədir. Tirmizi bunu Abdə bin Suleyman və Abdurrəhman əl-Murabinin Muhəmməd bin Amrdan nəql etməsi ilə zikr etmişdir, lakin onların rəvayətində “gələcəkdəki” ifadəsi yoxdur.

Nəsai, Sunən-i Kubrada, Kuteybə bin Səid ilə Muhəmməd bin Abdullah bin Yezid əl-Mukrinin Sufyandan (Sufyan bin Uyeynə), onun Zuhridən, onun Əbu Sələmədən, onun Əbu Hureyrədən radiyallahu anhu nəqli ilə, Rəsulullahın sallallahu aleyhi və səlləm belə buyurduğunu rəvayət etmişdir: “Hər kim inanaraq və savabını umaraq Ramazan gecələrini ihya edərsə (Təravih namazını qılarsa) keçmiş və gələcək günahları bağışlanar. Hər kim inanaraq və savabını umaraq Qədir gecəsini ihya edərsə keçmiş və gələcək günahları bağışlanar”. Bunu, Tuhfətu`l-Əşrəfdə (11/26-27) qeyd olunduğu kimi Nəsai əs-Sunənu`l-Kubrada rəvayət etmişdir: “ İsnadı, Buxari və Muslimin şərtlərində səhihdir. Şeyx Albani rahiməhullah belə demişdir: “bunu Əhməd bin Hənbəl, Nəsai və Əbu Nuaym, Əbu Hureyrədən radiyallahu anhu, Əhməd bin Hənbəl Ubadədən, Xatib də İbn Abbas radiyallahu anhudan rəvayət etmişdir. Şeyx Albani Sahihu`l-Camii`s-Sağirdə (hədis N:6325) və Silsilətu`l-Əhədisi`s-Sahihədə (hədis N:2348) bunun səhih olduğunu qeyd etmişdir.

Kuteybənin rəvayət etdiyi şəxsdən bundan başqa Həmid bin Yəhya, Hişam bin Ammar və Yusif bin Yaqub ən-Nəcahi rəvayət etmişdir; lakin onların rəvayətləri bu ifadə şəklindədir: “Hər kim inanaraq və savabını umaraq Ramazan orucunu tutarasa keçmiş və gələcək günahları bağışlanar. Hər kim inanaraq və savabını umaraq Qədir gecəsini ihya edərsə keçmiş və gələcək günahları bağışlanar”

Kuteybənin rəvayət etdiyində ayrıca Huseyin bin Həsən əl-Mərvəzi rəvayət etmişdir və onun rəvayətlərində sadəcə ilk cümlə yer almaqdadır: “Hər kim inanaraq və savabını umaraq Ramazan orucunu tutarasa keçmiş və gələcək günahları bağışlanar”.

İbn Həcər, ““Mə`rifətu-l Xisalil-Mukəffirəti” kitabında belə deyir: “İbn Uyeynə kimi bir şəxsin tələbələrindən bu beş muhəddisin, müəllimlərinin demədiyi bir əlavəni zikr etməkdə ittifaq etməkləri son dərəcə uzaq bir ehtimaldır. Həmçinin bunu da qeyd etmək lazımdır; bunu Sufyan bin Uyeynənin bir başqa qrup tələbəsi də bunu ondan “gələcəkdəki günahları” əlavəsi olmadan rəvayət etmişdirlər və bunlardan bəziləri İshaq bin Rahaveyh, Amr bin Fəllas, Səid bin Abdurrəhman əl-Məhzumi və Abdulcabbar bin Ala`dır. İbn Həcər, Mə`rifə, s.61

Etibarlı ravinin etdiyi əlavəli rəvayət isə məqbuldur.

b) Rəsulullah sallallahu aleyhi və səlləm başqa bir hədisdə belə buyurmuşdur: “Hər kim inanaraq və umaraq Ramazan orucunu tutarsa keçmiş və gələcək günahları bağışlanar”.

Hədisi Əhməd bin Hənbəl, Buxari, Muslim, Nəsai, Tirmizi, Əbu Davud və İbn Macə; Əbu Hureyrədən radiyallahu anhu rəvayət etmişdirlər.


Tarix: 18.04.2013 / 13:47 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 108 Bölmə: Maraqlı melumatlar