beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

KEÇMİŞ VƏ GƏLƏCƏK GÜNAHLARIN BAĞIŞLANMASINA SƏBƏB OLAN ƏMƏLLƏR (Qədir Gecəsini İnanaraq və Savabını

Nəsainin əs-Sunənu`l-Kubrada, Kuteybə bin Səidin rəvayəti ilə qeyd etdiyi hədis bundan əvvəl artıq keçdi. Bu hədisi Kuteybə kimi həmçinin; Hişam bin Ammar, Yusif bin Yaqub ən-Nəcahi, Huseyin bin Həsən əl-Mərvəzi və Həmid bin Yəhya rəvayət etmişlər.

Əhməd bin Hənbəl, Xalid bin Ma`dənin Ubadə bin Samitdən, onun Rəsulullahdan sallallahu aleyhi və səlləm nəql etdiyi bu hədisi zikr etmişdir: “Qədir gecəsi (Ramazanın) axırıncı onundadır. Kim bu gecələri savabını umaraq ihya edərsə Uca Allah onun keçmiş və gələcək güahları bağışlayır. O tək gecələrdəndir: doqquzuncu və ya yeddinci və ya beşinci və ya üçüncü ya da axırıncı gecə”.

Əhməd bin Hənbəl rəvayət etmiş (5/324), İbn Kəsir təfsirində (4/531): “Bunun isnadı həsəndir. Mənində qəriblik, bəzi ifadələrində münkərlik var” demişdir. Heysəmi də Məcmada (3/175): Bunu Əhməd bin Hənbəl rəvayət etmişdir, raviləri siqadır (etibarlı) demişdir. Ibn Həcər “Mə`rifətu-l Hisalil-Mukəffirət”də (s.64): “Bu, raviləri etibarlı olan bir hədisdir, ancaq sənəddə Xalid bin Midan ilə Ubadə bin Samit arasında qırıqlıq var. Çünki Xalidin Ubadədən hədis dinlədiyi sabit deyildir” demişdir.

Əhməd bin Hənbəl Ubadə bin Samitdən belə rəvayət edir: “Ya Rəsulullah! Bizə qədr gecəsindən danış” dedim. “O Ramazan ayındadır. Onu axırıncı on gündə axtarın. O tək gecələrdədir: iyirmi birinci və ya iyirmi üçüncü və ya iyirmi beşinci və ya iyirmi yeddinci və ya iyirmi doqquzuncu ya da son gecə”. Həsəndir: Əhməd bin Hənbəl rəvayət etmişdir. Sənədində Abdullah bin Muhəmməd bin Ukayl var. Yəhya bin Səid, İbn Uyeynə, Humeydi, İbn Sa`d Əhməd bin Hənbəl, İbn Mədini, İbn Main, Yaqub bin Sufyan, Nəsai, İbn Huzeymə, İbn Hibban və Xatib onun zəif bir ravi olduğunu söyləmişlər. Zəhəbi və vəliyuddin əl-İraqi-Tarhu`t-Təsribdə (4/163)-hədisin həsən olduğunu bildirmişlər. Heysəmi: bunu Əhməd bin Hənbəl və Təbarani-əl-Mu`cəmu`l-Kəbirdə-rəvayət etmişdir. Sənədində Abdullah bin Muhəmməd bin Ukayl var. Haqqında fərqli rəylər var. Bəziləri tərəfindən etibarlı hesab edilmişdir” demişdir. İbn Həcər, Fəthu`l-Baridə (4/116): “Bu əlavə, yəni “gələcəkdəki” ifadəsi bundan əlavə Əhməd bin Hənbəlin Ubadə bin Samitdən iki yol (tariq)ilə zikr etdiyi rəvayətlərində də keçir və bunun sənədi həsəndir” demişdir. Beləliklə bu sənəd daha öncəki ilə güclənməkdədir.


Tarix: 18.04.2013 / 13:46 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 166 Bölmə: Maraqlı melumatlar