beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

1-YADDAŞ ÜÇÜN Ölüm acı bir həqiqətdir, hər bir canlı onunla qarşılaşır, ondan qaça bilmir, canlı va

BISMILLƏHIR-RAHMƏNIR-RAHIM
«De ki: Bu Mənim yolumdur. Mən və Mənə tabe olanlar açıq-aşkar bir dəlillə [insanları] Allaha çağırırıq. allah pak və müqəddəsdir. mən isə müşriklərdən deyiləm» (Yusif, 108).
Allah təala buyurur: «Ey iman gətirənlər! Sizi nə sərvətiniz, nə də övladlarınız Allahı zikr etməkdən yayındırmamalıdır. Buna yol verən adam zərər çəkir. Sizlərdən biri ölüm ayağında «Ya Rəbb! Əgər mənə möhlət versəydin sədəqə paylardım və əməlisalehlərdən olardım» deməmişdən qabaq sizə bəxş etdiyi ruzidən sərf edin. Allah əcəli çatmış nəfsə möhlət verməz. Allah sizin əməllərinizdən xəbərdardır» (əl-Munafiqun, 9-11).

Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: «Ləzzətlərlə dolu həyata son qoyan hadisəni-ölümü tez-tez yada salın. Hayatın məşəqqətlərini yaşayan insan onu yalnız ən çətin anda yada salır. Xoş günlər keçirənin yadına ölüm yalnız bir çətinliklə üzləşdikdə düşür» (Səhih hədislərin kiçik toplusu, 1222).

ÖN SÖZ
Şükr və tərif Allaha məxsusdur. Biz Ondan yardım istəyir, günahlarımızın bağışlanmasını Ondan diləyirik. Nəfslərimizin şərindən, əməllərimizin qəbahətlərindən qorunmaq üçün Allaha sığınırıq. Allahın haqq yoluna yönəltdiyi şəxs yol azmaz. Kimi də Allah azdırsa, o, əsla haqq yolunu tapa bilməz! Mən şəhadət verirəm ki, vahid Allahdan başqa tanrı yoxdur. Onun şəriki yoxdur. Şəhadət edirəm ki, Məhəmməd Onun qulu və elçisidir!
Müsəlman qardaşım! Əlində olan müxtəsər və maraqlı risalə mübarək ayələri, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) səhih hədislərini, seçilmiş şəriət hökmlərini əhatə edir. Onun səhifələrində ölüm və ona aid öyüd və nəsihətlər, könüllü və ya vacib olaraq yerinə yetirilən işlər, onun hər bir müsəlmanın həyatına təsiri və bu hadisə ilə bağlı olaraq hər bir müsəlmanın bilməsi zəruri olan məsələlər barədə danışılır.
Bu kitabça, həmçinin, Allah sübhənəhu və təalanın Kitabında verilən və Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) səhih hədislərində irəli sürülən və cənazələrə aid olan ən əsas şəriət hökmlərinin qısa xülasəsini də əhatə edir. Bununla yanaşı, uzunçuluğa yol verməmək üçün sadəliyi əsas götürərək fiqh kitablarında irəli sürülən mübahisəli məsələlərə və dəlillərə toxunmuruq.
Bu risalədə məqsəd labüd, gec-tez mütləq baş verəcək ölüm müsibətinin baş verdiyi zaman cənazənin götürülməsinin fiqhini-şəriət hüquq qaydalarını göstərməkdir. Belə ki, bu mövzuya həsr olunmuş çoxsaylı, iri həcmli və dərin məzmunlu kitablar mövcud olmasına baxmayaraq, ölüm hadisəsi baş verdiyi və qəlblər itirilən adama dərin məhəbbət üzündən coşduğu zaman, bir çoxları-həm adi, savadsız, həm də savadlı müsəlman, hətta elmlə məşğul olanlar belə onları çətinliklə başa düşürlər.
Əzəmətli Allahdan rica edirik ki, Allah Sübhənəhu Təalanın Kitabını və Rəsulullahın (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Sünnəsini öz həyatının bütün sahələrində rəhbər tutan cəmi müsəlman ümmətinə uğurlar bəxş etsin. O, doğrudan da eşidən və cavab verəndir. Sonuncu duamız budur: «Əl-həmdu lillahi-r-rabbil-aləmin»—Aləmləri Rəbbi Allaha həmdü səna olsun!


Tarix: 17.04.2013 / 15:59 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 227 Bölmə: Maraqlı melumatlar