beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Peyğəmbərin (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) islama dəvəti üçün Hera

Orada belə yazılmışdı: “Rəhman və Rəhim olan Allahın adıyla. Allahın Elşisi olan Muhammədən Böyük Rum hökmüdarı Herakla. Doğru yolda olanlara salam olsun. Mən Səni İslama dəvət edirəm.

İbn Abbas (Allah onların hər ikisindən razı osun) belə rəvayət edir: “Əbu Süfyan (Allah ondan razı osun) ona belə xəbər vermişdir: “Mən Peyğəmbərlə (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) bizim aramızda (sülh) olan müddətdə səyahətə çıxdım. Mən Şamda ikən Peyğəmbərdən (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) böyük Rum dövlətinin hökmüdarı Herakla bir məktub gəldi. Məktubu Dihyə əl-Kəlbi gətirmişdi. Onu Basranın hökmüdarına vemiş, O da onu Herakla vermişdi. Herakl belə dedi: “Burada Bu Peyğəmbərlik (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) iddia edən bu kişinin qövmündən kimsə varmı?” Ona: “Bəli var” deyə cavab verdilər. Mən bir neçə Qureyşli ilə birgə dəvət olunaraq Heraklın yanına daxil olduq. Bizi önündə oturtdu və belə dedi: “Sizdən hansınız Peyğəmbərlik (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) iddia edən bu kişinin nəsəbinə daha yaxındır? Əbu Sufyan Mən: “Mənəm” dedim. O məni önündə oturdu və əshabımı isə mənim arxamda oturtdu sonra isə tərcüməçi çağırdı. Tərcüməçiyə belə byurdu: “ Onlara (mənim arxada oturan yoldaşlarma) belə de mən bundan Peyğəmbərlik (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) iddia edən bu kişi haqda soruşacağam əgər mənə yalan danışsa onu təkzib edin. Sonra O (Herakl) tərcüməçisinə belə buyurdu: “ Ondan: “İçinizdə onun nəsli necədir? deyə soruş. Mən: “O bizdə şərəfli nəsilə malikdir.” Sonra belə soruşdu: “ Onun babalarından hökmüdar olan varmı? Mən: “Xeyr” deyə cavab verdim. O beə dedi: “Siz onu O bu dediyikərinini deməmişdən öncə yalançılıqda ittiham etmisinizmi?” Mən: “Xeyr” deyə cavab verdim. O: “onun ardıcılları şərəfli yoxsa zəif insanlardır.?” Deyə soruşdu. Mən: “xeyr zəiflər” deyə cavab verdim. O: “onlar artır ya azalır” deyə soruşdu? Mən: “Xeyr. əksinə onlar artırlar.” Deyə cavab verdim. O: “Onlardan kimsə onun dininə girdikdən sonra ondan razı qalmayaraq bu dini tərk edibmi?” deyə soruşdu? Mən: “Xeyr” deyə cavab verdim “sizin onunla döyüşünüz necə olur?” mən belə cavab verdim: “bizimlə onun aramızda qarşılıqlı müharibə olur. Bəzən O bizi, bəzəndə biz onu məğlub edirik.” O: “O heç əhdini pozarmı? Deyə soruşdu? Mən belə cavab verdim: “Xeyr! Lakin indi bizimlə onun arasında bir müddət sülh bağlanıb. Bu müddətdə onun nə edəcəyini bilmirik. Allaha and osun ki O mənə dediklərimə bu sözlərdən başqa bir şey əlavə etməmə şərait yaratmadı.” O belə soruşdu: “Ondan öncə onun dediklərini deyən kimsə olubmu?” Mən: “Xeyr” deyə cavab verdikdə, O tərcüməçiyə belə buyurdu: “Ona deki, mən səndən onun nəsli haqda soruşdum və sən iddia etdin ki, O bizdə şərəfli nəsilə malikdir. Həmçinin Peyğbərlər qövümlərinin şərəfli nəsillərinin içərisindən göndərilir. Səndən: “Onun babalarından hökmüdar olubmu? Deyə soruşdum və sən iddia etdin ki: “Xeyr” Məndə olmadığını düşündüm və dedim ki əgər olsaydı onda deyərdim ki, atalarnın mülkünü tələb etmək üçün gəlib.” Səndən onun ardıcıları haqda soruşdum: “onlar zəiflər yoxsa şərəfli (Varlı) insanlardır?” dedin ki: “əksinə zəiflərdir! Məhz onlar Peyğəmbərlərin ardıcıllarıdır.” Mən səndən: “Siz onu O bu dediyikərinini deməmişdən öncə yalançılıqda ittiham etmisinizmi? Deyə soruşdum və sən: “Xeyr” dedin. Bundan mənə aydın oldu ki O insanlara qarşı yalan danışmağı tərk edibsə Allaha qarşıda yalan danışmaz.” Mən səndən: Onlardan kimsə onun dininə girdikdən sonra ondan razı qalmayaraq bu dini tərk edibmi? Deyə soruşdum və sən: “Xeyr” dedin. Məhz həqiqi imanda da qəlbdə kök sakldıqda belə olar.” Və səndən: “onlar artır ya azalır deyə soruşdum və sən: “onlar artır” dedin. İmanda tamam oluncaya qədər belədir. Səndən: “ onunla heç müharibə etdinizmi” deyə soruşdum və sən iddia etdin ki: “siz onunla vuruşdunuz və aranızda qarşılıqlı müharibə olur. Bəzən o sizə, bəzəndə siz ona qalib gəlirsiniz.”Peyğəmbərlərdə belə dir. Onlar Allah tərəfindən bəlalara düçar sonra isə yaxşı aqibət onların lehinə olur.” Səndən: “O əhdi pozurmu” deyə soruşdum və sən: “Xeyr” deyə cavab verdin.” Peyğəmbəlrlərdə əhdi pozmazlar.”Səndən: “Ondan öncə onun dediklərini deyən kimsə olubmu?” deyə soruşdum və sən: “Xeyr” dedin. Mən belə düşündüm ki ondan öncə kimsə bu sözləri desəydi belə qərara gəlmək olardı ki, Kişi ondan qabaq olanın sözünü təkrar edir.” Sonra O belə soruşdu: “O sizə nəyi əmr edir? Mən belə cavab verdim: “Bizə namaz qılmağı, Zəkat verməyi, qohumluq əlaqələrini qırmamağı və İffətli olmağı əmr edir.” O belə buyurdu: “Onun haqqında dediklərin doğrudursa o peyğəmbərdir. Onun çıxacağını bilirdim. Lakin onun sizlərdən olacağını bilməzdim. əgər mən ona çata biləcəyimi bilsəydim onunla görüşmək istərdim və onun yanında olsaydım onun ayaqlarını yuyardım. Şübhəsiz ki, Onun mülkü mənim ayaqlarımın altında olana kimi çatacaqdır. Sonra Peyğəmbərin (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) məktubunu istədi və onu oxudu. Orada belə yazılmışdı: “Rəhman və Rəhim olan Allahın adıyla. Allahın Elşisi olan Muhammədən Böyük Rum hökmüdarı Heraqla. Doğru yolda olanlara salam olsun. Sonra Mən Səni İslama dəvət edirəm. İslamı qəbul et və canını qurtar, Allah sənin əcrini iki qat versin. Əgər sən imtina etsən ətrafında olan (xiristian) ardıclıllarının günahı sənin boynundadır. “(Ya Rəsulum!) Söylə: “Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan (fərqi olmayan) bir kəlməyə tərəf gəlin! ( O kəlmə budur: ) “Allahdan başqasına ibadət etməyək. Ona şərik qoşmayaq və Allahı qoyub bir-birimizi (özümüzə) Rəbb qəbul etməyək!” Əgər onlar yenə də üz döndərərlərsə, o zaman (onlara) deyin: “İndi şahid olun ki, biz, həqiqətən, müsəlmanlarıq (Allaha təslim olanlarıq)!” Məktubu oxuyub qurtardıqdan sonra onun yanında səs küy qopdu və gurultu çoxaldı. Bizim çıxarılmağmızı əmr etdi və bizdə cıxarıldıq.” Biz çıxarıldıqda yoldaşlarıma belə dedim: “Əbu Kəbşə (yəni Peyğəmbər (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) belə mühüm insandır ki ondan Bəni Əsfar (ərəblər Rumu belə adlandırırdılar) hökmüdarı qorxur. O vaxtan Peyğəmbərin (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) qalib gələcəyinə əmin oldum və Allah Təala İslamı qəlbimə saldı.” (Müslim / 1773).


Tarix: 13.04.2013 / 16:14 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 225 Bölmə: Maraqlı melumatlar