beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bir səhabənin Cənnətdə Peyğəmbər – sallallahu aleyhi və səlləm – i Görməməkdən qorxması

Sevgisində səmimi olan birisini görürük. Bu kişi özünü və Peyğəmbər – sallallahu aleyhi və səlləm – in ölümünü xatırlayır və sonra düşünür ki, əgər o, Cənnətə girsə Peyğəmbər – sallallahu aleyhi və səlləm – digər Peyğəmbərlərlə birlikdə Cənnətin yüksək mərtəbəsində olacaqlar. O, isə onun mübarək üzünü Cənnətdə görməməkdən qorxur.
Sevgili Peyğəmbərimizin cabanı gəlin birlikdə oxuayaq.

Aişə – radıyallahu anhə – rəvayət edir ki, bir nəfər Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanına gələrək: “Ey Allahın Rəsulu! Heç şübhəsiz ki, sən mənim üçün öz canımdan da sevimlisən. Heç şübhəsiz ki, sən mənim üçün övladlarımdan da sevimlisən. Mən evimdə olduğum zaman səni xatırlayıram, gəlib səni görməkdən özümü saxlaya bilmirəm. Mənim də öləcəyimi sənin də öləcəyini xatırladıqda bilirəm ki, sən Cənnətə girəcəyin vaxt digər Peyğəmbərlərlə yüksəkdə olacaqsan. Mən isə Cənnətə girmiş olsam da belə (mərtəbəm aşağı olduğu üçün) səni görməyəcəyimdən qorxuram”. Peyğəmbər – sallallahu aleyhi və səlləm – ona cavab vermədi. Cəbrail: “Allaha və Peyğəmbərə itaət edənlər (Axirətdə) Allahın nemətlər verdiyi Nəbilər (Peyğəmbərlər), Sıddıqlər, Şəhidlər və Salehlərlə (yaxşı əməl sahibləriylə) bir yerdə olacaqlar. Onlar isə necə də gözəl yoldaşdılar”. (əs-Nisa 69). Ayəsini nazil etdi(Məcmauz Zəvaid” 7/7, “Zədul Məsir” 2/126. )


Rabia – radıyallahu anhu – nun Cənnətdə Peyğəmbər – sallallahu aleyhi və səlləm – ilə yoldaş olmasını arzulaması:
Peyğəmbər – sallallahu aleyhi və səlləm – ə səmimi bir sevgi bəsləyən birisi ondan bir şey istəmək fürsətini əldə etdi. Bu kişi Əsləmli Rabia b. Kəb – radıyallahu anhu – dur. İstəyi nə idi? İmam Muslim, bizlərə bu qissəni bu cür açıqlayır. Peyğəmbər – sallallahu aleyhi və səlləm – ilə birlikdə gecə qalırdım. Ona dəstəmaz almaq üçün su gətirir, ehtiyaclarında ona köməklik göstərirdim. Bir gün mənə: “İstə” deyə buyurdu. Mən: “Cənnətdə səninlə yoldaş olmağı istəyirəm” dedim. Peyğəmbər: “Başqa bir şeylər istə” deyə buyurdu. Mən: “İstədiyim budur” dedim. O: “O, halda çox səcdə etməklə mənə yardımçı ol” deyə buyurdu(Muslim 1/353, H. 489. )
Səmimi olaraq sevən bir kimsə! Bir şeylər istəmək fürsətini əldə etməyinə baxmayaraq hər dəfə də ondan yalnız Cənnətdə yoldaşlıq etməyi təmənna etdi. Hətta başqa bir şey istəmək ağlına da belə gəlmədi.

----------------------
"RƏSULULLAH SEVGİSİ VƏ ONUN ƏLAMƏTLƏRİ" kitabndan

Türk dilindən tərcümə edən: K.Hüseyn


Tarix: 13.04.2013 / 15:54 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 142 Bölmə: Maraqlı melumatlar