beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

PEYĞƏMBƏR – SALLALLAHU ALEYHI VƏ SƏLLƏM – IN SÜNNƏSİNƏ ƏMƏL ETMƏYİN VACİBLİYİ (BİRİNCİ ƏSAS)

“Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun. (Adı ilə) Bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan, həmçinin qohumluq əlaqələrini kəsməkdən qorxun. Şübhəsiz ki, Allah sizin üzərinizdə nəzarətçidir”. (ən-Nisa 1).

Həmd ancaq Allahadır, Ona həmd edir, Ondan yardım və məğfirət diləyirik. Nəfslərimizin şərindən və pis əməllərimizdən Allaha sığınırıq. Allah kimi hidayətə yönəltmişsə, onu heç kəs azdıra bilməz, kimi də azdırmışsa, heç kəs onu hidayətə yönəldə bilməz. Mən şəhadət edirəm ki, Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur, O, təkdir, şəriki də yoxdur və şəhadət edirəm ki, Muhəmməd Onun qulu və elçisidir.
“Ey iman gətirənlər! Allahdan lazımınca qorxun. Yalnız müsəlman olduğunuz halda ölün”. (Ali İmran 102).
“Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun. (Adı ilə) Bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan, həmçinin qohumluq əlaqələrini kəsməkdən qorxun. Şübhəsiz ki, Allah sizin üzərinizdə nəzarətçidir”. (ən-Nisa 1).
“Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin! (Əgər belə etsəniz) Allah əməllərinizi islah edər və günahlarınızı bağışlayar. Hər kəs Allaha və Peyğəmbərinə itaət etsə, böyük bir səadətə (Cənnətə) nail olar”.(əl-Əhzab 70-71)(1)

Şübhəsiz ki, sözlərin ən doğrusu Allahın kəlamı, yolların ən xeyirlisi Muhəmməd – sallallahu aleyhi və səlləm – in yoludur. Əməllərin ən pisi sonradan uydurulanlardır. Sonradan uydurulub dinə salınan hər bir əməl (iş) bir bidət, hər bir bidət isə zəlalətdir (sapıqlıqdır), hər bir (sapıqlıq) isə oddadır(2)

“Ey Rəbbim! Köksümü açıb genişlət, işimi yüngülləşdir, dilimdəki düyünü aç ki, sözümü yaxşı anlasınlar”. (Ta ha 25-28).
Möhtərəm müsəlman bacı və qardaşlarım! İlk öncə hamınızı Allahın salamı ilə salamlayıram. Allahın Kitabı Rəsulullah in yoluna uyaraq öz risaləmi “Bizmilləh” ilə başlayıram. Çünki Allah Rəsulu – sallallahu aleyhi və səlləm – də öz məktublarını “Bismilləh” ilə başlamış və buyurmuşdu: “Hər mühüm bir işə “Bizmilləh” ilə başlanılmazsa o, işin sonu kəsikdir”(3)

İlk növbədə Allahdan bu çalışmamın dolğun, düzgün şəkildə tərcümə edib başa çatdırılmasını diləyirəm. Allahdan əməlimi onun üçün ixlaslı olmasını, məndən qəbul edib onunla müsəlmanları faydalandırmasını diləyirəm. Əgər hardasa xəta etmişəmsə bu nəfsimdən və şeytandandır. Burda düzəldilməzi mühüm olan yerləri tapdıqdan sonra mənə öyüd-nəsihət verməkdən çəkinməyəcəyinizi ümid edirəm.
Güvəndiyim Allahdır, işlərimi Ona həvalə edirəm və Ona arxalanıram. Həmd və nemət yalnız Onadır. Müvəfəqiyyət bəxş edən və xətalardan qoruyan odur. “Məni yaradan və məni doğru yola yönəldən Odur! Məni yedirdən də, içirdən də Odur! Xəstələndiyim zaman mənə yalnız O, şəfa verir. Məni öldürəcək, sonra dirildəcək də Odur və Qiyamət günü xətamı bağışlayacağına umid etdiyim də Odur! Ey Rəbbim! Mənə hikmət bəxş et və məni salehlərə qovuşdur! Sonra gələnlər arasında mənə yaxşı ad qismət et! Məni Nəim Cənnətlərinin varislərindən et!”. (əş-Şüəra 78-85).
Allahın salamı və xeyir duası Onun Peyğəmbəri Muhəmməd – sallallahu aleyhi və səlləm – ə, onun ailə üzvlərinə, səhabələrinə və Qiyamətə qədər onun yolu ilə gedən saleh möminlərin üzərinə olsun!


BİSMİLLƏHİR RAHMƏNİR RAHİM!


Həmd yalnız Allaha məxsusdur. Gözəl sonluq Onun əmirlərini yerinə yetirib, qadağalarından çəkinməkdir. Allahın salavatı insanlara rəhmət olaraq göndərilən Allahın qulu və Rəsulu Peyğəmbərimiz Muhəmməd – sallallahu aleyhi və səlləm - ə və onun səhabələrinə olsun. O, səhabələr ki, Allahın Kitabını və Peyğəmbərinin Sünnətini söz və əməl (mənasına uyğun) və kamil olaraq özlərindən sonra gələnlərə çatdırmışlar. Allah onlardan razı olsun. Bizi də ən gözəl bir şəkildə onlara tabe olanlardan etsin. Amin.
Keçmiş və müasir İslam alimləri hökümləri qəti isbat edən halal və haramı açıqlayan mötəbər əsasların – Zahirdən və batindən onu ləğv (hökmünü qaldıracaq) bir kitabın gəlməyəcəyi və hər cür nöqsan və əskiltmədən qorunmuş olan Allahın Kitabı, Boş yerə danışmayan, danışdığı hər bir şey vəhy olan Peyğəmbər – sallallahu aleyhi və səlləm – in Sünnəti və ümmətin bütün alimlərinin (yekdil rəyə gəldikləridir) “İCMA” olduğunda ittifaq etmişdilər. İslam alimlərinin ixtilafı yalnız digər əsaslardadır. Bunların ən mühüm olanı Qiyasdır. Əksər alimlərin görüşünə görə mötəbər şərtlər olduğu təqdirdə Qiyasın da hüccət olmasıdır. Bu dörd əsasın dəlilləri sayılmayacaq qədər çoxdur.

BİRİNCİ ƏSAS –
Bu əsas Əziz olan Rəbbimizən kitabı – Qurani Kərimdir. Qurani Kərimin bir çox ayələrində Allah Onun kitabına uymağı, əmirlərinə sarılmağı, qadağalarından çəkinməyi əmr edir. “Rəbbinizdən sizə nazil edilənə (Qurana) tabe olun. Allahı qoyub başqa dostlara uymayın. Siz öyüd-nəsihətə olduqca az qulaq asırsınız!” (əl-Əraf 3). “Bu nazil etdiyimiz (Quran) mübarək bir kitabdır. Ona tabe olun və Allahdan qorxun ki, bəlkə, sizə rəhm edilsin!” (əl-Ənam 155). “Ey kitab əhli! Sizə kitabda (Tövratda və İncildə) gizlətdiyiniz şeylərin bir çoxunu bildirən, bir çoxunu da sizə bağışlayıb üstünü vurmayan (və ya sizdən bir çoxunu bağışlayan) Peyğəmbərimiz gəldi. Artıq Allah tərəfindən sizə bir nur və açıq-aydın bir Kitab (Quran) gəldi. Allah Öz lütfünə sığınanları onunla (Peyğəmbər və Quran vasitəsilə) əmin-amanlıq (sülh) yollarına yönəldər, onları öz iznilə zülmətdən nura çıxarar və düz yola istiqamətləndirər!” (əl-Maidə 15-16). “Özlərinə Quran gəldiyi zaman onu yalan hesab edənlər (mütləq cəzalarına çatacaqlar). O (Quran), şübhəsiz ki, çox dəyərli (qiymətli) bir kitabdır. Nə öncə, nə də sonra batil ona yol tapa bilməz (Şeytan onun bir sözünü, bir hərfini belə dəyişə bilməz). O, hikmət sahibi, şükrə (tərifə) layiq olan (bütün işləri bəyənilən Allah) tərəfindən nazil edilmişdir”. (Fusillət 41-42). De: “Şahidlik baxımından nə daha böyükdür? Mənimlə sizin aranızda Allah şahiddir. Bu Quran mənə sizi və ona (gələcəkdə) yetişəcək kimsələri (qiyamətə qədər) xəbərdarlıq edib qorxutmağım üçün vəhy olundu. Məgər siz Allahla yanaşı başqa tanrılar olduğuna şahidlik edirsiniz?” De “O, tək bir Tanrıdır. Mən sizin Ona şərik qoşduqlarınızdan (bütlərdən) tamamilə kənaram!” (əl-Ənam 19). “Bu (Quran) insanlar üçün elə bir moizədir ki, onunla həm qorxsunlar, həm də Allahın tək bir tanrı olduğunu bilsinlər, həm də ağıl sahibləri düşünüb ibrət alsınlar!” (İbrahim 52).
Bu mənada ayələr olduqca çoxdur. Qurani Kərimə sarılmağı əmr edən bir çox səhih hədislər də vardır. Bunlar Qurani Kərimə sarılanların hidayətə, onu tərk edənin sapıqlıqda olduğunu ifadə etməkdədir. Bu hədislərdən: Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Sizə, Ona sarıldığınız təqdirdə heç bir zaman azmayacağınız bir şeyi qoyub gedirəm. O, da Allahın Kitabıdır”(4)
Zeyd b. Ərqab – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “...Sizə iki ağır şeyi tərk edirəm. Birinci Allahın hidayət və nuru olan kitabı Qurandır. Allahın kitabını tutun və ondan möhkəm yapışın. Başqa rəvayətdə: Quran haqqında rəğbətləndirici sözləri söylədikdən sonra: “İkinci Əhli beytimdir. Əhli Beytim haqqında sizə Allahı xatırladıram” deyərək bunu 3 dəfə təkrarladı(5)
Bir başqa hədisdə Peyğəmbər – sallallahu aleyhi və səlləm – Qurani Kərim haqqında buyurur: “O, Allahın ipidir. Hər kim ona tabe olarsa doğru yolda və kim də tərk edərsə zəlalətdə olar”(6)
Bu mənada gələn hədislər çoxdur. Səhabə və onlardan sonra gələn elm və iman əhlinin Allahın Kitabı ilə bərabər Peyğəmbər – sallallahu aleyhi və səlləm – in Sünnətinə sarılmaq və onlarla hökm etmək və ixtilafları onlara görə çözmək xüsusunda icmalarına dair dəlilləri zikr etməyə, daha doğrusu sözü uzatmağa lüzum görmürəm (ehtiyac duymuram).

(1)Xutbətul-Hacə - adı ilə məşhur olan bu duanı, cümə və s. Xütbələrdə Peyğəmbər oxumuşdu. Səhabələrinə də bunu əmr etmiş və özü də onları öyrətmişdir. Hədisin ilk hissəsini bizə: Əhməd 1/392,293,432, Əbu Davud 2188, Tirmizi 1105, Nəsəi 3/104,105, 6/69, və “Əməlil Yəum vəl Leyl” 488, İbn Məcə 1892, Darimi 2202, Tayalisi “Musnəd” 1557, AbdurRazzaq “Musənnəf” 10449, Bəzzar “Musnəd” – “Kəşful Əstar 1/314, Əbu Yəla “Musnəd” 5233,5234,5257, Tahavi “Şərhul Muşkilil Asar” 1-3, Təbərani “Məmuul Kəbir” 10/10079, Həkim “Mustədrək” 2744, Beyhəqi “Sunnənul Kubra” 3/214,215, Bəğavi “Şərhus Sunnə” 2268 İbn Məsud – radıyallahu anhu - yolu ilə, Muslim “Şərhu Nəvəvi” 6/156-158, Əhməd 1/302,350, Nəsəi 6/89,90, İbn Məcə 1893 və Tahavi “Şərhul Muşkilil Asar” 4 – İbn Abbas – radıyallahu anhu - yolu ilə, Təhavi “Şərhul Muşkilil Asar” 5, Beyhəqi “Sunnənul Kubra” 3/215 – Nubeyt b. Şərit – radıyallahu anhu - yolu ilə, Əbu Yəla “Musnəd” 7221, Nəsəi “Sunnənul Kubra” bax: “Tuhfetul Əşraf” 6/472 H. 9148 – Əbu Musa əl-Əşari yolu ilə.

(2)Hədisin Ikinci Hissəsini – Muslim “Şərhu Nəvəvi” 6/153-156, Əhməd 3/319, 371, Nəsəi 3/188,189, Beyhəqi “Sunnənul Kubra” 3/214, - Cabir b. Abdullah – radıyallahu anhu - yolu ilə. Bu ləfz Nəsainin ləfsizid. Hədisi Əhməd 3/371 və Muslim “Sözlərin ən doğrusu” ləfzi yerinə: “Sözlərin ən xeyirlisi” ləfsiylə rəvayət etmişdir. İmam Əhmədin digər rəvayətlərində 3/319 – “Sözlərin ən gözəli” şəkilindədir. Müslim: “Sonradan uydurulub dinə salınan hər bir əməl (iş) bidətdir”ləfsi yerinə: “Hər bir bidət bir zəlalətdir (sapıqlıqdır)” ləfsiylə rəvayət edilmişdir. Bu beş səhabədən başqa hədisi: Aişə – rahmətullahi aleyhi - , Səhl b. Sad – rahmətullahi aleyhi - mərfu olaraq. Hədis səhihdir. Muhəddis Muhəmməd Nəsrəddin əl-Albani – rahmətullahi aleyhi - hədisin bütün rəvayətlərini bir yerə toplayaraq “Xutbətul Həcə” isimli bir kitab yazmışdır. İstəyənlər bu kitaba baxa bilərlər. Ayrıca bax: əl-Albani “Muxtəsər Səhih Muslim” 409, “Mişkətul Məsabih” 3149,5860.

(3)Əbu Davud.

(4)Muslim 2408. Tirmizi “Mənakib” 3788, Musnəd 10681, əl-Albani səhih.

(5)Muslim 2408

(6)Muslim 2408.


Tarix: 13.04.2013 / 15:48 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 418 Bölmə: Maraqlı melumatlar