beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mömin ölümdən qorxmamalıdırmı? Əgər qorxursa, bu möminin Allah ilə görüşmək istəməməsi anlamına gəli

Cavab: Mömin kişilər və mömin qadınlar Allah Sübhənahudan qorxmalı və Ona təvəkkül etməlidirlər. Çünki Allah Sübhənahu Əzəmətli Kitabında buyurur:

“Möminsinizsə, onlardan qorxmayın, Məndən qorxun!” [Ali İmran 3:175]

“İnsanlardan qorxmayın, Məndən qorxun!” [əl-Maidə 5:44]

“Təkcə Məndən qorxun!” [əl-Bəqərə 2:40]

“Həqiqətən də, iman gətirənlər, hicrət edənlər və Allah yolunda cihad edənlər, Allahın mərhəmətinə ümid edirlər. Allah Bağışlayandır, Rəhmlidir.” [əl-Bəqərə 2:218]

“Kim Rəbbi ilə qarşılaşacağına ümid bəsləyirsə, yaxşı işlər görsün və icra etdiyi ibadətlərində Rəbbinə heç kəsi şərik qoşmasın!” [əl-Kəhf 18:110]

Bu mənada bir çox ayələr var.

Mömin bir kəs, kişi və yaxud qadın olsun, Allahın rəhmətindən ümidini kəsməməli və yaxud Allahın hiyləsindən (məkrindən) özünü əmin-amanlıqda hiss etməməlidir. Allah təala buyurur:

“(Qullarıma mənim bu sözümü) de: “Ey Mənim özlərinə qarşı həddi aşmış qullarım! Allahın rəhmindən ümidinizi üzməyin. Şübhəsiz ki, Allah bütün günahları bağışlayır. O, həqiqətən, Bağışlayandır, Rəhmlidir!” [əz-Zumər 39:53]

“Allahın mərhəmətindən ümidinizi üzməyin. Çünki Allahın mərhəmətindən ancaq kafir adamlar ümidlərini kəsər.” [Yusif 12:87]

“Yaxud onlar Allahın hiyləsindən ehtiyat etmirdilərmi? Allahın hiyləsindən yalnız ziyana uğrayanlar ehtiyat etməzlər.” [əl-Əraf 7:99]

Cümlə müsəlmanlar, həm kişi, həm də qadınlar yuxarıda zikr olunan Quran ayələri və Peyğəmbərdən (Ona Allahın salavatı və salamı olsun) bu barədə rəvayət olunan “Ləzzətlərə son qoyan ölümü tez-tez yada salın” hədisindən dolayı ölüm üçün hazırlıq görməli və qafil olmaqdan həzər etməlidirlər.

Çünki ölümdən qafil olmaq və bunun üçün hazırlaşmamaq pis aqibətin səbəblərindəndir. Aişənin (Allah ondan razı olsun) belə söylədiyi sübuta yetirilib: “Kim Allahla görüşməyi sevərsə, Allah da onunla görüşməyi sevər. Kim də Allahla görüşməyi sevməzsə, Allah da onunla görüşməyi sevməz” buyurur. Hz. Aişənin (Allah ondan razı olsun): “İçimizdə ölümü arzulayan yoxdur” gileylənməsini bir açara çevirərək mənaya aydınlıq gətirmişdir: “Mömin qul Allahın rəhməti, razılığı və cənnətindən danışıldıqda Allahla görüşməyə bir həsrət hiss edər və uca Allah tərəfindən eyni səbirsizliklə qarşılanar. Ancaq kafir qul Allahın əzabını, qəzəbini hiss etdiyi zaman Allahla qovuşacağı gündən xoşlanmaz və Allah tərəfindən də eyni münasibətlə qarşılanar.”

Hədis barədə ittifaq edilib.

Bu hədis dəlalət edir ki, ölümü xoşlamamaq və yaxud bundan qorxmaqda heç bir səhv, xəta yoxdur və bu o demək deyil ki, həmin insan Allah ilə görüşmək istəmir. Çünki mömin bir insan ölümü xoşlamırsa və yaxud ölümün yaxınlaşdığından qorxursa, o Allaha daha çox ibadət, itaət etmək istəyir və Onunla qarşılaşması üçün çox əməl etmək istəyir. Eynilə, mömin bir qadın ölümdən qorxursa və ölümün ona gəlməsini istəmirsə, bu onu yalnız daha çox ibadət etmək və Rəbbi ilə görüşmək üçün hazırlaşmaq ümidi ilə edir. Sitatın sonu.


Tarix: 12.04.2013 / 19:35 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 125 Bölmə: Maraqlı melumatlar