beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

PEYĞƏMBƏR - Sallallahu Aleyhi Və Səlləm - İN GƏLƏCƏKDƏ BAŞ VERƏCƏK HADİSƏLƏRDƏN XƏBƏR VERMƏSİ

Peyğəmbər - sallallahu aleyhi və səlləm - in Qiyamətə qədər olacaq, olan şeyləri xəbər verməsi, Allahın gələcəkdə olacaq şeylər haqqında Ona verdiyi xəbərlərdəndir. Xuzeyfə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – bizə bir xütbə verdi. Bu xütbəsində Qiyamətə qədər olacaq şeylərdən heç birini buraxmadan xəbər verdi. Bu xəbərləri yadında saxlayan saxladı, saxlamayan isə unuttdu.

Necə ki, bir nəfər birini tanıdıqdan sonra unudar, təkrar gördükdə isə xatırladığı kimi mən də Peyğəmbər – sallallahu aleyhi və səlləm – in söylədiyi şeylərdən unutduqlarım baş verincə xatırlayırdım (Başqa rəvayətdə: Peyğəmbər – sallallahu aleyhi və səlləm – mənə Qiyamətə qədər olacaqları xəbər verdi. Mən ondan olacaq hər şeydən soruşdum, yalnız Mədinə xalqını nəyin çıxaracağını soruşmadım” (Şərh Nəvəvi, Müslim “Fitən” 18/15, “Fəthul Bəri”, Buxari “Qədər” 11/494. )

Əbu Zeyd Amr b. Ahtab əl-Ənsari - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – sübh namazını qıldıqdan sonra minbərə çıxdı və bizə Zöhr namazına qədər xütbə verdi və endi. Namaz qıldı, sonra minbərə çıxdı. Günəş batana qədər xütbə verdi. Bizə olmuş və olacaq şeyləri xəbər verdi. Onların ən yaxşı bilənimiz ən çox əzbərləyənimiz-dir”
(Müslim “Fitən”. )

Xuzeyfə b. Yəmən - radıyallahu anhu – deyir ki: “Vallahi mən Qiyamətə qədər olacaq fitnələri insanlar içində ən yaxşı bilənəm. Peyğəmbər – sallallahu aleyhi və səlləm – gizli olaraq mənə söylədiyi bu şeyləri başqa heç kimsəyə söyləməmişdir. Lakin Peyğəmbər – sallallahu aleyhi və səlləm – fitnələri mənim də içində olduğum bir məclisdə xəbər verdi... Xuzeyfə: “Məndən başqa o, məclisdə olanların hamısı getdi”. Bu səhih dəlillər Peyğəmbər – sallallahu aleyhi və səlləm – in ümmətini Qiyamətə qədər olacaq və onları maraqlandıran şeylərdən xəbərdar etdiyini göstərir. Heç şübhə yox ki, qeyb xəbərləri içində ən böyük payı Qiyamət əlamətləri tutur. Buna görə də səhabədən Qiyamətlə bağlı bir çox hədislər dəyişik ləfzlərlə rəvayət edilmişdir.

QİYAMƏT VAXTININ YAXINLAŞMASI

Qurani Kərimdə olan ayələr ilə səhih hədislər Qiyamətin yaxınlaşdığını xəbər verməkdədir. Qiyamətin bir əlamətinin görülməsi onun yaxınlaşdığını göstərir. “İnsanların haqq-hesab vaxtı (Qiyamət günü) yaxınlaşdı, onlar isə hələ də qəflət içindədirlər və (qiyamətə inanmaqdan) üz döndərirlər. (Qiyamət insanlar üçün nə qədər uzaq isə, Allahın dərgahında bir o qədər yaxındır. Fani dünyaya, şan-şöhrətə olan meyl, varlanmaq həvəsi insanların başını elə qatmışdır ki, qiyamət günü barəsində əsla fikirləşmirlər)”. (əl-Ənbiya 1). “Camaat (Məkkə əhli) səndən o saat (qiyamətin nə vaxt qopacağı) barədə soruşar. (Ya Peyğəmbər!) De: “Onu ancaq Allah bilər!” Nə bilirsən, bəlkə də, o saat (Qiyamət yaxındır)”. (əl-Əhzab 63). “Şübhəsiz ki, onlar (müşriklər) onu (o əzabı) uzaq görürlər (ona inanmırlar). Biz isə onu yaxın görürük (ona inanırıq)”. (əl-Məaric 6-7). “O saat (Qiyamət) yaxınlaşdı və ay (Peyğəmbərin möcüzəsi ilə) parçalandı”. (Qəmər 1). Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Mən Qiyamətin başlanğıcında göndərildim” (“Fəthul Bəri” 11/347. ) . Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Mən və Qiyamət birlikdə göndərildik. Az qaldı ki, o məni keçsin” (İmam Əhməd “Musnəd” 5/348, “Fəthul Bəri” 11/348. )


Tarix: 11.04.2013 / 19:35 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 141 Bölmə: Maraqlı melumatlar