beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ALLAHLA, ONUN AYƏLƏRİ, PEYĞƏMBƏRİ, ŞƏRİƏTİ VƏ YA BUNLARDAN HƏR HANSI BİRİ İLƏ İSTEHZA EDİB ZARAFATLA

Bütün Peyğəmbərlər insanları Tövhidə dəvət etdikləri zaman istehza (lağlağa) ilə qarşılaşmışlar. Nuhdan (aleyhissalam) başlayaraq Muhəmməd Peyğəmbərə (s.a.v) qədər Peyğəmbərlər qövmləri tərəfdən bu əziyyəti çəkmişlər; "Eləcə də (səndən əvvəl) hər Peyğəmbər üçün günahkarlardan bir düşmən etmişdik. Rəbbinin sənə bir rəhbər, bir mədədkar olması kifayət edər". (əl-Furqan 31).

"Onlar səni gördükdə ancaq məsxərəyə qoyur (və belə deyirlər): “Allahın Peyğəmbər göndərdiyi şəxs budurmu". (əl-Furqan 41). "Biz sizdən əvvəlkilərə də neçə-neçə Peyğəmbərlər göndərmişdik. Onlara elə bir Peyğəmbər gəlməzdi ki, ona istəehza etməsinlər". (əz-Zuxruf 6-7). "Nuh gəmini düzəldir, ümmətinin əyan-əşrafı isə yanından ötüb-keçdikcə onu məsxərəyə qoyurdular. Nuh onlara deyirdi: “Əgər (indi) siz bizi məsxərəyə qoyursunuzsa, biz də (Allahın əzabı gəldikdə) sizi siz bizi məsxərəyə qoyduğunuz kimi məsxərəyə qoyacağıq". (Hud 38-39). "Yadınıza gətirin o vaxt ki, Musa öz qövmünə: “Allah sizə bir inək kəsmənizi əmr edir!” – dedi. Onlar isə: “Bizi məsxərəyəmi qoyursan!”– dedilər. Musa da: “Allah Özü məni cahil olmaqdan saxlasın!”– dedi". (əl-Bəqərə 67). "(Ya Muhəmməd!) Kafir olanlar səni gördükləri zaman ancaq məsxərəyə qoyaraq (bir-birinə): “Sizin tanrılarınızı tənə edən bumudur?”– deyərlər. Halbuki onlar, məhz onlar Rahmənin öyüd-nəsihətini (Quranı) inkar edirlər". (əl-Ənbiya 36). "(Ya Muhəmməd! Təbuk döyüşünə gedərkən səni lağa qoyan) münafiqlərdən (nə üçün belə etdiklərini) soruşsan: “Biz ancaq söhbət edib zarafatlaşır, əylənirdik”– deyə cavab verərlər. De ki: "Allaha, Onun ayələrinə və Peyğəmbərinə istehzamı edirsiniz. (Əbəs yerə) üzr istəməyin. Siz iman gətirdikdən sonra artıq kafir oldunuz. Aranızdan bir qismini bağışlasaq da, digər qismini günahkar olduğu üçün əzaba düçar edəcəyik". (ət-Tövbə 65-66)
(Təbəri Təfsir 10/ 173, İbn Kəsir "Təfsir" 4/ 111, 112, İbn Hişam 4/ 168. )


İbn Ömər, Muhəmməd ibn Kəb, Zeyd ibn Əsləm, Qatadə (r.anhum) rəvayət edirlər ki: “Təbuk döyüşündə bir nəfər: “Bizim bu Quran oxuyanlar kimi qarınqulu, yalançı və döyüşdə qorxaq görmədik”. Onlar Peyğəmbəri (s.a.v) və onun Quran oxuyan səhabələrini nəzərdə tuturdular. Auf ibn Məlik (r.a) deyir ki: “Sən münafiqsən, Allaha and olsun ki, bunu Peyğəmbərə xəbər verəcəyəm”- dedim. Peyğəmbərə (s.a.v) xəbər vermək üçün getdim. Lakin Peyğəmbərin yanına gəldikdə artıq vəhyin məni qabaqladığını gördüm. (İstehza edən kimsə) Peyğəmbərin (s.a.v) yanına ondan üzr istəmək üçün gəlmişdi. Bu zaman Peyğəmbər (s.a.v) artıq dəvəsinə minərək səfərə hazırlaşırdı. O: “Ey Allahın Rəsulu! Biz sadəcə səfər çətinliyini aradan qaldırmaq üçün boş-boş danışırdıq”. İbn Ömər (r.a) deyir ki: “Sanki onun dəvə yüyəninə bağlı olduğunu və ayaqlarının da sürünərək daşlara dəydiyini və bu sırada: “Biz zarafat edib boş-boş danışırdıq”- dediyini və Peyğəmbərın (s.a.v) ona əhəmiyyət vermədən sadəcə bu sözləri təkrar edərək: "Allaha, Onun ayələrinə və Peyğəmbərinə istehzamı edirsiniz. (Əbəs yerə) üzr istəməyin. Siz iman gətirdikdən sonra artıq kafir oldunuz”- ayəsini oxuduğunu gördüm”.(İbn Əbu Hatim 6/1829, İbn Cərir “Təfsir” 10/119. )

Müsəlman buna qarşı çox diqqətli olmalıdır. Kiçik bir söz müsəlmanın bütün həyatını, axirətini məhv edə bilər.
Allah Qorusun bu küfr iki qismdir:
1) Allahın şəriəti ilə edilən istehza.
2) Kovni (dünyəvi) dəlillərlə istehza etmək. Məs: Yay aylarında soyuq olur və deyir ki: “Bu nə boş şeydir. Yayda da soyuq olar və ya əksini söyləmək”. Məgər kainatda baş verənlər Allahın izni (qədəri) ilə olmur? Hər bir şey Allahın hikməti üzərində qurulmuşdur. Allahın qədəri, təqdir etdiyi ilə istehza etmək, “Allah bu zərərli şeyləri nə üçün yaradıb” və s. demək küfrdür. Allah gizli və aşkar olan hər bir şeydən xəbərdardır.
İbn Teymiyyə (rahimahullah) deyir: "Peyğəmbər (s.a.v) onları şirkdən çəkindirdiyi zaman onunla istehza etdilər. Bütün müşriklərin halı belədir. Peyğəmbərlər onları Tövhidə dəvət etdikləri zaman, bütpərəstlik canlarına hopduğu üçün onları söydülər və onları ağılsız, azmışlar və dəliliklə vəsfləndirdilər. Onlara bənzəyən kimsələr də belədir. Əgər içində bütpərəstlik hisləri varsa, Tövhidə çağıran birini gördükdə eyni şəkildə onunla istəhza edib (lağlağa) edən görərsən".
(Dəkaikut Təfsir 3/332. )

İstehzanın bir neçə növü vardır. İstehza bəzən sözlə olur ki, istehzanın ən çox yayılan şəkili budur. Bəzən də işarə ilə olur. İşarə ilə edilən istehza (lağlağa) göz-qaş hərəkəti və ya dil çıxarmaqla olur. Bəzən də əl hərəkətləri ilə olur. Allaha istehza etmək Kufru Muarada - etiraz küfrüdür. Şeyx Useymin deyir: “Bütə səcdə edənin küfründən də şiddətlidir”. İbn Qudamə deyir: "İstər zarafatla olsun, istərsə ciddi bir şəkildə olsun Allahı söyən kimsə kafir olur. Allah ilə, ayələri, Peyğəmbərləri və Kitabları ilə istehza edən kimsə də belədir"(əl-Muğni "Kitabul Murtəd" 12/298-299. )
Qurtubi Təbuk döyüşündə olan istehza edənlərin halını açıqlayarkən İbnul-Arabinin sözlərini gətirir: "Onların söylədikləri şeylər istər ciddi, istərsə də zarafat olsun - küfrdür. Çünki, zarafatla küfr etmək də küfrdür. Ümmət arasında bu haqda ixtilaf yoxdur. Araşdırma aparmaq elmin və həqiqətin qardaşıdır, zarafat və istehza batilin və cəhalətin qardaşıdır".(Camiul Əhkamul Quran 8/397. )
İbn Teymiyyə deyir ki: "Allah ilə, Onun ayələri və Peyğəmbərləri ilə istehza etmək küfrdür. Bunu edən kimsə daha öncə mömin idisə kafir olduğuna hökm edilər".(Macmuu Fətava 7/273. )
"Tövhid Kitabında" da belə bir bölüm açmışdır. Həmçinin “İslmdan çıxaran on şərt” kitabında da – Peyğəmbərin (s.a.v) dinində olan bir şeylə və ya onun savabı və ya cəzası ilə zarafat edib (istehza) etməyi altıncı şərt olaraq zikr etmişdir. Həmçinin, Muhəmməd ibn İbrahim Əli Şeyx, İbn Bəzz və Şeyx Useymin din ilə istehza edənlərin kafir olmasını söyləyən alimlərdir.
(Fətva Muhəmməd İbn İbrahim 1/174, 12/195, İbn Bəzz 3/165, Useymin "Məcmuus Səmin Min Fətva" 1/62.)
Allahı və Peyğəmbərini , Dini söyənin tövbəsinin qəbul olunmasında alimlər arasında ixtilaf vardır. Hənbəli məzhəbinə görə qəbul edilmir və mürtəd olaraq ölür. Lakin digər qrup alimlər deyirlər ki: Nasux Tövbə (səmimi tövbə) qəbul edilir. Səhih rəy də budur. Alimlərin ixtilafı məsələnin nə qədər təhlükəli olduğunu göstərir. Bunun Tövhid ilə olan bağlılığı – hökmü küfrdür ki, Tövhidin əslinə ziddir.
Peyğəmbəri söyənin tövbəsi qəbul olunurmu? Şeyx Useymin deyir: “Tövbəsi qəbul edilir, lakin hədd ilə öldürülür. Cənazəsi qılınır və müsəlman olaraq dəfn edilir. Ölümü tövbəsi deməkdir. Lakin Peyğəmbərin (s.a.v) haqqı qalır. Çünki, öz haqqına görə onu bağışlayıb bağışlamamdığı Qiyamətdə bilinəcək”. Həmçinin – istehza məclislərində olduğun zaman, ya etirazını bildir, ya da get. Əks təqdirdə sən də onlara şərik olacaqsan; “Ey iman gətirənlər! Bir camaat digərini məsxərəyə qoymasın. Ola bilər ki, bunlar onlardan daha yaxşı olsunlar. Qadınlar da qadınları lağa qoymasınlar. Ola bilər ki, bunlar onlardan daha yaxşı olsunlar. Bir-birinizə tənə vurmayın və bir-birinizi pis ləqəblərlə çağırmayın. İman gətirdikdən sonra fəsadçı adlanmaq necə də pisdir. Məhz tövbə etməyənlər zalımlardır”. (əl-Hucurat 11). "O, kəslər ki, lağlağıdan və lazımsız şeylərdən üz döndərirlər". (əl-Mumin 3).
İbn Kəsir bu ayənin təfsirində deyir ki: "Allah insanlarla istehza (lağlağa) etməyi qadağan edir. İnsanlarla istehza etmək onları kiçik görməkdir. Necə ki, Peyğəmbər (s.a.v) buyurdu: "Təkəbbürlük haqqı qəbul etməmək və insanları kiçik görməkdir".
(Təfsirul Quranil Azim 7/356, Muslim 91, ət-Tirmizi 1999, Əbu Davud 4/352. )
"Onlar Mənim ayələrimi və (Peyğəmbər vasitəsilə) qorxudulduqları əzabı məsxərəyə qoyurlar". (əl-Kəhf 56). "Bəli sən onlara təəccüblənirsən, onlar isə (sənin bu inamına) istehza edirlər". (əs-Saffət 12).
Muhəmməd ibn Əli Şeyxdən : "Saqqal pislikdir deyən kimsə mürtəd sayılırmı?"- deyə soruşulduqda, o: "Bunu yaxşıca araşdırmaq lazımdır. Əgər bunu Peyğəmbərin (s.a.v) bir sünnəti olduğunu bildiyi halda edərsə, haqqında mürtədlik hökmü olar, yox əgər o kimsəyə yaraşmadığı üçün istehza edərsə küfr deyildir".(Fətva Əli Şeyx 12/195. )
"Həqiqətən, günahkarlar iman gətirmiş kimsələrə (dünyada) gülürdülər. Möminlərin yanından keçərkən (onları dolamaq məqsədilə) bir-birinə qaş-göz edirdilər. Ailələrinin (yaxın adamlarının) yanına qayıtdıqda isə (onları doladıqları üçün) kefləri kök qayıdırdılar. Möminləri gördükdə: “Doğrusu, bunlar (haqq yüldan) azanlardır!”– deyərdilər. Halbuki onlar möminlərə nəzarətçi göndərilməmişdilər". (əl-Mutaffifin 29-33). "Könüllü surətdə (bollu) sədəqə verən möminlərə tənə edənləri və güc-bəla ilə əllərinə düşəni təsəddüq edən kəsləri məsxərəyə qoyanları Allah özü məsxərəyə qoyacaqdır. Onlar şiddətli bir əzaba düçar olacaqlar". (ət-Tövbə 79). "Onlara haqq olan (Quran) gəldiyi zaman onu yalan hesab etdilər. Müşriklərin məsxərəyə qoy¬duqları Quranın xəbərləri onlara gəlib çatacaq". (əl-Ənam 5).


Tarix: 10.04.2013 / 20:35 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 543 Bölmə: Maraqlı melumatlar