Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İlk dəfə güzgü necə yaranıb?
İlk dəfə güzgü necə yaranıb?

Göl suyuna yaxından baxmısınız? Orda yəqin ki, göyün və ağacların, yaxud da öz əksinizi görmüsünüz. Qədim zamanlarda güzgünü üstü möhkəm sürtülmüş metaldan hazırlayırdılar. Heç kəs güzgünün yaranma tarixini deyə bilməz. Yəqin ki, ilk dəfə onun yaranmasına səbəb qadın olub.

İlk dəfə güzgü qədim Yunanıstanda, sonra Misirdə və Romada yaranıb. Onlar güzgünü o vaxt balaca düzəldib ciblərində gəzdirərdilər. Uşaq ilk dəfə öz əksini görəndə necə təəccüblənərsə, onlar da güzgü təzə çıxanda elə təəccüblənirdilər. Hətta güzgü təzə yarananda adamlar bunu ruh, ya da möcüzə hesab edirdilər.

Hal-hazırda güzgünün üstünü şüşədən, arxasını isə metaldan düzəldirlər. 1300-cü ildə İlk dəfə güzgünü şüşədən düzəltmək isə venesiyalıların ağlına gəlib. Bu gün də belə güzgülərdən istifadə olunur.


Tarix: 11.06.2015 / 13:37 Müəllif: Aziza Baxılıb: 75 Bölmə: Maraqlı Melumatlar
loading...