Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nə axtarırsan?

Yer üzündə ən qiymətli sarayı sənə versələr, onun müqabilində gözlərini verə bilərsənmi?
Sən bir ölkəyə başçı seçsələr, onun əvəzində qollarını verərsənmi?
Sənə ömrünün sonuna qədər kifayət edən mal-dövlət versələr, bunun müqabilində ayaqlarını verərsənmi?
Sən dünyada olan hər şeyin müqabilində bədəninin bir üzvünü də verməyə razı deyilsən, bəs bu bədəninin qiymətini bilirsənmi?
Sən özündə olan ən dəyərli nemətlərə göz yumub hansı malın arxasınca qaçırsan, sonar da əldə edə bilmədiyinə görə narazılıq edirsən?!
Sanki Allahu təalə səni bütün nemətlərdən məhrum edibdir- kimi halından şikayətlənirsən.

Halbuki Allahu təalə buyurur:
- Əgər Allahın ne’mətlərini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz. (Nəhl surəsi, 18)
Peyğəmbərimiz (sallAllahu aleyhi və səlləm) buyurdu: “ Adəmoğlunun iki dərə qızılı olsa üçüncüsünü də istəyər.”
Həqiqətən də insane Allahın buyurduğu kimi, çox nankordur.
Madam ki, böyük mənfəət axtarırsan, çoxlu xeyir əldə etmək istəyirsən, bunun yolunu sənə xatırladım:
Səhabələrdən biri soruşur:
-Ya Rasulullah! Ən fəzilətli əməl hansıdır?
Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur:
-Vaxtında qılınan namaz.
Bilirsənmi, ağlına gətirə biləcəyin ən xeyirxah işlər varsa, namazı vaxtında qılmaq onların hamısından üstün sayılır. Gündə 5 dəfə namaz qılaraq sən nə qədər xeyir və mənfəət əldə edə biləcəyini dərk edirsənmi?
Biz dünyada maddi bir mənfəəti vaxt itirmədən tez bir zamanda əldə etməyə can atırıq. Bəs bu mənfəətləri bizə bəxş edən Rəbbimizin çağırışını eşidirikmi? Onun hüzurunda vaxtı-vaxtında olmağa can atırıqmı?
“Namaz mö’minlərə bəlli vaxtlarda fərz (vacib) edilmişdir.” (Nisa surəsi, 103)

Ey müsəlman qardaş və bacım!
Qəlbində Allaha məhəbbət olan həqiqi mömin bəndə, namaza könlündən gələn bir həvəslə yönəlməlidir. Allahın hüzurunda dayanmaqdan və Onunla əlaqə saxlamaqdan doymamalıdır. Bir namazı bitirərkən o biri namazı səbrsizliklə gözləməlidir.
Heç bir şey bizi, Allahın əmrinə tabe olaraq Onun hüzurunda vaxtlı-vaxtında dayanmaqdan yayındırmamalıdır. Əgər biz Allaha yönəlməyə və onunla əlaqə bağlamağa daha böyük əhəmiyyət verib, rəğbət göstərsək, Allah da Ona olan yolları bizim üçün asanlaşdırar.

Bizdə olan bütün nemətləri bizə bəxş edən Rəbbimizin hüzuruna vaxtında getmək, bunun qarşılığında ən yüksək savabı və mükafatı əldə etmək və Allah qatında yüksək bir məqama nail olmaqdan məhrum olmağımıza mı narahat olaq, yoxsa dünyada hansısa bir maddi mənfəəti vaxtında əldə edə bilmədiyimizə narazılıq edək..


Tarix: 10.04.2013 / 21:12 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 233 Bölmə: Maraqlı melumatlar
loading...