Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

FİQHUL ƏBSAT (Əbu Hənifə)-Əqidəni Bilmək Ən Böyük Fiqhdir

ən-Numan İbn Sabit İbn əl-Mərzuban. Bəzi məlumatlara görə H. 80/700-ci illərdə Əfqanıstanın paytaxtı Kabulda, digər rəvayətə görə isə Kufədə Abdulməlik İbn Mərvanın xəlifəliyi dövründə dünyaya gəlmişdir. Ərəb olmasada, ərəblər arasında böyüyüb böya başa çatmışdır. Fars ya da Türk olması haqda bir çox məlumatlar vardır. Kufədə tanınmış bir ailədə böyüyüb başa çatmışdır. Kiçik yaşlarından Quranı hifz etmiş. Atası ilə bir neçə dəfə Məkkə və Mədinəni ziyarət etmişdir. Yaşadığı dövürdə kəlam elmi geniş yayıldığı üçün bu elmi öyrənmiş lakin sonradan kəlamı tərk edərək Şeyx Həmmədin yanında fiqh öyrənməyə başlamışdır

İmam Əbu Hənifə - rahmətullahi aleyhi - atasıyla 16 yaşında Həccə getdikdə orada Tabiinlərdən olan Ata İbn Əbu Rəbah, İkrimə, Nəfi, Qatadə və s. ilə görüşərək onlardan hədis dinlədiyi də rəvayət olunur Özü Tabiinlərdən sayılır və Ətbau Tabiinlərin böyüklərindəndir. 18 il İraqın böyük alimi olan Həmməd İbn Əbu Suleymanın dərslərində iştirak etmişdir. Müəllimləri İbrahim ən-Nəhai, əş-Şabi kimi böyük fiqh alimləridir. Özü deyərdi ki: «Ömərin, İbn Abbasın, İbn Məsudun və Əlinin fiqhini onların əshabından aldım»(İmam Zəhəbi “Mənakibul İmam Əbu Hənifə və Sahiheyn Əbu Yusuf və Muhəmməd İbn Həsən”, Misir. Əbu Zəhra, Əbu Hənifə 44. )
Əbu Hənifənin - rahmətullahi aleyhi - minlərcə tələbəsi olmuşdur ki, bunlardan 40 yaxını müctəhid mərtəbəsinə çatmışdır ki, bunlardan: Əbu Yusuf, Muhəmməd İbn Həsən əş-Şeybani, Davud ət-Tai, Əsəd İbn Amr, Həsən İbn Ziyad, Qasım İbn Maan, Əli İbn Muhsir, Hibban İbn Əli və s. Əməvi və Abbasilərin idarəçiliyi dövülərində yaşamış, hər iki dövürdə də ona təklif edilən vəzifə təklifilərini rədd etmişdir. Lakin ikinci Abbasi xəlifəsi Əbu Cəfər Mənsurun təklifini qəbul etmədyi üçün həbsə atılmışdır. Bağdada 15 günlük həbs müddətindən sonra Əbu Hənifə - rahmətullahi aleyhi - 150/770-ci illər arası Yetmiş yaşında şəhidlər kimi ölmüşdür. Zəhərləndiyi də rəvayət edilir. Bağdatda Hayruzan qəbristanlşığında dəfn edildi . (ən-Nəməri “əl-İntiqa” 170. )

Ölmündən sonra dərsləri Əbu Yusuf - rahmətullahi aleyhi - davam etdirdi. Fətvaları toplanılaraq kitablar halına salındı. Məzhəbi sistematik hala gətirən Muhəmməd İbn əş-Şeybanidir. “Əl-Asl”, Camius Sağir”, “Camiul Kəbir”, “əz-Ziyadət”, “Siyerul Kəbiri” yazan da odur. Məzhəbin ana kitabları “Zahirur Rivayə”, “Məsailul Usul”. Tələbələrinin topladığı “Fiqhul Əkbər”, “Fiqhul Əbsat”, “Kitabul Alim vəl Mutəallim”, “Kitabur Risalə”, “əl-Vasiyyə”, “əl-Qəsidətul Numaniyyə”, “Mərifətul Məzahib”, “Musnədul İmam Əbu Hənifə” və s. Bir çox şeyxlərdən dərs almış onlardan İbrahim İbn Muhəmməd əl-Muntəşir əl-Kufi, İbrahim İbn Yəzid ən-Nəhai əl-Kufi, İsmail İbn Xammad İbn Əbu Süleyman əl-Kufi, Əyyub əş-Şaxtiyani əl-Basri Salim İbn Abdullah İbn Ömər İbn əl-Xəttab və s. Şeyx Əhməd əl-Məkki əl-Xarəzmi deyir ki, tələbələrinin sayı 700 çatırdı. Hər biri də müsəlmanların şeyxləri idi. H. 150/767-ci ildə dünyasını dəyişmişdir.

Əqidəni Bilmək Ən Böyük Fiqhdir

Həmd aləmlərin Rəbbinə, Salat və salam Peyğəmbərimiz Muhəmmədə – sallallahu aleyhi və səlləm – və onun ailə və əshabına olsun.
İmam Əbu Bəkr Muhəmməd İbn Muhəmməd əl-Qasani, Əbu Bəkr Alaud-Din Muhəmməd İbn Əhməd əs-Səmərqəndidən rəvayət etdi: Bizə Əbul Muin Meymun İbn Muhəmməd Məqhuli ən-Nəsəfi, ona əl-Fadl ləqəbli Əbu Abdullah əl-Huseyn İbn Əli əl-Qaşqari, ona Əbu Malik Nasran İbn Nasr əl-Huttəli, ona Əli İbn Həsən İbn Muhəmməd əl-Qazzal, ona Əbul Həsən Əli İbn Əhməd əl-Farisi, ona Nusayr İbn Yəhyə əl-Fəqih xəbər verdi və dedi: Əbu Muti Həkəm İbn Abdullah əl-Bəlxinin belə dediyini eşitdim: Əbu Hənifəyə - rahmətullahi aleyhi - Fiqhul Əkbəri (Böyük Fiqh) haqqında soruşdum o da:
Əbu Hənifə dedi: Qiblə Əhlindən olan bir kimsəni hər hansı bir günahına görə təkfir etməmək, o kimsəni imandan uzaqlaşdır-mamaq, mərufu (yaxşılığı) əmr edib, munkərdən (qadağalardan) çəkindirmək, sənin üçün təqdir edilən şeyin sənə mütləq şəkildə icabət edəcəyinə, sənin üçün təqdir olunmayanın da sənə icabət etməyəcəyini bilməyin, Peyğəmbərin – sallallahu aleyhi və səlləm – səhabələrindən heç birini inkar (nifrət) etməmək, birini sevib digərini sevməməyin, Osman və Əlinin – radıyallahu anhum – durumunu Allaha həvalə etməyindir.
Əbu Hənifə dedi: Dində (etiqadda) fiqh, əhkamda fiqhdən daha üstündür. Kişinin (insanın) necə ibadət edəcəyini öyrənməyə çalışması və ya bilməsi onun üçün bir çox elmləri toplamasından daha xeyirlidir.
Əbu Muti dedi: Mənə dinin ən fəzilətli olanından xəbər ver.
Əbu Hənifə dedi: Fiqhin ən fəzilətlisi, kişinin (insanın) Uca Allaha imanı, şəriəti, sünnətləri, hədləri, ümmətin ittifaq və ixtilafını bilməsidir.
Əbu Muti: İmanın nə olduğunu mənə açıqla.
Əbu Hənifə: Mənə Əlqəmə İbn Mursəd, Yəhyə İbn Yamərdan rəvayət etdi və dedi: İbn Ömərə – radıyallahu anhu – mənə din (İslam) nədir xəbər ver dedim. O da imana sarıl və onu öyrən – dedi. Mən iman nədir? Mənə öyrət – dedim. O: “...Əlimdən tutub məni yaşlı bir insanın yanına apardı. Yanında oturddu və: Məndən imanın nə olduğunu soruşur – deyərək bu kimsənin Peyğəmbərlə – sallallahu aleyhi və səlləm – birlikdə Bədr döyüşündə iştirak edənlərdən olduğunu söylədi. İbn Ömər – radıyallahu anhu – sözünə davam edərək dedi: Mən Peyğəmbərin – sallallahu aleyhi və səlləm – yanında idim, bu kimsədə bizimlə bərabər idi. Bu vaxt gözəl saçları, başında əmmamə, çöl bədəvilərindən zənn etdiyimiz bir nəfər qarşımıza çıxdı. İnsanların arasından keçərək Peyğəmbərin – sallallahu aleyhi və səlləm – önündə oturdu. Ey Allahın Elçisi! İman nədir? Deyə soruşdu. Peyğəmbər: “İman – Allahdan başqa ibadətə layiq haqq ilah olmadığına, Muhəmmədin Allahın qulu və Rəsulu olduğuna şəhadət gətirmək, mələklərə, kitablara, peyğəmbərlərinə, Axirət gününə, Xeyir və şərrin Uca Allahdan olduğuna inanmaqdır” deyə buyurdu. O, kimsə: “Doğru söylədin” dedi. Biz bu çöl bədəvilərini cahil olmalarına baxmayaraq Peyğəmbərin – sallallahu aleyhi və səlləm – sözlərini təsdiq etməsinə heyrət etdik. Sonra o kimsə: “Ey Allahın Rəsulu! İslamın əlamətləri nədir?” dedi. Peyğəmbər: “Namaz qılmaq, zəkat vermək, Ramazan orucunu tutmaq, gücü çatan kimsə üçün Həccə getmək və cünubdan dolayı qüsl etmək” deyə buyurdu. O, kimsə: “Doğru söylədin” dedi. Biz yenə də bədəvinin soruşduğunun cavabını bilir kimi Peyğəmbəri – sallallahu aleyhi və səlləm – təsdiq etməsinə heyrət etdik. O, kimsə: “Ey Allahın Rəsulu! Ehsan nədir?” deyə soruşdu. Peyğəmbər: “Ehsan – Allahı görür kimi ona ibadət etməyindir, Sən Onu görməsən də belə O səni görür” deyə buyurdu. O, kimsə: “Doğru söylədin – dedi və ardıyca Qiyamətin nə zaman qopacağı barədə soruşdu. Peyğəmbər: “Bu haqda soruşan soruşulandan çox bilmir” deyə buyurdu. Sonra o, kimsə ayağa qalxaraq insanlar içərisində itdi və biz onu bir daha görmədik. Peyğəmbər: “Bu gələn Cəbrail - əleyhissəlam - idi. Sizə dininizi öyrətmək üçün gəlmişdi” deyə buyurdu.


Tarix: 08.04.2013 / 20:40 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 404 Bölmə: Maraqlı melumatlar
loading...