Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

FİQHUL ƏBSAT (Əbu Hənifə)-Allahin Xəlq Etdiklərindən Bir Şeyi İnkar Edən Və Ya Dində Zəruri Bilinən

Əbu Muti: Bütün bunlara qəti olaraq inanan və (dili) ilə iqrar edən mömin olurmu? Deyə soruşdum.
Əbu Hənifə: Bəli, Bunu iqrar edən (inanan) bütün İslamı iqrar etmiş və inanmışdır və o kimsə mömindir.
Əbu Muti: Əgər Allahın xəlq etdiklərindən bir şeyi inkar edib: “Mən bilmirəm bunun xaliqi kimdir?” deyərsə nə olar? Deyə soruşdum.

Əbu Hənifə: O, kimsə: “Allah hər bir şeyin xaliqidir...”. (əl-Ənam 102) ayəsinə görə kafir olar. Sanki o, kimsə Allahdan başqa yaradıcı vardır – deyir. Necə ki, bir kimsə: Allahın mənə namazı, orucu və zəkatı fərz etdiyini bilmirəm” deyərsə yenə kafir olar. Çünki Allah: “(Müsəlmanların namazı kimi) namaz qılın, zəkat verin və rüku edənlərlə birlikdə rüku edin!”. (əl-Bəqərə 43, 83, 110). “Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!”. (əl-Bəqərə 183). “Elə isə axşam-səhər (axşama yetişəndə, səhərə çıxanda) Allahı təqdis edib şəninə təriflər deyin! (Axşam, gecə və sübh namazlarını qılın!) Göylərdə və yerdə həmd (şükür və tərif) yalnız Ona məxsusdur. Gün batanda da (günün sonuna yetişəndə də), gündüz də Onu təqdis edib şəninə təriflər deyin! (Zöhr və Əsr namazlarını qılın!)”. (ər-Rum 17-18) deyə buyurmuşdu. Əgər o kimsə: “Mən bu ayəyə iman gətirirəm, lakin Təvil və Təfsirini bilmirəm” deyərsə kafir olmaz. Çünki o kimsə ayənin Allah tərəfindən nazil edildiyinə iman etmiş, lakin təfsirində xəta etmişdir (Təfsirində xəta etmək insanı kafir etməz)”. Sirk diyarında yaşayan cahil kafir olmaz.
Əbu Muti: Şirk diyarında yaşayan, İslamı ümumi olaraq qəbul edən, lakin (Allahın əmr etdiyi) fərzlərindən və əməllərindən heç birini bilməyən, Kitabı və İslamın ayinlərindən heç birini iqrar etmədiyi halda, lakin bununla bərabər Allahı və imanı qəbul edən, lakin imanın ayinlərini iqrar etməyərək ölən kimsə mömin olurmu? Deyə soruşdum.
Əbu Hənifə: Bəli – dedi. Mən: Hətta heç bir şey bilməyib, əməl etməyib, yalnız İmanı qəbul edib ölürsə? Deyə soruşdum. Əbu Hənifə: O, mömindir – dedi.


Tarix: 08.04.2013 / 20:40 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 135 Bölmə: Maraqlı melumatlar
loading...