Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

QƏZA VƏ QƏDƏRƏ İMAN

Biz qəza və qədərin həm xeyiri, həm də şərinə inanırıq. Bu Allah-təalanın canlı varlıqlar üçün Öz elmi və hikmətinə uyğun olaraq müəyyən etdiyi taledir.
Qəza və qədərin dörd əsası vardır:

Birincisi, biz Allahın hər şeyi - olmuşu, olanı və olacağı, necə olacağını Öz əzəli və əbədi elmi ilə bildiyinə, Onun elminin bilməməzlikdən bilməyə keçməməsinə, nə də bilinib sonra unudulmuş olmamasına inanırıq.

İkincisi, biz inanırıq ki, Allah-təala qiyamət gününə qədər baş verənlərin hamısını lövhi-məhfuzda yazmışdır: «Məgər bilmirsənmi ki, Allah göydə və yerdə nə varsa hamısını bilir? Bütün bunlar yazıdadır. Həqiqətən, bunlar Allah üçün asandır!» (əl-Həcc, 70).

Üçüncüsü, biz inanırıq ki, göylərdə və yerdə olan nə varsa hamısı Allahın istəyi ilə olmuşdur. Yalnız Onun istədiyi olur. Hər şey Allahın iradəsilə olur. Onun istəmədiyi isə olmur.

Dördüncüsü, biz inanırıq ki, «O hər şeyə vəkildir. Göylərin və yerin açarları Onun əlindədir» (əz-Zümər, 62-63).
Bu dörd əsas həm Allah-təalanın Özündən olanları və həm də bəndələrinin dediklərini, gördüyü və ya görmədiyi işləri əhatə edir. Bütün bunlar Allaha məlumdur, Onun dərgahında qələmə alınmışdır. Allah-təala belə istəmiş və Öz iradəsinə uyğun olaraq yaratmışdır: «Sizdən haqq yolunda olmaq istəyənlər üçün. Bilin ki, aləmlərin Rəbbi olan Allahın istəmədiyini siz də istəyə bilməzsiniz» (ət-Təkvir, 28-29);
«Əgər Allah istəsəydi, onlar bir-biriləri ilə vuruşmazdılar. Lakin Allah Öz istədiyini edər!» (əl-Bəqərə, 253).
«Allah istəsəydi, onlar bunu etməzdilər. Onları uydurduqları yalanlarla birlikdə boşla getsinlər!» (əl-Ənam, 112);
«Sizi də, sizin düzəltdiklərinizi də Allah yaratmışdır» (əs-Saffat, 96).

Bununla yanaşı, biz Allahın insanlara iradə azadlığı və ona uyğun hərəkət qüdrəti verdiyinə də inanırıq. Bəndənin öz iradə və qüdrəti çərçivəsində hərəkət etməsinə aşağıdakı işlər dəlalət edir:

Birincisi, Allah-təala buyurur: «İSTƏDIYINIZ VAXTDA ÖZ TARLANIZA GƏLIN!» (əl-Bəqərə, 223).
«Əgər onlar cihada çıxmaq istəsəydilər, ona hazırlıq görərdilər» (ət-Tovbə, 46). Bununla Allah-təala bəndəsinə istədiyi vaxt gəlmək və öz iradəsilə hazırlıq görmək azadlığı verir.

İkincisi, bəndəyə aid etdiyi əmr və qadağan məsələsi. Doğrudan da əgər bəndənin iradə azadlığı olmasaydı, bir işi görməyi əmr və ya qadağan etmək ona yerinə yetirə bilməyəcəyi bir vəzifə tapşırmaq demək olardı. Allahın hikməti, mərhəməti və Onun bu haqq sözü belə işə yol verməzlər: «Allah heç kəsi gücü çatmayan işi görməyə vadar etməz» (əl-Bəqərə, 286).

Üçüncüsü, yaxşı iş görəni yaxşı əməli müqabilində tərifləmək, pis iş görəni isə pis əməli müqabilində pisləmək, hər birinə öz əməyinə görə mükafat və ya cəza vermək. Əgər bəndə öz istəyi və iradəsi ilə hərəkət etməsəydi, onu yaxşı əmələ görə mükafatlandırmaq, pis əmələ görə isə cəzalan-dırmaq mənasız olardı. Allah-təala isə mənasız və haqsız işlər görməkdən uzaqdır.

Dördüncüsü, Allah-təala peyğəmbərlər göndərmişdir: «Biz peyğəmbərləri mücdə gətirən və əzabla qorxudan kimi göndərdik ki, daha insanlarda peyğəmbərlərdən sonra Allaha qarşı bir bəhanə yeri qalmasın. Allah yenilməz qüvvət və hikmət sahibidir!» (ən-Nisa, 165). Əgər insanlar öz iradə və istəyi ilə iş görə bilməsəydilər, onda onların bəhanələri peyğəmbərlər göndərməklə kəsilməzdi.

Beşincisi, hər bir adam heç bir irad olmadan bəzi işlər görür və ya görmür. İnsan öz iradəsilə durub-oturur, gedir-gəlir, səfər edir, sakin olur. O kiminsə bu işlərə görə ona irad tutmasını hiss etmir. İnsan bir işi görmək və ya görməmək seçimi arasında qalanda reallıqdan çıxış edib öz iradəsilə hərəkət edir: istədikdə edir, istəmədikdə etmir. Eynilə şəriət də bu iki seçim arasında hikmətli bir fərq qoyur. Allah-təalanın haqqı ilə bağlı özünün də nifrət etdiyi bir işə yol verən şəxsə irad tutulmur. Bizim fikrimizcə, Allah-təalanın qəzavü-qədərinə qarşı çıxan günahkarın heç bir bəhanəsi yoxdur. Çünki günahkar günah işi öz iradəsilə, Allah-təalanın bunun onun üçün qədər, tale yazdığını bilmədən tutur. Belə ki, hər kəs Allahın ona müəyyən etdiyi qəzavü-qədəri yalnız baş verəndən sonra dərk edir: «Heç kəs səhər nə edəcəyini, heç kəs harada öləcəyini bilməz» (Loğman, 34). Əgər bir adam sonradan üzr istəyəcəyi bir işi tutduğu vaxt gətirəcəyi bəhanəni bilmirsə, onda bu bəhanə necə doğru ola bilər? Allah-təala bu cür bəhanəni batil edir: «Müşriklər belə deyə-cəklər: “Əgər Allah istəsəydi, nə biz, nə də atalarımız şərik qoşar, nə də bir şeyi haram edərdik”. Onlar özündən əvvəlkiləri də belə təkzib etmişdilər ki, axırda əzabımızı daddılar. Onlara de: “Bizim qarşımıza çıxacaq bir biliyiniz varmı? Siz yalnız zən-nə qapılır və yalanlar uydurursunuz!”» (ən-Ənam, 148).


Qəzavü-qədərə etiraz edən günahkara bunu deyirik: “Allah sənin taleyini yazmış olduğunu nəzərə alıb nə üçün ona itaət etmirsən? Qəzavü-qədəri bilmədən törətdiyinlə günah arasında heç bir fərq yoxdur? Peyğəmbər (s.a.v.) səhabələrə onlardan hər birinin istər Cənnətdəki, istərsə də Cəhənnəmdəki yerinin artıq müəyyən edildiyini (yazıldığını) deyəndə onlar soruşdular: “Onda taleyimizə ümid edib, hər işi başlı-başına buraxaq?” Peyğəmbər (s.a.v.): “Yox, hər bir uğur ona layiq olana çatır” – cavabını verir”.

Qəzavü-qədərə etiraz edən günahkara deyirik: “Tutaq ki, Məkkəyə getmək istəyirsən. Ora iki yol aparır. Bir etibarlı adam sənə bildirir ki, bu yollardan biri qorxuludur, çətindir, ikincisi isə sakitdir, asandır. Sən ikinci yolla gedərsən. Mənim taleyimə bu yol yazılıb deyə birinci yol ilə getməzsən. Əks təqdirdə, camaat səni dəli sayacaq".

Günahkara həmçinin deyirik: “Tutaq ki, sənə iki vəzifə təklif edirlər: birinin maaşı daha çoxdur. Sən heç bir sıxıntı hiss etmədən bu vəzifədə çalışacaqsan. Bəs onda necə olur ki, sən axirət əməlində özünə ən alçaq bir işi rəva bilirsən, sonra da taleyə etiraz edirsən?”
Ona həmçinin deyirik: “Götürək ki, sən xəstəsən. Həkimlərin qapısını müalicə üçün döymüsən. Cərrahiyyə əmə-liyyatının ağrılarına, dərmanların acılığına dözürsən. Bəs nə üçün qəlbin dinsizlik xəstəliyinə tutulduqda bu cür hərəkət etmirsən?”
Biz inanırıq ki, Allah-təalanın mərhəmət və hikmətinin mükəmməlliyinə görə Ona şər iş mənsub edilə bilməz. Pey-ğəmbər (s.a.v.) demişdir: «Şər sənin üçün deyildir» (Müslimin rəvayətidir). Yəni Allah-təalanın qəzavü-qədərində şər yoxdur. Çünki qəzavü-qədər Onun mərhəmət və hikmətindən irəli gəlir.
Şər qəzavü-qədərin tələblərinə bir əlavə ola bilər. Peyğəmbər (s.a.v.) Həsənə öyrətdiyi qunut duasında deyir: «Mənə qəzavü-qədər bildiyin şərdən məni qoru». Göründüyü kimi burada o, şəri taleyə yazılmış olana əlavə edir. Bununla yanaşı tələbatda olan şər xalis şər deyildir. Onun xeyir və şər olması yerdən və haldan asılıdır. Bir yerdə şər olan, bir tərəfdən xeyir də ola bilər. Həmçinin bir halda şər olan, başqa halda xeyir ola bilər.
Yer üzündə fitnə-fəsad, quraqlıq, xəstəlik, kasıblıq və qorxu bir halda şərdir, lakin başqa bir halda isə xeyirdir. Allah-təala buyurur: «İnsanların öz əlləri ilə törətdiyi pis əməllər üzündən qurunu da, dənizi də fəsad bürüyəcəkdir ki, Allah onlara etdiklərinin nəticələrini daddırsın və, bəlkə, onlar pis yoldan qayıtsınlar» (ər-Rum, 41).
Oğrunun əlinin kəsilməsi, zinakarların daşqalaq edilməsi oğru və zinakar üçün şərdir, çünki əl kəsilir, can alınır. Lakin bu cəzalar başqa halda həm də onların hər ikisi üçün xeyirdir. Bu cəza onların günahlarını yuyar, dünya və axirət cəzalaranı birləşdirməz. Digər tərəfdən, bu cəzalar malın, namusun və ailənin qorunması baxımından da xeyirdir.

Qəzavü-qədərə imanın səmərələri:

Birincisi, hər bir işin səbəbi Allah-təalanın qəza və qədəri ilə müəyyən olunur.

İkincisi, nəfsin rahatlığı, qəlbin sakitliyi. Çünki insan biləndə ki, bu iş Allah-təalanın qəza və qədəri ilə baş verir, hər bir istədiyi iş qaçılmazdır, nəfsi rahatlanır, qəlbi sakitləşir və o əmin olur ki, Rəbbinin qəza və qədərinə iman gətirəndən də artıq sakit və rahat həyat keçirən bir adam ola bilməz!

Üçüncüsü, istədiyinə çatanda özünə məftunluqdan uzaq olmaq. Çünki bu işin baş tutması Allahın nemətidir, Onun müəyyən etdiyi xeyir və uğur səbəblərindəndir. İnsan buna görə Allaha şükür edir, özünə məftunluqdan uzaqlaşır.

Dördüncüsü, istədiyin baş vermədikdə və istəmədiyin baş verəndə rahatsızlıq və həyacandan uzaq olmaq. Çünki bütün bunlar, Allahın yazısı ilədir. Yalnız O, göylərdə və yerdə hökmün sahibidir. İnsan buna dözməli və xeyirli əvəzini gözləməlidir.
Allah-təala bu barədə buyurur: «Yer üzündə baş verən və sizin öz başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu ya-ratmamışdan əvvəl o, bu kitabda (lövhi-məhfuzda) yazılmamış olsun. Bu, Allah üçün çox asandır! Bu sizin əlinizdən çıxana kədərlənməməyiniz və sizə verilənə də sevinib qürrələn-məməyiniz üçündür. Allah özünü bəyənən, özü ilə fəxr edən heç bir kəsi sevməz!» (əl-Hədid, 22-23).
Allah-təaladan bizi bu əqidə ilə silahlandırmağı, onun səmərələrini bizə bəxş etməyi, onun üstünlüklərini daha da artırmağı, bizi haqq yoluna yönəldəndən sonra ürəyimizi sın-dırmamağı, bizə Öz mərhəmətini bəxş etməyi rica edirik. O hədiyyələr bəxş edəndir. Aləmlərin rəbbi Allaha həmd olsun!


Tarix: 08.04.2013 / 20:23 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 478 Bölmə: Maraqlı melumatlar
loading...