Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cənabətli halda qüsl almadan üç il namaz qılmışam. Bunun hökmü nədir?

Sual: Həddi-büluğ yaşına çatanda yuxuda məni gəldiyində qüsl almağın vacib olduğunu bilmirdim. Üç il bu vəziyyətdə davam etdim. Sonralar öyrəndim ki, qüsl vacib imiş. Sualım budur ki, həmin zaman fasiləsində əda etdiyim namazların hökmü nədir? Onları qəza etməliyəmmi?

Cavab: Həmd Allaha məxsusdur.

Paltarınızda məni gördükdə hətta şəhvani yuxu görüb-görmədiyinizi xatırlamasınız da, qüsl almalısınız. Müsəlman bir kəs yuxudan oyandıqda və paltarında və yaxud ombalarında və ya yatdığı yerdə yaş, nəm görsə, şəhvani yuxu görüb-görmədiyini xatırlamasa belə (yəni məni izləri, əlamətləri) mütləq qüsl almalıdır. Qüsl almaq ona vacibdir, çünki mənini ixrac olunması, çıxması qüsl almağı vacib edir. Fərqi yoxdur, istər cənabətli kəs yuxusunu xatırlasa da, xatırlamasa da. Şəhvani yuxu gördüyünü xatırlasa, lakin ondan heç bir şey (yəni, məni) ixrac olunmayıbsa, məsələn tutaq ki, yuxu görmüsünüz, yuxuda bir qadınla cinsi əlaqədə olmusunuz, lakin yuxudan oyandıqda paltarlarınızda və yaxud bədəninizdə, və ya yatdığınız yerdə məninin (spermanın) izlərini görməmisinizsə, elə isə bu halda qüsl almalısınız? Nə qədər ki, məni yoxdur, şəhvani yuxu görsəniz də bu halda qüsl almaq vacib deyil. Qüsl almaq məninin ixrac olunmasına bağlıdır.

Üç il cənabətdən qüsl almayaraq namazı cənabətli halda əda etməyiniz məsələsinə gəldikdə siz, həmçinin sizin vəziyyətinizdə olan digər kəslər mütləq bu barədə soruşmalıdırlar.

Allah təala buyurur: “Əgər (bunu) bilmirsinizsə, zikr (elm) əhlindən soruşun!” (ən-Nəhl 16:43)

Sizin Allah qarşısında üzrünüz yoxdur. Çünki Allah sizə sağlam səhhət və sağlam zəka bəxş etmişdir. Allah təala sizə elm əhlindən soruşmağı əmr etmişdir. Allaha sizin cahilliklə və zəlalətlə ibadət etməyiniz caiz deyil. Allaha cahillik, elmsizlik və zəlalətlə ibadət etmək xristianların yoludur.

Məgər hər gün namazlarınızda Fatihə surəsini oxumursunuzmu?

“6 - Bizi doğru (düz) yola yönəlt!

7 - Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!” (əl-Fatihə 1:6-7)

Allahın qəzəbinə düçar olanlar, qazananlar yəhudilərdir. Onların elmi var, lakin elmlərinə müvafiq əməl etmirlər.

Yollarını azanlar, zəlalətə düşənlər xristianlardır. Onlar Allaha elmsizlik, cahillik və zəlalətlə ibadət edirlər.

Ona görə də müsəlman bir kəs Allaha cahillik və zəlalətlə ibadət edirsə o yolunu azmış kimsələrdən biridir.

Alimlərdən biri demişdir: “Alimlərimizdən yolunu azanlar, korlananlar yəhudilər kimidir, abidlərimizdən korlananlar, yolunu azanlar xristianlar kimidir.

Buna görə siz Allahdan qorxmalısınız və yadda saxlamalısınız ki, O hər zaman, həmişə bizi görür. Çoxlu, bol-bol nafilə ibadətlər edin. Bəzi alimlər irəli sürürlər ki, siz bu üç illik namazı qəza etməlisiniz. Lakin sizin etdiyiniz bu əməl cahilliyinizdən dolayı olduğundan və namazların sayı həddindən artıq çox olduğundan, ümid edirəm ki, inşallah (bunları nəzərə alaraq qəza etməməyinizdə) bir problem olmaz. Lakin mütləq çoxlu nafilə namazlar qılın, nafilə ibadətlər edin, bununla belə (cənabət halında əda etdiyiniz) bu namazları qəza edə biləcəyinizi düşünürsünüzsə, istənilən halda bunu etməyiniz daha məsləhətdir. Lakin istəyirsinizsə çoxlu nafilə ibadətlər edə bilərsiniz. Necə ki, bəzi alimlər bunu qeyd etmişdirlər. Çünki bu məsələ mübahisəlidir. Allah daha yaxşı bilir.


Tarix: 05.04.2013 / 19:56 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 172 Bölmə: Maraqlı melumatlar
loading...