Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əmanəti yerinə yetirmək

Sual: Bir nəfər bir yerdən başqa bir yerə səfər edir və başqa bir nəfər ona nağd pul/mal verir ki, onu başqa birinə çatdırsın. Lakin səfər edən şəxs mənzil başına çatmadan əvvəl nağd pul/mal oğurlandıqdan və yaxud ondan asılı olmayan başqa səbəblərdən dolayı itirir. Vəziyyət bu cür olduğu halda əmanət olunan şəxs əmanəti ona verən sahibinə qaytarmağa borcludur? Xahiş edirəm bu barədə bizə məlumat verin.

Cavab: Həmd Allaha məxsusdur.

Birinə bir mülk əmanət olunduğunda artıq həmin kəs bundan cavabdehlik daşıyır və belə olduğu halda, əmanəti mühafizə etməyə borcludur. Çünki Allah təala buyurur: “Həqiqətən, Allah sizə əmanətləri sahiblərinə qaytarmanızı... əmr edir”. (ən-Nisa 4:58)

Əmanəti yerinə yetirməyin bir hissəsi onun qayğısına qalmaqdır; əmanəti münasib bir yerdə yerləşdirməklə ondan muğayat olmalıdır.

Onu münasib bir yerdə saxlamaqla əmanətdən muğayat olursa və icazəli olmayan şeylər edərək və yaxud onun üzərinə düşən vəzifələri yerinə yetirərək etinasızlıq etməzsə bu halda onun üzərinə heç bir məsuliyyət düşmür.

Bununla belə, laqeydlik edirsə və əmanəti münasib yerdə saxlamayaraq onun qayğısına qalmazsa və yaxud bunu bacardığı halda əmanəti əmin bir yerdə saxlamayaraq, onu necə gəldi ataraq və ya özü üçün istifadə edərək və s. etinasız davranarsa, bundan sonra əmanət oğurlanarsa, o zaman həmin kəs bundan cavabdehlik daşıyır. Buna dair qayda “etinasızlıq, laqeydlikdir”. Laqeydlik göstərmirsə və mal itərsə o zaman buna görə o cavabdehlik daşımır.


Tarix: 04.04.2013 / 22:07 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 115 Bölmə: Maraqlı melumatlar
loading...